Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Salyanın baytarlıq rəisi vaksinləri aptekində satdırır  –Problem

 

Salyandan bir qrup sakin redaksiyamıza göndərdiyi məktubda rayonun Baytarlıq Xidmətindən narazılığını bildirib.

Yenixeber.org: Əsasən fermerlər şikayətlənirlər ki, son günlərdə heyvanlar arasında yayılan xəstəliklər onların tələf olması ilə nəticələnir: “Biz heyvandarlıqla məşğul olan fermerlər Salyanda  baytar həkim tapa bilmirik. Dövlətin verdiyi vaksinlər bir kənara, öz pulumuzla aldığımız dərmanlarla heyvanlarımızı müalicə edən baytar həkim də tapa bilmirik. Biz indiyə kimi Salyan rayon baytarlıq idarəsinin mövcudluğunu hiss etməmişik. Şirvan şəhərindən Ramil Əmrahov adlı birini gətirib Salyana baytarlıq idarəsinə müdir qoyublar, oda öz işindən başqa hər işlə məşğuldur. Bildiyimizə görə, heyvanlarımıza dövlətin ayırdığı vaksinləri Şirvanda şəxsi baytarlıq aptekində satdırır. Baytarlıq idarəsinin rəisinin yerində olmaması xidmətin Salyanda iflic vəziyyətə düşməsinə səbəb olub. Salyanın mərkəzi ilə yanaşı kənd baytarlıq məntəqələridə iflic vəziyyətdədir. Məsələn, Qaraçala baytarlıq xidmətində bacı qardaş işləyirlər. Baytar həkim  Xilqət Orucov və bacısıdır. Xilqət Orucov orta məktəbin 11-ci sinifini güclə bitirib. Hardansa sonradan diplom alıb və həkim işləyir. Bu adam əzab əziyyətlə saxladığımız heyvanlara necə qulluq edə bilər? Kolanı baytarlıq məntəqəsinin həkimi Fəxrəddin Eyyubovun isə 70 yaxın yaşı var. Yanında işləyən ferşil isə oğlu Niyaməddin Eyyubovdur. Ümumiyyətlə baytarlıq sahəsindən anlayışları yoxdur. Bəşirbəyli kəndində baytarlıq məntəqəsinin həkimi Elşad Sahibovdur. Bakıda yaşayır və aylarla, illərlə kəndə gəlmir. Yolüstü, Varlı, Kürsəngi kəndlərində baytarlıq məntəqələri olsada qapıları bağlıdır həkim, ferşilləri yoxdur. Biz Salyanlılar bu faktları, bu biabırçılığı xahiş edirik kənd təsərrüfatı naziri İnam Kərimovun diqqətinə çatdırasınız. Biz dözülməz vəziyyətdəyik. Heyvanlarımız tələf olub gedir. Dəfələrlə Baytarlıq xidmətinə şikayət etsəkdə, xidmətin sabiq rəisi Azər Süleymanov Ramil Əmrahovu müdafiə edərək dözülməz vəziyyətlə bağlı heç bir tədbir görməmişdi. Biz yeni kənd təsərrüfatı naziri İnam Kərimova və baytarlıq xidmətinin yeni rəisi Bayandur Rzayevə inanıb sizin vasitənizlə müraciət edib xahiş edirik. Biz sadə salyanlılara yazığınız gəlsin, imkan verməyin mal qaramız tələf olub getsin”. (AzEuroNews.com) 

 

 

Mövzu ilə bağlı Salyan rayon Baytarlıq Xidməti ilə əlaqə saxlamaq cəhlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam