Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bakıda 14 yaşlı qıza toy etmək istəyirlər –“Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı?”

 Lerik sakini Mirtəmən Sadıqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsinə qarşı çıxır, kömək üçün prezidentə və dövlət orqanlarına müraciət edib. O, bildirib ki, keçmiş həyat yoldaşı Əminə Məmmədov uşaqlarını ondan gizlədir: “Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı?”
Yenixeber.org: M.Sadıqov deyir ki,hazırda qardaşının Binə qəsəbəsindəki evində qalır. Və uşaqlarının taleyi barədə mətbuata hər şeyi açıq danışmaq istəmir. Amma toy təxirə salınsa və azyaşlı qızının ərə verilməsinin qarşısını alınsa dövlət orqanlarına izahat verməyə hazırdır.
M. Sadıqovun sözlərinə görə, 1-i oğlan, 9 qız olmaqla 10 uşaq atasıdır. Qızları təhsil almayıb, oğlu isə hazırda hərbi xidmətdədir. Keçən il həyat yoldaşı ilə ayrılıb, bundan sonra uşaqlarını yalnız 1-2 dəfə görə bilib: “Ərə verilən Leyla 7-ci övladımdır. Mən onun toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam. 2004-cü ilin mayında doğulub. Anası ilə birgə fermada işləyir. Ərə getdiyi Arzuman adlı oğlan da fermada onunla birgə işləyib”.
REAL-ın əməkdaşı “Sahil” şadlıq sarayı ilə də əlaqə saxlayıb. Sarayın idarəedicisi Bakir Gülməmmədov bildirib ki, həqiqətən iyul ayının 1-də orada toy keçirilməsi üçün sifariş alınıb. Lakin gəlinin yaşı barədə onlara məlumat verilməyib: “Biz bu barədə indi xəbər tutduq. Araşdırma aparılır. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri də gəlmişdilər, toy üçün yer sifariş edən şəxsin telefon nömrəsini bizdən götürdülər. Yəqin ki, toyu ləğv edəcəyik və keçirilməsinə imkan verməyəcəyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam