Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq ...

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Yenixeber.org:  Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Füzuli Məmmədov ifadə verib.
O, Uşaq Nevroloji Xəstəxanasında həkim işlədiyini bildirib. Füzili Məmmədov bildirib ki, M.Şəmsiyevdən 300 min manata ev alıb.
Məhkəmə ondan "o pul sizdə hardan idi?" sualını verib.
F.Məmmədov isə Uşaq Nevroloji Xəstəxanasından başqa, özəl xəstəxanaların birində də çalışdığını deyib: "İşlə bağlı başım qarışıq olduğuna görə sənədləşmə işləri ilə özüm məşğul olmamışam".
Hakim deyib ki, zərərçəkmişlər ifadələrində həmin evin heç kəsə satılmadığını, onun M.Şəmsiyevə məxsus olduğunu söyləyiblər: "Onlar tələb edirlər ki, həmin ev satılıb, zərərçəkmişlərin arasında bölünməlidir".
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin həyat yoldaşı həkimin evində qeydiyyatdadır.
M.Şəmsiyev isə bu barədə ilk dəfə eşitdiyini deyib: "Həyat yoldaşımla boşanmışam".
Məhkəmənin növbəti iclası iyunun 26-na təyin edilib.
Qeyd edək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı, təxminən, 4 min manat məbləğində dələduzluq edib.
Bundan başqa, o, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.
Zərərşəkmişlərin şikayəti əsasında həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam