Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Gecə klublarında qanlı davaların səbəbi...– Ekspert

Gecə klublarında qanlı davaların səbəbi...

 

 

Son vaxtlar paytaxtda və digər şəhərlərdə yerləşən gecə klublarında baş verən davaların sayı artıb. Hətta bəzən bu davalar silahlı hücumlara, qanlı münaqişələrə də çevrilir. Təbii ki, bu da gecə klublarında mühafizə xidmətinin aşağı səviyyədə olmasını göstərən amillərdən biridir

 

Yenixeber.org: Bəs görəsən paytaxtda fəaliyyət göstərən gecə klublarında mühafizə xidməti hansı səviyyədə təşkil olunub?

Mövzu ilə bağlı “Floor Tu” və “Tunnel” gecə klublarından bildirdilər ki, klubda mühafizə xidmətinin əməkdaşları var və onlar daim müştərilərə nəzarət edirlər. Lakin kluba daxil olan müştərilərin yoxlanması üçün metal detektorlardan istifadə edilmir.

Analoji vəziyyəti digər gecə klublarına da aid etmək olar. Bəzən mühafizə xidmətinin əməkdaşları müştərilərin üzərlərini yoxlamaq səlahiyyətinə malik olmadıqlarını bildirərək, bunun qanuna zidd olduğunu deyirlər.

Hüquqşünas Fərhad Mehdiyev isə açıqlamasında deyib ki, burada qanuna ziddi heç bir hal yoxdur:

“Mühafizəçilər kluba daxil olmaq istəyən şəxslərin üzərlərini axtara bilərlər, buna icazə var. Bəzi gecə klublarının girişində belə sistem mövcuddur. Burada qanuna zidd heç bir əməl yoxdur. Gecə klublarına getmək istəyən şəxs metal detektorlardan keçməyə razı olmalıdır. Bu yolla təhlükəsizliyi böyük ölçüdə təmin etmək mümkündür”.

Qeyd edək ki, son bir ayda gecə klublarında 8 nəfər bıçaqlanıb, bir çox şəxs isə əlbəyaxa dava zamanı xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam