Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Bakıda həyəcan siqnalı: oğrular tutuldu- Foto

 

Bakıda həyəcan siqnalı: oğrular tutuldu

 

Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir

 

Yenixeber.org: DİN-dən  verilən məlumata görə, fevralın 9-da gecə saatlarında Bakıxanov qəsəbəsindəki xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyənləşdirilib.

Həmin cinayəti törətməkdə şübhəli bilinən, iki nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü polis bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərilərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyələşdirilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulanadək elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə dörd geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Onlar Bakıxanov qəsəbəsindəki geyim mağazasından bir qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa, saxlanılan şəxslər Nizami rayonundakı uşaq aləmi mağazasından üç ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar.

Saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Onlar barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəhbərliyi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlarla müqavilə bağlayan subyektlərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam