Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"NİNZA"LAR YUVASI:CƏLİLABAD MƏRKƏZİ RAYON RƏZALƏTXANASI


 

Yenixeber.org: 03 mart 2017-ci il... Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının həyətində qışı sıxışdıran əsil yaz havasıdı. Xəstəxananın arxa tərəfindəki Sovetdənqalma sətəmseyrək yolka ağaclarının altında beşcə dəqiqə dayanmaq bəs edir ki, zibili ərşə dirənmiş təbiətin və girdirmə siqaret tüstüsünün pərdə çəkdiyi ağciyərlər, adına oksigen deyilən nemətin ləzzətini duysun.

Qolumdakı saata baxıram. Zaman cihazının əqrəbləri 10.30-u göstərir. Yarım saatın keçdiyini hiss belə etməmişəm. Rus ağacının aurasına minnətdarlıq edib, yeyin addımlarla xəstəxananın girişinə doğru yönəlirəm. Hər atdığım addım sonrası ağciyər və beynimdəki oksigenin kütləsi azalır. Canımdakı rahatlıq ətrafdan eşidilən və getdikcə artan səs-küyün içində itib-batır. Yox, bu səsin nə xəstə iniltisinə, nə də xəstə sahiblərinin fəryadına heç bir aidiyyatı yoxdur. Səs xəstəxananı mühasirəyə almış yaşayış evlərindən, market və dükanlardan, şadlıq sarayı və sair qeyri-yaşayış obyektlərindən havalanaraq xəstəxananın həyətində bomba effekti yaradır. Üstəlik, dayanmadan hərəkət edərək cib doldurmaq missiyasını vəzifə borcu olaraq həyata keçirmək istəyi ilə alışıb-yanan YPX əməkdaşlarının dədə malı kimi minib-çapdıqları maşınların əndirəbadi sirenaları insan beynini qaşıyır. Məncə, kimlərinsə maddi maraqları ucbatından ətraf və sınırları bu dərəcədə müdaxiləyə məruz qalmış ikinci belə xəstəxana təsəvvür etmək mümkün deyil.    

Artıq iki seçimim var: ya özümü səsin içinə atmalı, ya başımı götürüb qaçmalıyam. Mən missiyamı yerinə yetirmək məqsədi ilə xəstəxanaya girməyi tərcih edirəm. Əslində buna məcburam. Çünki çox yaxın bir adamım qeysəriyyə əməliyyatındadır və onun bu əməliyyatdan sağ çıxacağına əmin deyiləm.

...Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına giriş Polikilinika Şöbəsindən başlayır. Həmişə olduğu kimi şöbədə yenə qələbəlikdir. Pensiya sənədi və şəkər dərmanı nizamlayan həkimlər, tibb bacı-qardaşları fırlayıb tələyə sala biləcəkləri müştəri axtarışındadırlar. Həm foyedə, həm də bəzi kabinetlərdə gedən razborkaları da sezməmək mümkün deyil. Məğzi, Babaxanın şöbəsində nəinki it yiyəsini, heç yiyə də itini tanımır.

Bir az irəlidə laboratoriyadır. Laboratoriyanın dar dəhlizində ət-ətə yapışmış insanlar səbrlə analiz verəcəkləri vaxtı gözləyirlər. Şəxsiyyət vəsiqəsi alanlar üçün qan analizi 2 manatdırsa, rəsmi nigaha girmək istəyənlər müvafiq sənədi əldə etməkdən ötrü minimum 10-20 manatlarından keçməlidirlər. Pulunu ver, ismi-şərifini yazdır yeni ailə quranların siyahısına. Görünür, Mərkəzi Xəstəxananın rəhbərliyi mental məsələlərdə çox mərhəmətlidir. Onların məntiqinə görə, bir izdivac ki, Allahın əmri, peyğəmbərin izni ilə gerçəkləşir, - vərəm, hepatit, spid və sair kimi xəstəliklər, bu izdivacı əngəlləməməlidir.               

Hərçəndi, “mentalitet” adıyla pərdələnən bu sayaq həkim əxlaqsızlığının ən böyük səbəbkarı cəmiyyət özü olsa belə, daha çox səhiyyə sisteminin başbilənlərinə sərf edir. Onlar bugünkü təmtəraqlı yaşayışlarını təmin etməklə bərabər, həm də gələcəkdəki haram və iyrənc fəaliyyətlərini stimullaşdırırlar. Bütün hallarda gələcək bugünün üzərində qurulmalıdır. Axı xəstə yoxsa, xəstəxana da olmaz. Bugün doğulan hər bir xəstə uşaq xəstəxananın gələcəkdəki potensial yem mənbəyidir.

Bu da birinci mərtəbənin son dayanacağı: UZİ və Rentgen şöbəsi. Alver davam edir.    

...Artıq “mal və can bazarı” arasındakı neytral zonadayam, yəni pilləkənlərdə. Yadıma “İRAN BAZARI” Ticarət Mərkəzi düşür. Qətiyyən inanmağım gəlmir ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.

“Mal bazarı”, yəni cərrahiyyə şöbəsi xəstəxananın ən strateji məkanıdır: “qəssabxana”sı 2-ci, palataları 3-cü mərtəbədə yerləşir.

“Qəssabxana”nın foyesinə daxil olmağımla yaxınlarımın gizləndikləri xəlvəti yerlərdən çıxaraq ətrafımı sarmağı bir oldu. Elə ağzımı doldurub gəlinimizə şəfa diləmək istəyirdim ki, üzbə-üz dayandığımız şüşə qapının arxasından əcaib bir baş boylandı və “əməliyyatda olan xanımın adamları sizsiz” – deyə, sual etdi. “H” səsi “Ə” səsinə qovuşmağa macal tapmadı. Şüşə qapı tayba-tay açıldı və üst-başı çirkin içində itib-batmış bir sürü “ninza” (başqa bənzətmə mümkün deyil) qadın üstümüzə töküldü. Təkcə qılıncı çatışmayan qadınların öndə gələni, “pulumuzu verin (ətraf rayon xəstəxanalarında “muştuluğumuzu verin” deyirlər), qızınız oldu” - deyə kükrəyəndə, artıq başım məndən on kilometrlərlə aralıdaydı. Hara, necə düşdüyümün fərqinə varmadan, bir anlıq bu cür murdar məxluqların sifətinə doğulmuş qardaşım balasının gələcəyini (təki Allah yaxşıya yazsın) fikirləşib də, özümdən qeyri-iradi qışqırdım: tərbiyyəsizlər, mərifətsizlər, şərəfsizlər... Üzlərini çirkli mələfələrin altında gizlətmiş “ninza”-qadınlar pərən-pərən oldular. Qardaşım boynumu qucaqlayıb, məni sakitləşdirməyə çalışdı: “səbrli ol qardaş, gəlinə ya uşağa xətər yetirər bu qansızlar!” 

"NİNZA"LAR  YUVASI:

       

Həmin an və məqamda, gitaranın simləritək tarıma çəkilmiş sinirlərimin səsini beynimdə hiss edirdim. Əgər o simlərə mizrab toxunsaydı, bəlkə də musiqi dünyasının gəlib-getmiş ən əcaib “rok”u yaranardı.

Sinirlərimdəki gərginliyi, canımdakı qasırğanı ram etməkcün kiçik qardaşımın müşaiyəti ilə yenidən xəstəxananın həyətinə düşdüm.  Vallah, özü kimi ağacı da gözəldi rusun. Təkrar altına pənah apardığım yolka bir anın içində bütün ruhuma sığal çəkdi. Və o rus ağacında nə hikmət vardısa, qardaşımın: “nöş qanını qaraldırsan, cərraha 400 manat vermişik, hər şey yaxşı olacaq, inşallah” - sözləri belə vecimə toxunmadı.

Əhval-ruhiyyəmi bərpa edib yenidən “qəssabxan”aya qalxdım. Uşaqların anası məni bir kənara çəkib dedi:  - “Nədən özünə zülm edirsən? Sən aşağı düşəndən sonra qardaşların həmin qadınların ciblərini necə lazımdı doldurub, könüllərini xoş etdilər.”  

Yazının “DABAN”ı:

Səsin və sözün tükəndiyi məkandır Cəlilabad Mərkəzi Rayon Xəstəxanası. Məhz bu məkanda ananın 9 ay qarnında gəzdirdiyi uşağı atasına 1000 manata satırlar. Sonrası məlum, müvafiq sənədlər təqdim ediləcək və ananın adına 99 manat “süd pulu” təyin ediləcək ki, həmin məbləğin də yarıdan çoxu “Doğum haqqında şəhadətnamə”yə, icra nümayəndəliyinin arayışına, yol puluna, təyinat verənə,  bankın kassirinə çatacaq.

HÜSAMƏ bin SƏRXAN (Hüsaməddin Əhmədov)

 

Cəlilabad rayonu, Qarazəncir kəndi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam