Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“MARKİZ”-adı kimi, “xidməti” var: daha bir əxlaqsızlıq məkanı haqqında


 

Özünü dövlət işçisi kimi qələmə verən bu məkanın xanım rəhbəri kimdir?

 

Xeberinfo.com: Əxlaqsızlıq məkanları hələ də bir ictimai bəla olaraq qalmaqdadır. Bu mövzu ictimai aktuallığı səbəbindən medianın da daim diqqətindədir. Az qala hər gün belə bir məkanın fəaliyyəti mediada ictimailəşir. Paytaxtın müxtəlif küçələrində belə məkanların “vizitka”larının paylanması da adi hala çevrilib. Təəssüf ki, nədənsə aidiyyatı dövlət orqanları bu problemin üzərinə getməkdə maraqlı görünmürlər. Məhz bu və digər səbəblərdəndir ki, media nə qədər çalışsa da bu bəla hələ də aktuallığını qorumaqdadır.

Bu istiqamətdə xeberinfo.com-a daha bir məlumat daxil olub. Paytaxtın “20 yanvar” metrosu yaxınlığında, Alı Mustafayev k. 10 mk. ünvanında (3-cü mkr. dairəsindən “20 yanvar” metrosuna gedən yolun sağında)TÜRK HAMAMI & SAUNA kimi tanınan, 24 saat fəaliyyət göstərən “MARKİZ”in fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar var. Məlumata görə adı TÜRK HAMAMI & SAUNA olsa da, “MARKİZ”də fərqli xidmətlər də təklif olunur... əxlaqsızlıq faktorları, insan alveri. Və demək olar ki, bu xidmətlər “MARKİZ”in fəaliyyətinin əsasını təşkil edir. Həm də elə forma və səviyyə də ki, bu məkanın daimi müştəri çevrəsinin günbəgün genişləndiyi də deyilir. Qiymətlər isə 10-30 manat arasında dəyişir. (Bəzən bir az yüksək də ola bilər.) Bu qiymətə “əlavə xidmət” daxil deyil.

Əməkdaşımız bu məlumatlarla bağlı müəyyən araşdırmalara da çalşıb. Lazımı müşahidələr aparıb, gərəkən şəxslərlə həmsöhbət olub...

 “MARKİZ”lə telefon əlaqəsi saxlayıb, tərəf olaraq onları da dinləmək istədik. Adının Ülkər olduğunu deyib, özünü “MARKİZ”in rəhbəri kimi təqdim edən xanım suallarımızı cavablandırmaq əvəzində bizi təhdid etdi. Təxminən belə: “Mən özüm dövlət işçisiyəm, özü də sizə nəzarət edənlərdən. Sizə kim məlumat, verib bu saat...”

Nə isə, heç özü də bilmədi ki, nə deyir. Ya Ülkər xanım dövlət işçisinin sahibkarlıqla məşğul olmasının qanunla yasaq olunduğunu bilmir, ya da...

Bizim üçün məsələnin burası maraqlı da deyil. Əsas aydınlaşdırmaq istədiyimiz “MARKİZ”in fəaliyyəti ilə bağlı olan məlumatlar idi. Hansı ki, bu istiqamətdəki çabamız nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.

Sadiq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam