Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Jasmin”-masaj salonu, yoxsa...?

 

 Burada hər xidmətin öz qiyməti var

“Xeberinfo.com”: Masaj salonları ilə bağlı ictimai rəy məlumdur-əxlaqsızlıq, insan alveri və daha nələr. İctimai rəyin yumşaq desək birmənalı olmaması da səbəbsiz deyil. Təəssüf ki, masaj salonları cəmiyyətdə daha çox məlum ehtiyacın təmin olunduğu əxlaqsız məkanı (Məhz məkan, yuva yox.) kimi tanınır. Bu mövzu ictimai aktuallığı səbəbindən medianında daim diqqətindədir. Az qala hər gün bir belə məkan mediada ictimailəşir. Paytaxtın müxtəlif küçələrində belə məkanların “vizitka”larının paylanması da məlum. Yenə də təəssüf, ... nədənsə aidiyyatı dövlət orqanları bu problemin üzərinə getməkdə maraqlı görünmürlər. Məhz bu və digər səbəblərdəndir ki, media çalışsada bu bəla hələ də çəkisini qorumaqdadır.

Bu istiqamətdə “xeberinfo.com”a daha bir məlumat daxil olub. Məlumatda paytaxtın Hüseynbala Əliyev k. 55/69 ünvanında (Memar Əcəmi metrosunun yaxınlığında.) masaj salonu kimi tanınan “Jasmin”in fəaliyyətindən bəhs olunur. Məlumata görə adı masaj salonu olsa da, “Jasmin”də fərqli xidmətlər də təklif olunur... Və demək olar ki, bu xidmətlər “Jasmin”in fəaliyyətinin əsasını təşkil edir. Həm də elə forma və səviyyə də ki, bu məkanın daimi müştəri çevrəsinin günbəgün genişləndiyi də deyilir. Qiymətlər isə 30-50 manat arasında dəyişir. (Bəzən bir az yüksək də ola bilər.)

Əməkdaşımız bu məlumatlarla bağlı müəyyən araşdırmalara çalşıb. Lazımı müşahidələr aparıb, gərəkən şəxslərlə həmsöhbət olub. Bəzi detallarda yanlışlıq olar deyə, hələlik bu araşdırmadan geniş yaza bilmirik.

“Jasmin”in sahibi kimi tanınan Nazlı xanımı da dinləmək istədik. Təəssüf ki, alınmadı.

 

 

Abas


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam