Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Zirvə”də məskən salan əxlaqsızlıq

                                

 

 Aidiyyatı dövlət orqanları bu məkanı niyə tanımaq istəmir?

 Bu adsız “dəyirmanda xoruzla bərabər, fərələr də banlayır”

“Xeberinfo.com”: Əxlaqsızlıq məkanları, insan alveri ilə bağlı dövrü mətbuatda silsilə yazılar dərc olunmaqdadır. Həftədə olmasa da, ayda 2-3 belə yazılarla rastlaşmaq mümkündür. Konkret ünvan və faktların əks olunmasına baxmayaraq bu yazılara aidiyyatı orqanlar tərəfindən gözlənilən reaksiya müşahidə olunmur. Mətbuatın araşdırıb, üzə çıxardığı qanuna və əxlaqa sığmayan faktlar elə fakt olaraq da qalmaqdadır. Nə çörəyi ... çıxanlar əməllərindən əl çəkir, nə də məsul şəxslərin “tükü tərpənir”.

Elə “xeberinfo.com” da insan alverinin tüğyan etdiyi daha bir məkan (Yuva yazmırıq.) haqqında məlumatlar daxil olub. Əslində bu məlumatları yeni hesab etməmək də olar. Səbəb isə indiyə kimi bu məkan haqqında mətbuatda dəfələrlə yazıların dərc olunmasıdır. Söhbət Bakı-Sumqayıt yolunun təxminən 20-ci kim-də “Tural” və “Bərguşad” kafelərinin arasında yerləşən adsız bir məkandan gedir. Elə bil “Tural” və “Bərguşad”-ın kölgəsində gizlənib, bu adsız məkan. Adı məlum olmasa da, mənsəbi məlumdur...

Burada vergidənyayınma faktları açıq və kütləvi şəkil alıb. Ölkə iqtisadiyyatının hazırkı durumunu nəzərə alsaq, onda bu sayaq faktlar xüsusi ilə diqqətçəkən sayılmalıdır. Qarşıdakı günlərdə Vergilər Nazirliyinə sorğu ünvanlamaqla bu məsələni araşdırmağa çalışacağıq.

Hələlik isə bu məkanla bağlı digər məlumatlardan qısaca da olsa... Məlumata görə əvvəllər bura “Zirvə” kafesi adı ilə məşhurlaşıb. Elə bilməyin ki, kafe olaraq-dadlı və ucuz yeməkləri, yüksək xidməti ilə-əsla yox. Elə yarandığı gündən kafe adı ilə pərdələnib, əxlaqsızlıq məkanına çevrilib.

İllərdir ki, bu məkanın ünvanı məşhurdur. Məşhurluq ilk baxışdan müsbət də qarşılana bilər. Amma, ilk baxışdan... Biz redaksiyamıza daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalar da apardıq. Az da olsa, bəzi əmmaları öyrənə bildik.  “Füzulili iki qardaşın məkanı” kimi tanınır bu ünvan. Elşən və Rafik qardaşları hər şeyi unudub, axırıncı yola əl atıblar. Bəli bunun başqa adı yoxdur: AXIRINCI YOL.

 Burada analoqu olmayan insan alveri gedir. İllərdir ki, vergidənyayınma kimi, insan alveri də açıq və kütləvi şəkildə. “Xidmətçilər”in bir “görüş”ü 20-30 manat arasında dəyişir.  “Xidmətçilər”in dediyinə görə bu pulun yarısı müdiriyyətə çatır. Müştəri baxımından da vəziyyət pis deyil. Fəaliyyəti uzun illər olduğundan yetərincə müştəri də toparlaya biliblər. “Xidmətçilər” öz aralarında “görüş”ü “ptiminutka” adlandırırlar. Gün ərzində isə belə “ptiminutka”ların sayı dəqiq deyil.

Diqqət çəkən məqamlardan biri də “xidmətçilər”in regional mənsubiyyəti ilə bağlıdır. Hələ bir müddət əvvəl də bu bununla bağlı mətbuatda yazılıb. Sən demə müdiriyyət bu məqsədlə “ştatnı işçilər”ini müxtəlif rayonlara ezam edir. Bu “ştatnı işçilər” də məlum kəslərin sosial durumundan sui istifadə edərək, onları işə düzəltmək adı ilə “Zirvə”yə ucaldırlar...

Məlumata görə burada təxminən 15-ə yaxın “istirahət kabinetləri” var. Əlbəttə “istirahət kabinetləri” demək mümküsə... Antisanitariya, xəstəlik mənbəyi.

Biz mövzu ilə bağlı hələlik geniş yaza bilmirik. Amma, hələlik. Səbəb isə əldə etdiyimiz məlumatları lazımınca dəqiqləşdirə bilməməyimizdir. Ona görə də məlumatlara səthi toxunuruq. Qarşıdakı günlərdə bu məlumatlarla bağlı aidiyyatı orqanlara məktub ünvanlamağı planlaşdırırıq. Bundan sonra mövzu ilə bağlı geniş yazı hazırlayacağıq.

Natiq

 

P.S. Qardaşlardan biri yeri gəldi-gəlmədi hüquq-mühafizə orqanları ilə “dostluq”larından danışır. Hətta bir ay bundan əvvəl orqanlardan birinə (Adını yazmağı uyğun bilmirik. Red.) 8000 manat “tərləmə”lərini də deyib(?)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam