Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Disko Club adında əxlaqsızlıq məkanları:Sumqayıtda

Disko Club adında əxlaqsızlıq məkanları:

 

Xeberinfo.com: Əxlaqsızlıq yuvalarının, insan alverinin tüğyan etdiyi məkanların ifşası son  zamanlar artmaqdadır. Hüquq-mühafizə orqanları demək olar ki, həftədə 1-2 belə məkanları aşkarlayıb, lazımı ölçünü də götürürlər. Həm də bu proses paytaxtla yekunlaşmayıb, əyalətləri də əhatə edir. Amma,...bu bəla bitmir ki, bitmir.

Sumqayıtlı oxucularımızın xeberinfo.com-a verdiyi məlumatlar və apardığımız araşdırmalardan da belə məlum olur. Sumqayıt dairəsinin sağ tərəfində-Hacı Zeynalabdin qəsəbəsi istiqamətində-disko club adı ilə iki əxlaqsızlıq məkanı var. Heç birinin də adı yoxdur. Deyilənlərə görə qonşu olan bu məkanlardan birinin adı nə vaxtsa “Kral” olub. Elə buğun də o məkan “Kral” kimi tanınır. Digərinin isə nə əvvəl, nə də indi adı-filanı yoxdur.

Disko Club adında əxlaqsızlıq məkanları:

Bu “disko club”ların adları məlum olmasa da, əməlləri, öfəaliyyətləri təkcə sumqayıtlılara deyil, bütün ətraf  qəsəbələrə də məlumdur. Həm də necə...?  Axşam saat 7-8-dən sonra burada “həyat başlayır”. Yarıqaranlıq kimi görünən məkanda sayrışan rəngli işıqlar salona xüsusi gözəllik verir. Bu mənzərədə yarıçılpaq gözəllərin necə gözə girməsi isə təsəvvürolunmazdır. Apardığımız müşahidələr bizi eşitdiyimiz, gözlədiyimizlərdən də fərqli bir nəsnələrlə qarşılaşdırdı.

Sayı bilinməyən zərif cinsin nümayəndələrinin “xidmət haqqı” 30-40 manat arasında dəyişir. Özləri də müştərini elə ilk tanışlıqdan “tərlədirlər”. Stola əyləşən kimi müxtəlif içkilər sifariş olunur: koka-koladan tutmuş bahalı viskiyə qədər. Qiymət də nə qiymət: 1 stəkan koka-kola 6 manat, 250 q. viski 29 manat musiqi sifarişi 10 manat və s.

Disko Club adında əxlaqsızlıq məkanları:

Bu müştərinin başına açılan birinci, həm də yüngül oyundur. Daha sonra müştəriyə kabinetə keçmək təklif olunur. (Yeri gəlmişkən antisanitariyanın baş alıb getdiyi bu kabinetlər əsl xəstəlik mənbəyidir.) Müştəri bu mərhələdə də 30-40 manat itirməli olur... Ustalıqla fırladıldıqlarını bilib də, “başlarına döyürlər”.

Qazanan isə bu obyektlərin gözəgörünməz sahibləridir. Əslində onlar da itirirlər, həm də hamıdan çox...

Bütün bunlarla bağlı daha çox narahatçılıq doğuran və başa düşülməsi çətin olan isə aidiyyatı dövlət orqanlarının bu “besperedel”ə, biabırçılığa  göz yummasıdır. Burada insan alveri kimi, vergidənyayınma da açıq şəkildə gerçəkləşir. Əminik ki, bu obyektlərlə bağlı ictimai qınaq bir yana, hörmətli hüquq-mühafizə orqaları da, vergi orqanları da tezliklə lazımı ölçü götürəcəklər.

Mövzu diqqətimizdədir.

 

Elvin 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam