Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Nəinki 50 qəpik, heç beş qəpiklik ictimai nəqliyyat yoxdur" -Bəs Gəncə Avtomobil Zavodu nə edir?

İctimai nəqliyyatda gedişhaqqının 50 qəpik olmasından sonra vətəndaşlar istifadə etdikləri avtobusların keyfiyyətindən daha çox şikayət edirlər. Ötən yazımızda "Koroğlu" metrosundan Bakı kəndlərinə getmək üçün bəzən avtobus, taksi tapılmadığı, tapılan avtobusların divarlarında isə natəmizlikdən ot göyərdiyi barədə vətəndaşlar narazılıq etmişdilər. Problem hələ də həll olunmamış qalır.

Yenixeber.org: İndi isə ölkənin bir nömrəli avtomobil zavodunun (Gəncə Avtomobil Zavodu-red) yerləşdiyi Gəncə şəhərində ciddi avtobus problemi yaşanır. Gəncədən Nicat Xudat AYNA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə səslənərək, qeyd edir ki, Gəncədəki bütün avtobuslar öz istismar müddətini başa vurub və üfunət qoxurlar: "Mən anlaya bilmirəm, bu ölkə tək Bakıdan ibarətdir? Siz ancaq Bakıda fəaliyyət göstərirsiniz, yoxsa bütün ölkənin agentliyisiniz? Gəncədə normal ictimai nəqliyyat nə zaman olacaq? Avtobuslar hamısı istismar müddətini başa vurub, sınıq-salxaq avtobuslardan üfunət iyi gəlir. Gediş haqqı da qalxıb, olub 50 qəpik. Gəncədə nəinki 50 qəpik, heç beş qəpiklik ictimai nəqliyyat yoxdur. Gəncə camaatı adam deyil?" - deyə, vətəndaş aidiyyəti qurumlara narazılığını bildirir.

Digər şikayətlər də keyfiyyətsiz yol keçidi xətlərindəndir. Sosial şəbəkə istifadəçiləri bu haqda AYNA-nın rəsmi "facebook" səhifəsində qeyd edirlər ki, bir çox yerdə yol keçidi xətləri yoxdur, olanlar da keyfiyyətsizlikdən heç bir ay çəkmir ki, silinir.

Elnur Əliyev piyada keçidləri barədə yazır: "O piyada keçidlərində insanlar ölür və nə qədər ölsə də, xeyri yoxdur - AYNA piyada keçidlərini rəngləməyəcək. Bu səbəbdən də ölən adamların məsuliyyətini bu ölkədə heç kim daşımır. Burda qanun yoxdur".

Məlumat üçün qeyd edək ki, yazılan bu şərhlərin hər biri məhz elə aidiyyəti qurumun rəsmi "facebook" səhifəsinə yazılıb. Onların bir qismi isə cavablandırılmayıb.

Gəncə şəhərinin avtomobil zavoduna malik olmasına baxmayaraq, burada niyə hələ də gərəkli avtobusların hazırlanıb, şəhər sakinlərinin istifadəsinə verilməməsi isə maraq doğurur.(Bizimyol)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam