Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Tender kralına 15 min cərimə... - Məşhur iranlı memarı qanunsuz işlədib -TƏFƏRRÜAT

Azərbaycanda 4-dən artıq şirkətin sahibi olan iş adamı məşhur iranlı mühəndisə görə 15 min manat cərimələnib. 
Yenixeber.org: Məlumata görə, "DADAŞ-N" MMC-nin qanuni təmsilçisi və baş direktoru Dadaşov Nəsimi Cəfər oğlu Ağdam Sənaye Parkında özünə məxsus olan iplik və xalça fabriki inşaa etdirir. 
İş adamı ölkəmizdə iş icazəsi olmayan İran İslam Respublikasının vətəndaşı Nikrouz Forouzandehi həmin fabrikinin memarı və layihə rəhbəri kimi çalışdırıb. 
Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən şirkətin sahibinə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nəsimi Dadaşov İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib və 15.000 manat məbləğində cərimə edilib. 
    Nikrouz Forouzandeh 
Qeyd edək ki, 2018-2022-ci illər ərzində Nikrouz Forouzandeh Bakı Mühəndislik Universitetinin (BMU) İnşaat mühəndisliyi kafedrasının baş müəllimi kimi çalışıb. 2021-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil edilmiş "Qədim Qarabağın yenilənən siması" müsabiqəsində Ağdam rayonun Sancalı kəndinin memarlıq planlaşdırma həlli layihəsinin hazırlanmasına görə diplomla təltif olunub. 2023-ci ildən sonra mühəndisin iş icazəsi bitdiyindən "DADAŞ-N" MMC şirkəti tərəfindən işlərə cəlb edilib. 
Nəsimi Dadaşov
Xatırladaq ki, Dadaşov Nəsimi Cəfər oğlu bir sıra dövlət qurumlarının təşkil etdiyi tenderlərin qalibi olub. 2016-cı ildə Nəsimi Dadaşovun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb:
"BARAMA-N" MMC
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, B.ABBASOV ev.55 m.
Nizamnamə kapitalı: 500 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 21 Noyabr 2016
"SASAR İSTEHSAL MALLARI" MMC
Hüquqi ünvanı: AZ3628, QƏBƏLƏ RAYONU, VƏNDAM.
Nizamnamə kapitalı: 500 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016.
"NƏSİMİ 1965" MMC
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, B.ABBASOV ev 55.
Nizamnamə kapitalı: 10 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016
"SARAR İSTEHSAL MALLARI" MMC
Hüquqi ünvanı: AZ3628, QƏBƏLƏ RAYONU, VƏNDAM.
Nizamnamə kapitalı: 500 manat.
Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.
Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016.
(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam