Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Avtodetal" mağazalar şəbəkəsində saxtakarlıq -Satdıqları saxta çin malları məhv edilməlidir

 

Təxminən 1 ay əvvəl idarə etdiyimiz “Hyundai Elentra” markalı avtomobilin babin detalı sıradan çıxmışdı. 8-ci mikrorayon ərazisində, Cəfər Xəndan 206 ünvanında yerləşən servizdə elektrik ustası bildirdi ki, bəs babin detalını dəyişmək lazımdır. Və məsləhət gördü ki, 10 metrlikdə yerləşən “Avtodetal” mağazasından təzəsini al gətir dəyişək.

Yenixeber.org: Birlikdə getdik. 1 ədəd “Proton” markalı detalın qiymətinin 50 manat olduğunu bildirdilər. Keyfiyyətini soruşduqda satıcılar bildirdilər ki, narahat olmayaq, orjinal maldır. Elektrik ustası yeni detalı yerinə qoydu. İki gündən sonra yenə avtomobildə silkələnmə baş verdi. Yenə, həmin ünvandakı ustaya yaxınlaşdıq.
Bu dəfə daha iki babinin sıradan çıxdığını bildirdi. Yenə “Avtodetal” mağazasından yenə əlavə “Proton” markalı 2 ədəd babini alıb dəyişdirdik. 10 gün keçmədi ki, həmin detallar da sırdan çıxdı. Məcbur olub digər mağazadan 25 manata aldığımız Cənubi Koreya istehsalı olan “Genuine Parts” firmasının babinlərini alıb Çin istehsalı olan saxta və keyfiyyətsiz detalların əvəzlədik.
Hazırda avtomobil normal işləyir. “Avtodetal” mağazasında isə bizə nə bir satış qəbzi, nə də zəmanət verdilər. Sadəcə bildirdilər ki, elektrik detalları dəyişdirlmir və geri qaytarılmır. Vəssəlam. İnternetdən araşdırmalarımız zamanı məlum oldu ki, Made in PRC adı altında istehsal olunmuş həmin avtodetallar Çin istehsalıdır və heç bir keyfiyyətə malik deyildir.
Yəni detal saxtadır və istifadəyə yarasızdır. Və yarasız olmasından əlavə istifadə etdikdə digər eyni detalları da sıradan çıxarır. Yəni, avtomobilə ciddi problem yaradır. Bu nəticəyə gəldik ki, “Avtodetal” mağazalar şəbəkəsi 10 filialı ilə Azərbaycanda fəaliyyət göstərsə də onların satdıqları avtomobil ehtiyatr hissələri Çin istehsalı olan ən keyfiyyətsiz məhsullardır.
Və baha qiymətə satmaqla bizim kimi alıcıları aldatmaqla əsassız varlanma yolunu tutublar. Hesab edirik ki, orjinal adı altında saxta Çin mallarını  istehlakçılara sırayan “Avtodetal” mağazalar şəbəkəsi barədə hüquq müstəvisində təxirəsalınmaz tədbirlər həyata keçməli, satdıqları saxta çin malları piştaxtalardan yığışdırilmalı və məhv edilməlidir.(Azerbaycanreallığı)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam