Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -Şöbə müdiri haram əməllərini necə “halallaşdırır”?

TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ - Əmlak məmuru yediyini nə uda, nə də  qaytara bilir

Ölkə başçısının Əmlak Məsələləri Dövlət Xidmətində həyata keçridiyi islahatlar bu qurumun fəaliyyətində çoxlu sayda müsbət yeniliklərə səbəb olub. Bu yeniliklərdən biri Əmlak Məsələləri Dövlət Xidmətində korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın, həmçinin, vətəndaş məmnunluğunun artırılmasıdır.

Yenixeber.org: Bu baxımdan, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin, habelə rəis müavini Elçin Yusubov və digər vəzifəli şəxslərin ölkə başçısının etimadını doğrultduğu göz önündədir. Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyində təmsil olunan bu şəxslər prezidentin dövlət qurumları qarşısında qoyduğu vəzifə və tövsiyələri öz fəaliyyətlərində rəhbər tutmaqda, onlara həvalə edilən vəzifənin öhdəsindən uğurla gəlməkdədir.

Lakin təəssüflər olsun ki, bu gün Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun şəxsi maraqları konteksində yürütdüyü siyasət adıçəkilən qurumun nüfuzuna xələl gətirən yeganə hal kimi ortaya çıxmaqdadır.

Ölkə mətbuatında ismi hər zaman müxtəlif qalmaqallarda və mənimsəmələrdə hallanan Taleh Bəşirov, bu gün də medianın ən çox diqqət mərkəzində saxladığı simalardan biridir. Buna səbəb şöbə müdirinin respublikanın bir çox bölgələrində hektarlarla torpaq sahəsini yüksək vəzifəli şəxslərin adına rəsmiləşdirməsi, bunun qarşılığında bahalı “hədiyyələr” alması, onlarla bu yolla “halallaşaması” haqda deyilənlərdır.

Taleh Bəşirov bu məsələdə olduqca maraqlı və qeyri-adi taktika sərgiləyir. Belə ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan nəhəng torpaq sahələrini “rəsmi makler” statusunda müxtəlif iş adamlarına, məmur və oliqarxlara təqdim edir. Rəsmi alqı-satqı həyata keçirilir və bu alqı-satqı üçün tələb oluna rüsum dövlət büdcəsinə keçirilir. İddia olunur ki, Taleh Bəşirov bununla işin rəsmi, qanuni hissəsini başa çatdırır. Daha sonra torpağı alan iş adamın ilə əvvəlcədən əldə etdiyi razılığa əsasən, ondan göstərdiyi xidmətin müqabilində pul və ya bahalı avtomobillər şəklində “zəhmət haqqı” alır, qarşı tərəfə “halallıq verir”. Taleh Bəşirov bununla hesab edir ki, o, qanunu pozmadan “halal pul” qazanır.

Taleh Bəşirovun ismi çoxsaylı qalmaqallarda hallansa da, onun adı Bakının Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” düşərgəsi ilə bağlı qanunsuz alqı-satqıda daha çox çəkilməkdədir. Buna səbəb əmlak məmurunun bu məsələdə dövlət siyasətinə açıq-aşkar meydan oxuması, məcburi köçkünləri öz şəxsi marağına görə 30 ildir məskunlaşdığı sığınacaqdan didərgin salmaq istəyidir.

Medianın bu məsələdə Taleh Bəşirova ciddi dirəniş göstərməsi şöbə müdirini çətinə salıb. Taleh Bəşirov zəbtetmə prosesini davam etdirə bilmir. Eyni zamanda, satılan ərazidəki hasarları sökərək bu “işğala” son qoymaq istəmir. Başqa sözlə desək, şöbə müdiri bu məsələdə sözün həqiqi mənasında “pat” vəziyyətinə düşüb. Bu vəziyyətin şöbə müdirinə bundan sonrakı addımlarına necə təsir göstərəcəyini isə zaman göstərəcək.(Hurriyyet)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam