Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

YASAMAL RAYONUNDA ZƏBT EDİLMƏYƏN PİYADA SƏKİSİ QALMADI –FOTOFAKT

İyul ayında Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində səki hesabına yaradılan parkinq haqlı narazılıq yaratmışdı. Sakinlərin etirazından sonra parkinq ləğv edilmiş, səki bərpa edilmişdi.

Yenixeber.org: Səki əslində bərkidilməyən beton bordürlər hesabına bərpa edilmişdi. Yəni bordürlər düzülmüş, ancaq bərkidilmə işləri aparılmamışdı. Problem qismən aradan qaldırılsa da, piyadaların hərəkəti üçün şərait var idi. Sakinlər tezliklə səkinin tam bərpa ediləcəyini gözləyirdi. Ehtimal edilirdi ki, bordürlər bərkidiləcək, səki işlək hala salınacaq.
Ancaq gözlənilənlərin tam əksinə oldu. Hazırda yerə müvəqqəti düşülmüş bordürlər yenidən götürülüb və səki avtomobil yoluna qarışıb. Sakinlərin fikrincə, səki yenidən parkinq kimi istifadə ediləcəyi üçün bordürləri söküblər.
Yasamal rayonunda sakinlər səkilərin bu və ya digər formada zənt edilməsinə tez-tez şahid olurlar. Bu problemlər artıq yasamal camaatını təngə gətirib. Tezliklə aidiyyəti qurumların problemlə bağlı tədbir görmələrini tələb edirlər. Belə davam edərsə Yasamal rayonunda piyadaların hərəkəti üçün səki qalmayacaq.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam