Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sədərək gömrüyündə sürücülərdən “sürətli keçid” adı ilə rüşvət yığılır – TƏFƏRRÜAT


Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda sürücülərdən “sürətli keçid” adı altında rüşvət alındığı iddia olunur.
Yenixeber.org: Bu barədə sürücülər “Gündəlik Naxçıvan”a məlumat veriblər.

Onlar bildirirlər ki, gömrük əməkdaşları süni şəkildə uzun növbələr yaradıb sürücülərə 50 manat qarşılığında “sürətli keçid” təklif edirlər və bir çox sürücülər gecəni gömrükdə keçirməmək üçün bu məbləği verməyə məcbur olurlar.
Sürücülərin sözlərinə görə, “sürətli keçid” üçün ödədikləri pula görə onlara heç bir sənəd verilmir. Bu səbəbdən onlar hesab edirlər ki, hər gün yüzlərlə sürücüdən alınan bu pulları gömrük əməkdaşları mənimsəyirlər.
Şərur rayon sakini, sürücü Vasif Orucov deyir ki, tələsik işi olduğu üçün bir neçə dəfə pul ödəyib, Türkiyə tərəfə keçməyə məcbur olub:
“Bu növbəti bir pul tələsidir. Pulu həm nağd, həm də onlayn ödəmək olur. İstər onlayn, istərsə də nağd şəkildə ödənilən pulların haraya getdiyi bəlli olmur. Çünki ödəniş edənlərə heç bir qəbz verilmir. Dünyanın heç bir yerində belə qayda yoxdur. Bu səbəbdən də gömrükdə bəzən yüzlərlə maşın növbədə gözləməli olur. Məqsəd insanları gözləməkdən bezdirərək sürətli keçiddən istifadəyə məcbur edib rüşvət almaqdır”.
Digər şikayətçi Səfər Qurbanov isə deyir ki, ağır xəstə olan yaxınlarından birini təcili Türkiyəyə aparmaq üçün tələb olunan məbləği ödəməli olub:
“Mən nadir hallarda Türkiyəyə gedirəm. Bir neçə gün əvvəl ağır vəziyyətdə olan xəstəmi müalicəyə aparırdım. Səhər 7-də gömrüyə çatdım. Növbədə yüzlərlə maşın gözləyirdi. 2 saata qədər gözlədim. Lakin növbə yerindən tərpənmirdi. Bəzi avtomobillərin növbəyə dayanmadan keçdiyini görürdüm. Yaxınlaşıb, gömrük işçisinə iradımı bildirdim və xəstə apardığımı dedim. O, 50 manat ödəyib “sürətli xətdən” keçməyi məsləhət gördü. Bu məbləğin çox olduğunu, xəstəyə görə güzəşt etmələrini xahiş etdim, 25 manat aldılar. Ödənişin müqabilində qəbz istəsəm də, verilmədi. Amma saatlarla növbə gözləyənlərin qarşısında bu qaydada keçmək düzgün deyil. Onların hüquqları pozulur. İstəsələr, bu növbə olmaz. Belə edirlər ki, rüşvət yığa bilsinlər”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam