Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıcıb.

Yenixeber.org: Sözügedən MMC-nin hazırki vergi borcu 3254108.35 AZN-dir.

Bildirək ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkətinin direktoru MƏZAHİR MAHMUDOV MAHMUD oğludur.

Şirkət 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manat təşkil edir. 

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinim sədri Saleh Məmmədovdur.(32gün.az)