Bir neçə gün öncə yayılan rəsmi xəbərdən bəlli oldu ki, Qazaxıstanın Baş Prokurorluğu ölkədən gizli çıxarılan külli miqdarda valyuta ilə bağlı İNTERPOLA sorğu göndərib. Və tələb edir ki, həmin şəxslər saxlanılıb ölkəyə təhvil verilsin və...gizli hesablardakı vəsait Qazaxıstan dövlətinə qaytarılsın.
Yenixeber.org: Qardaş Qazaxıstanın bu addımı bizə də örnək olmalıdır.
Bəs onda niyə bizim hüquq-mühafizə orqanları susmağa üstünlük verirlər..?
Məsələni çox uzatmadan onu xüsusi olaraq qeyd edək ki, xaricdəki qeyri-leqal valyuta dövlətimiz üçün çox təhlükəlidir. İstənilən məqamda bəzi indiki və sabiq məmurların satqın müxalifətə maliyyə dəstəyi verməyəcəyinə kim QARANTİYA verir..?
Biz çox ciddi hesab etdiyimiz bu problemlə bağlı bir media-layihə etmək istəyirik.
Və layihəmizin ilk “qəhərmanı” SOKAR-ın sabiq prezidenti, hazırda Baş nazirin müavini olan Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevdir.
Oxucunu yormadan məsələyə bir az uzaqdan başlayaq.
Vaxtilə mediada dərc olunan SOCAR-ın vəzifəli şəxslərinin siyahısına nəzər salaq:
SOCAR Azərbaycanın ən strateji qurumudur, az qala ölkəmizin brendidir.
Amma bu qurumda çalışanların bir kəndin adamları olduğunu görəndə adam xəcalət çəkir. XXI əsrdə tayfa, mağara düşüncəsi ilə...
1. Rövnəq Abdullayevin dayısı oğlu — Anar Əliyev — ən böyük neft maqnatlarından biri,
2. Rövnəq Abdullayevin digər dayısı oğlu — Bədəl Əliyev — SOCAR Informasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır,
3. Rövnəq Abdullayevin başqa dayısı oğlu — Nihad Əliyev -SOCAR-da satış direktorudur,
4. Rövnəq Abdullayevin dayısı — Nüsrət Əliyev — Neft Emalı zavodunda Qaz sektorunun müdiridir,
5. Rövnəq Abdullayevin digər dayısı Azad Əliyev — Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir,
6. Rövnəq Abdullayevin digər dayısı oğlu ( Azad müəllimin oğlu ) Rəsul Əliyev — SOCAR-da mühüm vəzifə daşıyır,
7. Rövnəq Abdullayevin dayısının baldızı oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərləridir,
8. Rövnəq Abdullayevin dayısının nəvələri — Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir,
9. Rövnəq Abdullayevn qaynatası (həm də doğma əmisi ) Adəm müəllim — SOCAR-da Demontaj sektorunun rəisidir,
10. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir,
11. Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev xaricdə Azərbaycan neftinin satışına nəzarət edir.
Bu siyahını kifayət qədər uzatmaq olar. Amma...
İndi gördünüzmü Azərbaycanın milli sərvəti olan neft və neft məhsulları bir ailənin əlində cəmləşib.
Ona görə də tez-tez oxuyuruq:
Rövnəq Abdullayev Londonda 37 milyona mülk aldı - Aləsini köçürür...
Rövnəq Abdullayevin qohumlarının Türkiyədə, İngiltərədə, Dubayda, Rumıniyada, Moldovada milyardlarla dəyəri olan əmlakı, biznes şəbəkəsi....
Rövnəq Abdullayevin 3 milyon dollarlıq maşın kolleksiyası... “Mersedes S500”...“MAYBACH” ...“Range Rover”...hətta zirehli avtomobil...
Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin qolundakı 2 milyon dollar dəyərində saatı oğurladılar...
Rəşad Abdullayevin Türkiyədə restoranları, otelləri, istirahət mərkəzləri...
Bu siyahını uzatmağa ehtiyac varmı..?
Ümumi dəyəri milyardlar olan bu əmlakı necə qazanmaq olardı..?
Əlbəttə, dövlətdən və xalqdan oğurlanan pulların hesabına....
İndi Rövnəq Abdullayevə sual verən lazımdır ki, təkcə 44 günlük müharibədə və lokal antiterror əməliyyatında minlərlə Azərbaycan gənci şəhid oldu, qazi oldu. Bəs sənin nəslindən bir nəfər şəhid oldumu..?
Sənin oğlun Rəşad Abdullayevin bu müharibədə burnu qanadımı..?
Əlbəttə, yox.
Bu gün Azərbaycan dövləti şəhid və qazi ailələrinə imkan daxilində dəstək olur, yardım edir...
Cənab Rövnəq Abdullayev, sən, oğlun və digər qohumların milyonları xarici ölkələrdə dövr etdirirsiniz...
Təkcə sənin bir qohumun xaricdə hər gün 1 çaynik çay içməyə 150 dollar xərcləyir. Bu neçə müharibə veteranının aylıq müavinət puludur.
Belə ədalətsizlik olmaz.
Bu günədək Rövnəq Abdulalyev və oğlu bir nəfər şəhid və qazi ailəsinin qolundan tutmayıb. Əlbəttə sağ olsun dövlətimiz və Prezidentimiz.
Belə olan halda nə üçün hüquq-mühafizə orqanları Rövnəq Abduallyevin, oğlunun və yaxın qohumlarının xatrici hesablardakı milyardları ilə bağlı məsələ qaldırmır..?
Onların həbs olunub ölkəyə gətirlməsini təmin etmir..?
Cənablar ! Zaman ötür. Bu məmurlar və övladları xalqdan və dövlətdən oğurladıqları milyardları ölkədən çıxarıb...sonra da ölkəni tərk edəcəklər. Bax, onda gec olacaq.(Gundelik-bak.com)
P.S. Tüleyman müəllim 2 gündən sonra öz sözünü deyəcək.