Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Binəqədi icra başçısının DAŞ KƏSƏN TAMAHI - 30 İLLİK ZEYTUN BAĞLARINI MƏHV EDİR -VİDEO

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki 30 illik zeytun bağları baxımsızlıqdan quruyaraq məhv olur. Ağacların yerləşdiyi parka gələn su kəsilib, icra hakimiyyəti problemlə maraqlanmır.
Yenixeber.org: Zeytun bağları taleyin ümidinə buraxılıb.
“Bura Adil Məmmədov küçəsidir. Bura illərin məşhur zeytun bağlarıdır. 30 illərin bağıdır. Bura əvvəl daimi su gəlirdi, çünki arteziyan quyuları var, ağaclar sulanırdı. Uzun müddətdir ki, bağa gələn su kəsilib. Ərazidəki yaşıllıqlar susuzluqdan yanıb məhv olur. Zeytun ağaclarının bir çoxu da susuzluqdan məhv olmaq üzrədir” deyə, sakinlər bildirib.
Bağın və ağacların vəziyyəti sakinləri narahat edir. Onlar tezliklə bağdakı yaşıllıqların bərpa edilməsi, qorunması üçün tədbir görülməsini istəyirlər.
Sakinlərin sözlərinə görə, icra hakimiyyəti yaxın günlərdə bağa yol şəkdirib, abadlıq işləri adı altında iş aparıb aparıb, bağı isə pis hala salaraq gediblər:
“Yol çəkildi, oturacaqlar qoyuldu. Ancaq ətraf qurumuş, məhvolmaq üzrə olan ağaclardan ibarətdir. Bağa nə baxırlar, nə də ağaclar sulanır”.(Tribunainfo.az)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam