Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Deputatın bina tikən qardaşı sakinlərin çıxarışını vermir? -Gərginlik

bitmap-img6

“Abşeron City” Mənzil Tikinti Kooperativinə məxsus binalarda yaşayan sakinlər etiraz ediblər. 
Yenixeber.org: Məlumata görə, onların etiraz etməsinə səbəb 4 ildən artıqdır aldıqları mənzillərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə “çıxarış”ı ala bilməməsidir. 
“Abşeron City” MTK-nin qanuni təmsilçisi Şahin Mirkişili etiraz edən sakinləri qəbul edib. 
O, sakinlərin sullarını cavablandırsa da, bu hadisəni video lentə alanlara öz etirazını bildirib: “Çəkrisinizsə, sullarınızı cavablandırmayacam...”.
"Siz söz verdiniz ki, ötən ilin sonuna kimi “çıxarışlar” veriləcək. Demişdiz ki, verilməsə, sakinlərin mənzillərə görə ödədikləri pulu geri qaytaracaqsız. Amma bu baş vermədi", deyə sakinlərdən biri bildirib.
Şahin Mirikişi isə belə bir söz demədiyini bildirib və daha sonra əsəbləşərək onlara deyib: "Gedin məni məhkəməyə verin. "Çıxarışlar" nə vaxt verilsə, onda da alacaqsınız. Çəkiliş dayandırılmasa, mən sulları da cavablandırmayacam...”
Qeyd edək ki, “Abşeron City” MTK-nin qanuni təmsilçisi Şahin Mirikişili deputat Tahir Mirkişilinin qardaşıdır. Şirkət də qardaşlara məxsusdur.(valyuta.az)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam