Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kiçikbəyovun səfərbərlik sistemindəki BÖYÜK İŞLƏRİ... -Vəziyyəti heç də yaxşı olmayacaq...

Masallıdan olan polkovnikə General-mayor rütbəsi verildi
Yenixeber.org: Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik.
"Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Müəmmalı fəaliyyətinə rəğmən birdən birə general rütbəsinə yüksələn və xidmətin mərkəzi aparatında yüksək vəzifə alan digər bir şəxs Çingiz Kiçibəyovdur.
Onun xidməti fəaliyyəti dövründə yol verdiyi ciddi nöqsanlar, Quba və Sabunçu rayonlarının hərbi çağırışçıları, onların valideynlərinə yaratdığı süni əngəllər bir dosye kimi cildlənə bilər. Hərbi Prokurorluq SHXÇDX-nin bu fiquru ilə bağlı araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.
Belə ki, ölkə mediasında yer alan xəbərlərə istinadən bildirək ki, Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba, Sabunçu və Suraxanı rayon şöbəsində "hərbi bilet bazarı” ilə ad çıxarıb.
Məlumatlara görə Ç.Kiçibəyov hazırda da Xidmətdən bütün rayonlar üzrə möhlət hüququ və yararsızlıq məsələlərini monopoliyaya alıb. Bütün bu faktorlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisinin Ç.Kiçibəyovla bağlı lazımi qərar verəcəyini labüdləşdirir. //Cumhuriyyet.az//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam