Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

General-leytenant cinayət məsuliyyətinə cəlb olunmalıdır

 

Bir neçə ay əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

 

Xeberinfo.com:    Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə polkovnikdən “general-leytenant” rütbəsinədək Müdafiə Nazirliyində isti otaqda, rahat kreslolarda “külüng çalan”, hətta Bakı şəhəri Parlament prospekti-3 ünvanında ermənilərlə müharibə apararaq “müharibə veteranı” olan, uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmışdır. O, əvvəllər Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi vəzifələrində xidmət edib. Əsas işi də SSRİ SQ-nin nizamnamələrinin Azərbaycan dilinə əcayibcəsinə tərcümə edilməsindən ibarət olmuşdur. Sonradan uzun  müddət Səfər Əbiyevin Kadrlar idarəsinin rəisi olmuşdur.

Xatırladaq ki, Ç. Məmmədovun ötən ilin sonlarında Silahlı  Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb (yəni xidməti yeni tələblərlə davam etməyə duxu çatmayıb). O, artıq özü başa düşmüşdür ki, başdan ayağa çirkab içindədir. Başqaları on illərlə səngərdə xidmət etdiyi, müharibədə döyüşlərdə iştirak etdiyi  halda o,  döyüş bölgələrində bir gün belə xidmət etməmiş, orduda heç bir nüfuzu yoxdur. Ən yaxşı yolu aradan çıxmaqda görüb. Onsuz da Zakir Həsənovun işgüzar komandasında onun kimi bacarıqsız, ikiüzlü ünsürə yer olmadığını başa düşüb. Bir gün də olsun Bakıdan kənarda xidmət etməyən Çingiz Məmmədov isti kabinetdə otura-otura general-leytenant poqonlarına yiyələnib və dövlət tərəfindən ona verilmiş səlahiyyətləri ancaq öz xeyrinə istifadə edib. Bu gün bəlli olan budur ki, Səfərə  “xidmətlərinə görə” o hər ay dövlətdən 2000 AZN-dən çox pensiya alır. Əgər o vicdanla xidmət etsəydi, general pensiyası ona halal olardı. Amma indiki halda ona xalqın bu qədər pulu haramdır.

Aidiyyatı üzrə səlahiyyətli dövlət orqanları araşdırma aparsalar görərlər ki, Çingiz Məmmədovun Bakı qarnizonunun rəisi olduğu dövrdə Müdafiə Nazirliyinin fondundan nə qədər torpaq sahələrinin satıldığını, həmçinin  Müdafiə Nazirliyinin mənzil fondunda olan nə qədər mənzili başqasının, öz ailəsinin üzvlərindən birinin adına özəlləşdirərək mənzillərin siyahısından qeyri-qanuni olaraq çıxararaq vəzifələrindən sui istifadə etmişdir. Özünün kifayət qədər geniş evi olsa da,  prezidentdən yeni bir mənzil də alıb. Onun barəsində müvafiq strukturlar geniş araşdırmaya başlamalıdırlar. Belə bir araşdırmanın aparılması üçün kifayət qədər əsasın olduğu, Ç.Məmmədovun vəzifə səlahiyyətlərin süi-istifadə etməysiylə bağlı kifayət qədər fakt var.

Əvvəllər mətbuatada dərc olunmuş ( http://qazeta.com/2013/08/16/general-leytenantin-ail%C9%99-uzvl%C9%99ri-tabeliyind%C9%99-isl%C9%99yir/) bir yazını da şərhsiz olaraq təqdim edirik. İnanırıq ki, aidiyyatı üzrə araşdırmalar aparan orqanlar üçün bu material maraq kəsb edəcəkdir.

“Müdafiə Nazirliyində (MN) vəzifə tutan və adı daha çox qalmaqallı olaylarda hallanan şəxslərdən biri də müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovdur. O, müavin vəzifəsinə qədər MN-in kadrlar idarəsinin rəisi işləyib. Rəis vəzifəsində işləyərkən də, barəsində mətbuat orqanlarında dəfələrlə tənqidi fikirlər səsləndirilib. Çingiz Məmmədov həmin şəxsdir ki, ordu sıralarında və müharibədə heç bir müsbət göstəriciyə nail olmadan, müsbət işlərə şərait yaratmadan general-leytenant rütbəsinə sahiblənib. Azərbaycan ordusunun min bir əziyyətlə əldə etdiyi nailiyyətlərə sanki dırnaqarası baxmaqla öz qısqanclığını göstərmiş olur.

Məsələyə bir az da dəqiq yanaşsaq, Kütləvi İnformasiya Vasitələrində bir müddət öncə, daha dəqiq desək, 2013-cü ilin yanvar ayında Çingiz Məmmədovun Naxçıvana etdiyi səfəri və bu zaman yaranan mənzərə ilə bağlı yazılan məqaləni xatırlatmağımız yerinə düşərdi. Xatırladaq ki, nazir müavini qeyd olunan tarixdə 30 nəfərlik heyətlə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələri yoxlamağa gedib. Lakin yoxlama prosesi qalıb bir kənarda, komissiya üzvləri «Qələbə» restoranında, Duzdağ sanatoriyasının restoranlarında, habelə Nəqşi-Cahan restoranında məclislərdə olublar. Buna görə də Muxtar Respublikada xidmət edənlər öz dərdlərini heç kimə açıb deyə bilməyiblər. Həmin yazıda qeyd olunurdu ki, Naxçıvanda olan hərbi komissiya üzvləri «Batabat» restoranında da səhərə qədər kef çəkiblər. Hətta həmin vaxt generallardan biri ona bəzi hədiyyələr də verib. İndi qayıdaq yuxarıda vurğuladığımız fikirlərin davamına.

Dünyanın heç bir ölkəsində, heç bir orduda, heç bir qoşun növündə görünməyib ki, rəhbərin oğlu, kürəkəni, həyat yoldaşı özünün tabeçiliyində çalışsın. Yəni, bu hər yerdə yolverilməz hal kimi qəbul edilir. MN rəhbərliyi yoxlamalar aparsa görər ki, yazdıqlarımızın hamısı düzdür. Axı, necə ola bilər ki,  rəhbər bir şəxsin ailə üzvləri, qohumları, yaxınları hamısı öz tabeçiliyində çalışsın?
Çingiz Məmmədov Bakı qarnizonunun rəisi olaraq tabeçiliyində olan torpaqları kimə istəsə pay verir, kimə istəsə bağışlayır və kimə istəsə satır. Xatırladaq ki, o, Müdafiə Nazirliyindən 2 ədəd ev alıb, 2 ədəd villası var. Həzi Aslanov və Badamdar qəsəbələrində böyük qəsrlərə malikdir. Onun bütün işlərini isə sürücüsü və xanımı həyata keçirir. Hərbi prokurorluq bu işlərlə yaxından məşğul olsa, çox təqdirəlayiq olardı. Çingiz Məmmədova məxsus mülklərin siyahısına nəzər salanda görürük ki, 4 yerdə 15, 12, 20 və 20 sotluq bahalı torpaq sahələri, villaları, böyük bağ evləri var. Deyilənə görə, şəhərin ayrı-ayrı yerlərində bir neçə ticarət mərkəzi də fəaliyyət göstərir. Mənə elə gəlir ki, həmin evlərdən bir neçesini alıb 20 ildən çox xidmət keçərək sağlamlığını Vətən yolunda döyüşlərdə itirmiş zabitlərə verilməsi daha ədalətli olar. Çünki “generaldan” fərqli olaraq bu onların halalıdır.

Mətbuatda dərc edilənlərə əlavə: Çingiz Məmmədovun oğlu zabit kimi Bakının Həzi Aslanov qəsəbəsindən keçən “səngərlərdə” topoqrafiya hərbi hissəsində “xidmət” edirdi. Hərbi hissəyə 2-3 ayda bir dəfə idman geyimində bahalı avtomobillərdə öz cangüdənləri ilə gəlirdi. Türkiyədə Hərbi Akademiya bitirmişdi. O, “baş leytenant”  hərbi rütbəsindən   bir başa “mayor” hərbi rütbəsinə atlanmışdır. Əlbətdə uzaq 1961-ci ilin 12 aprel tarixində belə bir hadisə olmuşdur. Həmin gün Yuriyy Alekseyeviç Qaqarin ilk kosmonavt olaraq  kosmik fəzanı fəth etdiyinə görə “baş leytenant”  hərbi rütbəsindən   bir başa “mayor” hərbi rütbəsinə layiq görülmüşdü. Amma atası qovulandan sonra oğlu da “krısa” kimi qaçıb getdi atasının onun üçün dövlətdən qopartdığı evə. Təsəvvür edin ki, minlərlə 20 ildən çox hərbi xidmət keçmiş zabit ailəsi bu gün kirayələrdə yaşadığı halda  Çingiz Məmmədov öz  oğluna vəzifəsindən sui-istifadə edərək ev də verdi. Bu evdə onun heç bir haqqı olmadığı üçün məcburi surətdə  həmin ev dövlətə qaytarılmalıdır. Tariximizdə gözəl nümunələr var: Mircəfər Bağırov Xalqın qarşısında utanmamaqdan ötrü yaralanaraq müalicə olunan oğlunu sağalan kimi  bir daha Böyük Vətən Müharibəsinə göndərdi və oğlu Vətən uğrunda döyüşlərdə şəhid oldu. Digərləri üçün qanunpərəst olan “general” nədənsə olunun hərəkətlərini görmək istəmirdi.

“Generalın” idarə edilməsi üzrə menecer Zibər xanım onun arvadı olaraq həmdə ona əmrlər verən “nazir” olmuşdur. “Çina filan hərbi hissədə bir oğlan var. Onu filan yerə qoy. Mən məsələni həll etmişəm” deməsi adi hal olmuşdur. Beləliklə, Ordunun kadr siyasəti generalın idarə edilməsi üzrə menecer əsl  “naziri” Zibər xanım tərəfindən formalaşmışdır. Yazıqlar olsun  o kəslərə ki, vicdanını unutmuş bu firildaqçıların şikarına çevirilmişlər.

Xatırladaq ki, Dənizkənarı Milli Park yaxınlığında yerləşən “Zabitlər evi”nin  qapısı ağzında general-leytenant 40-a qədər valideyni öz otağında qəbul edib dinləsə də, geniş səlahiyyətlərinə baxmayaraq, onlara heç bir kömək edə bilməyəcəyini bildirib. Bundan qəzəblənən vətəndaşlar Ç. Məmmədovu avtomobilinə qədər təqib edib, ancaq nazir müavini onları dinləmək istəməyib. Bu hərəkəti ilə də xalqı orduya qarşı qaldırıb.

Aşağda qeyd edilənlər həmin dövrdə mətbuatda Ç. Məmmədovun şəninə deyilən “təriflərdir”: Xəbər verildiyi kimi, 2014-cü il sentyabrın 3-də Dənizkənarı Milli Park yaxınlığında yerləşən “Zabitlər evi”nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkiblər.

Onlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər. Lakin Çingiz Məmmədovu müşayiət edən zabitlər valideynlərin israrına məhəl qoymadan, sürücüyə avtomobili vətəndaşların üzərinə sürmək göstərişi veriblər. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarəti alıb.

Qeyd edək ki, Çingiz Məmmədov ilə görüş tələb edən valideynləri narahat edən məsələ onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələri ilə bağlıdır. 

Müdafiə Nazirliyi artıq generala hücuma münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zabitlər Evi”nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil. Müdafiə Nazirliyi hesab edir ki, hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir göstərmək qəbul edilə bilməz.

Hər halda nazir müavininin avtomobilinin onun göstərişi olmadan vətəndaşların üzərinə sürülməsi inandırıcı görünmür. Elə təzyiqlə üzləşən valideynlər də eyni fikirdədir. Bu yerdə xatırlatmaq yerinə düşər ki, dövlət başçısı son çıxışlarında dəfələrlə məmurları vətəndaşlarla münasibətdə səlahiyyətlərini aşmamağa çağırıb. Belə hal baş verəcəyi təqdirdə isə onların cəzalandırılacağını deyib.

İlham Əliyevin bu tip tapşırıqlarından sonra müdafiə naziri müavininin belə davranışı dövlət başçısına qarşı da saymamazlıq kimi qiymətləndirilə bilər. Ç.Məmmədovun belə davranışının cəzası necə olmalıdır?

Hüquqşünaslar vətəndaşların müdafiə naziri müavininin maşınının qarşısını kəsməsini qanuni hal kimi qiymətləndirdi. Çünki Müdafiə Nazirliyi qapalı qurumdur və vətəndaşlar ora buraxılmır. Bu səbəbdən də vətəndaşlar imkandan istifadə edib “Zabitlər Evi”nin qarşısında Çingiz Məmmədovun maşınının qabağını kəsib ona etirazlarını bildirib: “Əgər nazir müavini maşını ilə hərəkət edən zaman vətəndaşlar onun qarşısını kəsib, onunla ünsiyyət qurmaq, öz şikayətlərini ona bildirmək istəyiblərsə, bu tam qanuni bir haldır. Çünki Müdafiə Nazirliyi qapalı qurumdur, insanları ora buraxmırlar. Nazir müavininin vəzifə borcu idi ki, maşından düşüb həmin vətəndaşları qəbul etsin, onların şikayətlərini dinləsin, bu şikayətlərə qanuni münasibət bildirsin. Əgər məsələ öz səlahiyyətinə aiddirsə, özü araşdırmalı idi. Yox, digər vəzifəli şəxslərin səlahiyyətinə aid məsələdirsə, bu barədə onlara göstərişlər verməli idi”.

Hüquqşünasın sözlərinə görə, əgər Çingiz Məmmədov maşını həmin vətəndaşların üzərinə sürdürürsə, bu artıq qəsdən törədilən cinayət əməlidir. Hadisə nəticəsində vətəndaşlara yüngül zərər dəyibsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 309.2-ci maddələri, az ağır xəsarətdirsə, 127 və 309.2-ci maddə, ağır xəsarət yetiribsə, əməl 126 və 309.2 maddələrlə tövsif olunmalıdır. Istintaq zamanı sürücüyə göstərişi Çingiz Məmmədovun verdiyi sübut olunsa, onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməlidir və o, həbs olunmalıdır. Bu da digər vəzifəli şəxslərə örnək olmalıdır. Çünki olduğu yerdən asılı olmayaraq vətəndaşları qəbul etmək, dinləmək və onların şikayətləri ilə bağlı qanuni tədbirlər görmək vəzfəli şəxsin borcudur. Amma bütün bunlara baxmayaraq Çingiz Məmmədov öz vəzifə səlahiyyətlərini aşaraq qanunsuz göstəriş verib və bunun nəticəsində vətəndaşlara xəsarət yetirilib: “Bu işlə bağlı kütləvi informasiya vasitələrində məlumat dərc olunubsa, dərhal Azərbaycan Respublikası Baş prokurorluğu, hərbi prokurorluğuna göstəriş verməlidir və bu fakt üzrə hökmən cinayət işi başlanılıb, Çingiz Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması təmin edilməlidir”.

Millət vəkili Zahid Oruc bütün hallarda dövlət vəzifəsi daşıyan istənilən şəxsin digər insanların həyatına, sağlamlığına təhlükə törədə biləcək hərəkətlərini yolverilməz sayır: “Hər hansı bir mövqe sahibi olmaq heç bir halda başqa bir üstün məqamı özündə ehtiva etmir ki, sən kiməsə qarşı belə amiranə, hökmran addımlar atasan. Deyilən məsələlər doğrudursa, buna məhkəmə səviyyəsində qiymət verilməlidir. Bu şəxsin fəaliyyətinə müvafiq qurumlar qiymət verməlidir”.

Yenə mətbuatdan (http://www.azadliq.info/3951.html):Bakıda baş verən 12 milyonluq qarətlə bağlı yeni məlumatlar yayılıb. Oxucuların diqqətinə çatdıraq ki, bu hadisə ötən il sentyabrın 19-da baş verib. Daxili Işlər Nazirliyinin (DIN) Baş Cinayət Axtarış Idarəsi və Sabunçu rayon Polis Idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu hadisədə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da həbs edilib.
DIN-in hadisə ilə bağlı yaydığı məlumatda oğurluq baş verən Bakıxanov qəsəbəsindəki villanın Çingiz Məmmədov adlı sahibkara məxsus olduğu bildirilib. Eyni zamanda oğurlanan məbləğ 250 min manat göstərilib.
“Azadlıq”a daxil olan məlumatlarda isə evdən oğurlanan seyfdə 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyalarının olduğu iddia edilib. Və bu evin müdafiə nazirinin kadrlar və hərbi təhsil üzrə müavini general-leytenant Çingiz Məmmədova məxsus olduğu bildirilib.

Bütün bunlara görə cavab vermək lazımdır. Zamanı, vaxtı gələcək və o, bunlara görə cavab verməli olacaq. Azərbaycan məhkəmələrinə inanmıram,  başa düşürəm ki, onun pulu, villaları var. Ancaq düşünürəm ki, sonda haqq-ədalət qalib gələcək.

 

Arif Quliyev

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam