Yenixeber.org: Xatırladaq ki, 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər naziri Babayev Muxtar İsmayıllı-Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə öz müavini cənab Kərimov Vüqarın dostu olan, təqüddə olan polkovnik və “voenkom” Quliyev Rəsulu müdir təyin etmişdir. Qeyd edək ki, hazırda 2400 manat təqüd alan keçmiş hərbi komissar necə olub ki, meşəçilikdən belə elementar anlayışı olmadığı halda, birdən birə bu sahəyə gizir yox, “polkovnik” təyin edilir? Biz keçmiş hərbçi Rəsulu hələ 1995-ci ildə Şəki rayon Hərbi Komissarlığında kapitan rütbəsində 2-ci hissənin rəisi olandan tanıyırıq. Çaş tanımayaydıq. O vaxt onu belə tanıdıq ki, ön cəbhədə xidmət edən və iki qardaş olan qayınlarım Habil və Namiq Məmmədovların hər ikisi atəşkəsdən sonra da cəhə zonasında qalmaqla xidmət edirdilər. Qanunvericiliyə görə belə halda qardaşlardan biri arxa cəbhəyə dislokasiya olunmalı idi. Ona görə də Məmməd Məmmədov bir ata kimi Şəki Hərbi Komissarlığına yaxınlaşıb aidyiyyatı üzrə Rəsul Quliyevə müraciət etmişdir. R.Quliyev 2-ci mərtəbədə yerləşən xidməti otağında valideyni çox mehribanlıqla qarşılamış və pzünün də kasıb təbəqədən olmasını dilə gətirərək əsgər atasının etimadını qazanmağa çalışmışdır. Və məslənin “həlli” üçün yuxarılara pul lazım olduğunu bildirmişdir. Kənd müəllimi olan Məmməd müəllim də evdə olan qalan inəyini və bir danasını satıb pulunu Rəsula vermişdir ki, təki iş düzəlsin. Amma aylar keçsə də iş düzəlmir. Məmməd müəllim çox get gəldən sonra pulunun kiçik bir hissəsini Rəsuldan zorla ala bilmişdir. Budur, illər keçir, Quliyev Rəsul zəmanəsinin nəbzini tutaraq karyera yüksəlişlərində Şəki, Oğuz, Masallı və Qazax rayonlarında hərbi komissar vəzifələrində çalışır. Və həmişəki ampulasında xeyli sərvət də toplayır. Sərvəti artdıqca iştahı da həndəsi silsilə üzrə artır. O tezliklə 2016-2017-ci illərdə Qazax rayonundan Gəncənin ən “jirni” yeri hesab edilən Kəpəz rayon Hərbi Komissarı vəzifəsinə təyin olunmaq istəyir. Və özünü Müdafiə Nazirliyində güclü adamı olan bir dələduz qadınla gizli sövdələşir. Necə?
Bizimyol” qəzetinin 28 sentyabr 2018-ci il tarixli, ““Hərbi Komissarlıqda işə düzəltmək üçün 180 min manat verdim”başlıqlı yazısında oxuyuruq:
https://www.bizimyol.info/az/news/105113.html
“...M.Məmmədova bir neçə şəxsin etibarından istifadə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Zərərçəkmişlərdən biri də əməkdar artist Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verərək, ondan ümumilikdə 32 min manat pul alıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev ifadə verib.
O bildirib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: "Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim. Onunla aramızda borc müqaviləsi bağlandı".
M.Məmmədova deyib ki, həmin pulu tanışına verib: "Düzdü, belə söhbət olub. Mən, sadəcə, arada vasitəcə olmuşam. Həmin adam da tutuldu. Özüm şəxsən pulu Rəsul müəllimə qaytardım".
Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O bildirib ki, 2012-ci ildə dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.”
Yazıdan da göründüyü kimi Quliyev Rəsul hətta tamahına güc gələ bilmədiyinə görə dəlduzluqda məhkum edilmiş Məlahət Məmmədovaya Gəncədə Hərbi Komissar təyin edilməsi üçün 180000 manat rüşvət verdiyini Bakı Ağır Cinayətlər Məhkəməsində etiraf edib. Hakim də soruşmur ki, bu qədər pulun mənbəyi səndə hardandır? Verdiyin rüşvətin verilməsini və ya qaytarılmasını təsdiq edən bir sənədi məhkəməyə təqdim edə bilərsənmi? Və s.
BƏS RƏSUL QULİYEV ONU ETSN-də YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİRƏN NAZİR MÜAVİNİ VÜQARA BU TƏYİNAT ÜÇÜN NƏ QƏDƏR RÜŞVƏT VERİB?
Bəli, R.Quliyev bir dəfə vəzifə üçün verdiyi rüşvətə görə ağzının yandığını və məhkəmə çəkişməsinə düşdüyünə görə bu dəfə daha ehtiyatlı hərəkət etmişdir. O bu dəfə Məlahət kimi bir dələduzla yox, birbaşa nazir müavini Vüqar Kərimliyə kanal tapmaqla işini görməyə üstünlük vermişdir. Belə ki, bu adam 1995-ci ildən sonar uzun müddət Şəki Hərbi Komissarlığında işlərkən onunla daima gizli əlaqədə olan Şəki rayon İcra Hakimiyyətinin Kiş kəndi üzrə nümayəndəsi və Vüqar Kərimovun həmkəndlisi və uzaq qohumu olan Mürvət Yusifovla birlikdə "qaz vurub qazan doldurub"lar, çörək pulu qazanıblar. Xatırladaq ki, Respublika Hərbi Komissarı olmuş Əliağa Hüseynovun 2008-ci ildə bizə verdiyi rəsmi cavabda bildirmişdir ki, bir çağırış üzrə Şəkinin Kiş kəndindən 47 nəfər hərbi xidmətdən yarasızlığa görə azad edilmişdir. Bəli, əgər bir çağırışda Kiş kəndindən cəmi 65- 70 nəfər çağırışçı olurdusa , onun da yarıdan çoxunu Rəsul Quliyevlə Mürvət Yüsifov hərbidən yüksək pul qarşılığında yayındırıdılar. Burada xüsusi xatırlatmaq yerinə düşərdi ki, hətta MDB məkanında elə bir yaşayış məntəqəsi ( kənd, qəsəbə və ya şəhər) ola bilməzdi ki, çağırışçıların 50%-dən yuxarısı orduya yarasız hesab edilsin. Amma Vüqar Kərimovun doğma və gözəl təbiətə malik Kiş kəndində bu onun qohumu vasitəsilə mümkün olub.
Hansılar ki, bu çağırışçılar 9-cu sinifi bitirən kimi əksəriyyəti Rusyanın Moskva, Jitomir və Tollyatti şəhərlərinə gedib məskunlaşırdılar. Və hazırda da orada yaşamaqdadırlar. Hərbi xidmət vaxtı çatan kimi, M.Yusifov, kəndin sahə müvəkkili olan Qüdrət adlı polisi qoltuğuna vurub üz tutardı Rusiyanın əsas bu 3 şəhərinə. Və əvvəldən danışılan kimi, hərbi çağırış yaşı çatanların hamısını Azərbaycana qayıtmadan onları 3 qat pul məbləğində orduya yarasız olmaları barədə Rəsul Quliyevin imzaladığı hərbi biletlərini təqdim edib pul, pay-pürüşlə sevinə-sevinə Vətənə qayıdardı. Bəli, bu işin üstünə düşdükdə polis kapitranı Qüdrəti vəzifəsindən azad etsələr də, Kənd icra nümayəndəsi M.Yusifov Şəki şəhər İH-nin Ərazi və İdarəetmə üzrə müdiri işləmiş “krışası” hesab ediləm Firqət adlı birisinin himayəsi altında bu cinayətlər ört-basdır edilmiş, M.Yusifov vəzifəsində qalmışdır. Doğrudur, M.Yusifov bizi 5 nəfər güvəndiyi dəstə ilə fiziki məhv etməyə söz versə də, sonradan onu başa salmışlar ki, “kaşma, özün pis günə düşərsən!”.
Bu da nəticə. Quliyev Rəsul təbii ki, ETSN-də yüksək vəzifəyə düzəlmək üçün yenə də, köhnə dost olan M.Yusifova müraciət edərək əlində nə qədər imkanın olduğunu və Vüqar müəllimin köməkliyilə vəzifəyə təyin olunub təqaüddə olan ömrünün qalan hissəsini də İsmayıllı meşələrində kabab yeməklə keçirməyi arzu etməsini bildirmişdir. Nəticəsi bu gün bütün Azərbaycan ictimaiyyətinə bəllidir. Amma bu dəfə dəqiq deyə bilmərik ki, Rəsul Quliyev 2016-ci ildə daha böyük vəzifəyə təyin olunmaq üçün rüşvət verdiyi və min bir əziyyətdən sonar geri ala bildiyi 180000 manatın üstünə nə qədər qoyub və ya götürüb ETSN- rəhbərliyinə verib. Amma dəqiq bilirik ki, meşədən sadə bir anlayışı belə olmayan təqaüdçü “voenkom” Rəsul Quliyevin İsmayıllı-Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə müdir təyin olunması üçün yüksək intellect sahibi olan Babayev Muxtarın başına AT TƏPMƏYİB Kİ, bu qədər gənc peşəkar kadrlar dura dura bu adamı elə belə birbaşa bu boyda vəzifəyə təyin etsin. Budur, ona görə də son iki ildir ki, İsmayıllı və Şamaxı rayonlarının magistral yol kənarlarındakı meşəlik ərazilərdə kafe və restoranların sayı göbələk kimi artmaqdadır. Necə deyərlər, “Kəndxudanı gör, kəndi çap!”.
Burada söz hərbi çağırışdan, “voenkom” işindən düşmüşkən, onu da araşdırdıq ki, bəs cənab nazir müavini Vüqar Kərimov özü niyə aspiranturanı 1998-ci ildə bitirdikdən sonar hərbi xidmətə getməmişdir? …
Bizi izləyin.
Qarşı tərəfin də söz haqqı tanınır.
Məmməd Əhmədoğlu(İfadetv.com)