Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ADAU-nin rektoruna "DUR" deyən taılacaqmı?! -Peşəkar kadrlar təqib olunur

 Yenixeber.org: Redaksiyamıza Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq Əlaqələr Şöbəsinin sabiq müdiri, t.e.f.d Məmmədova Küşvər Qalib qızına qarşı universitet rəhbərliyi tərəfindən edilən haqqsızlıqla bağlı məlumatlar daxil olub.

Məlumatlarda o da qeyd edilir ki, yaradılmış problemlə bağlı Küşvər xanımın anası Usubova Mehrubə xanım da zaman-zaman müxtəlif instansiyalara məktublar ünvanlayıb…

Məlumatda bildirildiyinə görə, Küşvər Məmmədova xaricdə yüksək səviyyədə təhsil alıb, peşəkar kadrdır və 3 dili mükəmməl bilir… Məlumatda daha sonra əlavə olunur  ki, bu fərqliliklərinə baxmyaraq, Küşvər Məmmədova ADAU-nin Ümumi İşlər Üzrə prorektoru, rektor əvəzi Zəfər Qurbanov tərəfindən əsassız olaraq təqib olunur, “könüllü olaraq” vəzifəsindən uzaqlaşmasına məcbur edilib.

 Həmçinin bu məsələdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Emin Aliyev və Bəxtiyar Nəsibovun da müstəsna rolları qeyd edilir. (Bununla bağlı əyani sübutlar da var. Red.)

Biz Yenixeber.org olaraq bu məlumatlarda yer alan iddialarla bağlı ADAU-indən də, Kənd Təsərrüfatı Nazirliyindən də açıqlama almaq istədik. Bu istiqamətdəki bütün cəhdlərimiz nəticəsiz qaldı… ADAU-nin saytında yer alan üç elektron poçtun hər birinə məlumat göndərdik, Nazirliyin Röyalə adlı xanım əməkdaşı ilə isə 2 dəfə telefonla danışdıq, günlərdir ki, heç bir cavab ala bilmirik(?)

Qarşıdakı günlərdə bu məlumatlar əsasında, müəyyən araşdırmalarla geniş yazı hazırlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam