Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Din qardaşlarının qətlinə fərman, amma: Müqəddəs Yazıda “öldürmə” deyir...

“Pravoslav xristianlar başqa pravoslav xristianların arvadlarını, bacılarını, uşaqlarını zorlayırlar və öz arvadları da bunu təşviq edirlər”

Yenixeber.org: Ötən bazar günü Ukraynada əlamətdar oldu. Pasxa bayramında Kiyev-Peçersk Lavrasında 300 ildən sonra ilk dəfə Ukrayna dilində dini ayinlər keçirildi, dualar oxundu. Bayram ibadəti Uspenski kilsəsində keçirildi.

Ukrayna Pravoslav Kilsəsinin dini ibadətini Lavranın vitse-prezidenti vəzifəsini icra edən Arximandrit Avraami aparırdı. Kiyev mitropoliti Epifani isə Kiyevdəki Qızıl günbəzli Müqəddəs Mixail kilsəsində liturgiya mərasimini qeyd edib.

Eyni zamanda, aprelin 16-na keçən gecə, pravoslavlar Məsihin mövludu bayramını qeyd edərkən, rus qoşunları Ukraynanın cəbhə xəttini və sərhədyanı rayonlarını qəsdən vəhşicəsinə atəşə tutublar. Ümumilikdə Ukraynaya, dinc şəhərlərə 28 hava zərbəsi, S-300 raketləri ilə 25 hücum həyata keçiriblər. Bundan əlavə, ruslar Ukrayna qoşunlarının mövqelərinə və mülki infrastruktura çoxsaylı reaktiv raket sistemlərindən 4 atəş zərbəsi endiriblər. Dinc sakinlər arasında ölən və yaralananlar var, çoxmərtəbəli və fərdi yaşayış binaları, təhsil müəssisələri, xəstəxanalar, digər qeyri-hərbi infrastrukturlar dağıdılıb və zədələnib.

Nikolayev vilayətinə endirilən zərbə nəticəsində iki yeniyetmə həlak olub, Zaporojye vilayətinin Kamışeva şəhərində isə raket hücumu nəticəsində kilsə tamamilə dağılıb. Rus pravoslavları ukraynalı pravoslavları belə güllələyiblər. Xüsusilə qeyd etmək lazımdır ki, hədəfin koordinatları operator tərəfindən raketə əvvəlcədən daxil edilir, ona görə də bu əməl qəsdən törədilib.

“Təsəvvür etmək çətindir ki, bu anda özlərini pravoslav xristian hesab edən insanlar digər pravoslav xristianlara hücum edir, onları öldürürlər və eyni zamanda, rəqiblərinin təvazökarlıqla ölümə getmədikləri və hətta müqavimət göstərmədikləri üçün vəhşicəsinə qəzəblənirlər... Və Müqəddəs Yazıda deyilir: “Öldürmə...”, - deyə Rusiya Federasiyası Baş nazirinin keçmiş müavini Alfred Kox öz “Facebook” səhifəsində yazır.

Onun fikrincə, hücuma məruz qalan pravoslav xristianlar qəfildən heç kimə hücum etmədiklərini, əksinə, hücuma məruz qaldıqlarını bildirdikdə, buna görə də özlərini o qədər qeyri-adi şəkildə müdafiə edirlər ki, hətta başqasının ərazilərinə girirlər, vəziyyət daha da absurdlaşır: "Və Müqəddəs Yazılarda deyilir: “Yalançı şahidlik etməyin”. Və qonşulara hücum edərək, bu pravoslav xristianlar onların arvadlarını, bacılarını və uşaqlarını zorlayır, kişibazlıq hərəkətləri edir və onların arvadları da bunu təşviq edirlər. Və hətta onlara daha çox düşmən qadın zorlamağı tövsiyə edirlər. Müqəddəs Yazılarda isə deyilir ki, zina etməyin...”.

Baş verənləri bir kəlmə ilə qılınc kimi kəsən Kox davam edir: “Hətta müqəddəs şənbə günü etiraf və birlik üçün dua etmək əvəzinə, bu pravoslav xristianlar yenidən yaşayış binalarını atəşə tutur, insanları öldürür və bütöv nəsillərin əməyinin bəhrəsini məhv edirlər. Və Müqəddəs Yazı şənbə gününə riayət edin deyir”.

“Ancaq bu, kifayət deyil! Deyirlər ki, “biz bu əraziyə düşmüşük, indi o, bizimdir və biz onu qoruyacağıq”. Biz belə qərara gəldik və bu məsələ ilə bağlı öz qanunumuzu qəbul etdik və ona görə də burada mübahisə edəcək bir şey yoxdur! Sənin idi – oldu bizim. Bir az əvvəl nəsə imzalamışıq? İndi isə fikrimizi dəyişmişik. Və söhbət bitdi. Və Müqəddəs Yazıda isə deyilir: “Oğurluq etmə”, - deyə sabiq Baş nazir müavini vurğulayır.

Rusiyada cinayət statistikası artmaqdadır. Genişmiqyaslı müharibə zamanı ruslar Ukraynada ən azı 494 dini tikilini - qismən və ya tamamilə dağıdıblar.

Hazırda RF Silahlı Qüvvələri köhnəlmiş S-300 raketlərindən, həmçinin FAB-500 hava bombalarından kütləvi şəkildə istifadə edir - onların istifadəsi mülki əhali arasında kütləvi dağıntılara və böyük itkilərə səbəb olur.

Razılaşın ki, bu, müasir Rusiyanın əslində nə olduğu barədə düşünmək üçün ciddi bir səbəbdir. Hansının ki vətəndaşları, Ukraynada olduğu kimi, bazar günü kilsəyə gedir, şam yandırır və dua edirdilər. Eyni zamanda, onların ordusu pravoslav Ukraynanı bombalamağa davam edirdi...(AYNA)

Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam