Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bu gün kiçik məmurların villaları var, mənim heç pişiyim də yoxdur"-Xalq artisti ŞİKAYƏTLƏNDİ

 “Kimə baxırsan, hamı maaşdan şikayətlənir. Məvaciblər qəpik-quruş artır, amma qiymətlər da qalxır. İndi yaşamaq çətindir”. 

Yenixeber.org: Bunu Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül (Əbdül Mahmudov) aktyorların maaşların azlığından şikayətlənməsinə münasibət bildirərkən deyib. 

O bildirib ki, nəinki aktyorların, eləcə də digər sahələrdə çalışanların maaşları artırılmalıdır: “Maaşları artırmaqla yanaşı, suni-qiymət artımının qarşısını almaq lazımdır. Baxırsan ki, maaş qalxan kimi qiymətlər də artır. Əldə qalan pullar bazarlarda məhv olur”. 

Xalq artisti səsi və sənəti olmayan şəxslərin pul qazanmaq üçün müğənniliyə axın etdiyini söyləyib: 

 “Bu gün ailə vəziyyəti ağır olanlar müğənniliyə keçir. Təhsilsiz, musiqi savadı olmayan, açıq-saçıq şəkildə səhnəyə çıxan dırnaqarası müğənnilər milyonerdir. Amma sənətlə məşğul olan əsl sənətkarlar, peşəkar insanlar, teatr-kino xadimləri çox böyük ehtiyac içində yaşayırlar. Bir nəfər övladına toy etmək üçün borca girir və həmin pulu avara şoumenlərə verir. Toya yığılan pulların yarısını şadlıq evlərinə, yarısını da müğənilərə verirlər.  Onlar da bahalı maşınlarda, villalarda kef edirlər. Yeni ailə quran şəxslər borc içində yaşayırlar, çətinlik çəkirlər. Nə etdiklərini bilmirlər. Nəticədə boşanmalar artır. Fikrimcə, indiki müğənnilərin hamısı imtahandan keçirilməlidir. Onların nə səsi, nə musiqi savadı, nə də avazı var. Bu gün səsi olmayanların hamısı oxumaqla məşğuldur. Ailə vəziyyəti ağır olan da mahnı oxuyur. Peşəkar insanlar isə qalıb kənardı, ehtiyac içində yaşayır, psixoloji sarsıntı keçirirlər”. 

Xalq artisti özünün də mənzil şəraitinin ürəkaçan olmadığını deyib və buna görə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Hacıbala Abutalıbovu ittiham edib:

 “Oğrunu doğru ilə bir tutmaq olmaz. İndi çoxları qorxudan danışmır. Çünki hamının maddi marağı var. Şeyx Əbdül danışır, danışan kimi düşmənə çevrilir. Amma məni qanıma qəltan etsələr də deyəcəyəm. 80 yaşım var. Bundan sonra heç kim mənə heç nə edə bilməz. Hər şey haqq-ədalətlə həll olumalıdır. İnsanlar əxlaqla, sözlə idarə olunur. Bunlar deyilməli,  kimin kim olduğu bəlli olmalıdır. Hər kəs layiq olduğu səviyyədə təmin olunmalıdır. Bu gün Şeyx Əbdül Azərbaycanın Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Milli Yaradıcılıq akademiyasının elmlər doktorudur. Amma mən "krışa"da yaşayıram. Hacıbala Abutalıbov kimi insanlar evimi dağıtdı və 10 ildir evimi vermirlər. O, işdən çıxıb villada yaşayır, amma mən hələ də "krışa"da qalıram. Bu gün kiçik məmurların villaları var, mənim heç pişiyim də yoxdur”. 

Qeyd edək ki, bu yaxınlarda Xalq artistlərinin maaş azlığından şikayətlənməsi, aktyorlardan birinin işdən sonra mühafizəçi işləməsi müzakirələrə səbəb olmuşdu.(modern)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam