Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rəşad Əliyev vəzifəsindən çıxarılır? – İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb? -DE-FAKTO

Yenixeber.org: Son günlər Mədəniyyət Nazirliyində ciddi şəkildə islahatlara start verilib. Nazirin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli keçmiş nazir Anar Kərimovun kadrlarını tutduqları vəzifədən uzaqlaşdırmaqla məşğuldur. Nazirlik içində aparılan islahatlar artıq Regional Mədəniyyət İdarələrinə də çatıb. Buna misal olaraq Adil Kərimlinin son 1 ayda 3 idarə rəisini işdən çıxartmasını deyə bilərik. İşdən çıxarılan idarə rəisləri sabiq nazir Anar Kərimov tərəfindən vəzifəyə təyin edilən şəxslərdir.

Məlumata görə Adil Kərimlinin Mədəniyyət Nazirliyində apardığı islahatlar davam edəcək və digər regional idarə rəisləridə vəzifələri ilə vidalaşacaqlar.

Redaksiyamıza daxil olan məlumata görə işdən çıxarılacaq idarə rəislərindən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevdir. Haqqında müəyyən müsbət xəbərlər dolaşmasına baxmayaraq Rəşad Əliyevin sabiq nazir Anar Kərimovun əsas kadrlarından biri olduğu deyilir.

Məlumata görə Rəşad Əliyev nazir əvəzi Adil Kərimlinin apardığı islahatlardan ciddi şəkildə təşvişə düşüb. Bu barədə bir neçə gün öncə ölkə mətbuatında dərc edilən məlumatlarda qeyd edilmişdi. Həmin məlumatlarda vurğulanırdı ki, “Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini İlham Əhmədov internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında daha çox müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, “Facebook” və “Instagram” sosial şəbəkələrinində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib”.

Bildirək ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində audit yoxlamalar aparılıb. Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra açıqlanacaq.

Daha bir məlumatda bildirilir ki, Rəşad Əliyevin yerinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin yüksək vəzifəli işçilərindən biri rəis keçmək niyyətindədir…(xalqxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam