"MedEra" hospitalın bu həkimindən daha bir şikayət var -TƏFƏRRÜAT
Yenixeber.org: Redaksiyamıza Ucar rayonu 28 May küçəsi ev 8-A sakini Mustafayeva Məryəm İbrahim qızının müraciəti daxil olub. Müəllif müraciətində “Medera” hospitalda fəaliyyət göstərən həkim Əliosman Qədimbəyli tərəfindən aldadılaraq, yanlış müalicə aldığını və 1000 (min) manat zərərə düşdüyünü iddia edir.
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:
Bu şikayət ərizəmdə yazıb Sizə bildirəm ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək aladadıb? 1000 manat pulumu ələ keçirib və mənə qarşı dələduzluq edib.
Belə ki, ayaqlarım ağrayırdı, yeriməkdə çətinlik çəkirdim. Televiziya verlişində Əliosman Qədimbəylinin reklamın gördüm və 19.01.2023-cü il tarixdə ona müraciət etdim. Mən dediyi müayinələrdən pul xərcləyib keçdim, qan analizi MRT-müayinə, şəkər analizi ümumilikdə 450 manat xərcləyib bir çox müayinələrdən keçdikdən sonra mənə müalicə yazdı. Müalicəm üçün yazılan dərmanlar ancaq Əliosman Qədimbəylinin özünə məxsus “Zəm-Zəm” adlı aptekdə satıldığı üçün 550 manat pul verib aldım.
Evdə ambulator müalicələr keçdim. Qeyd edim ki, "Medera" hospitala daxil olmaq üçün isə ilik 50 manat pul ödəmişəm. 6 gün müalicə aldıqdan sonra, səhhətim əvvəlkindən də pis vəziyətə düşdüyü üçün müalicəni saxlayıb, həkimlə əlaqə saxladım. Əliosman həkim mənə bildirdi ki, mən düz müalicə yazmışam başqa heç nə edə bilmərəm gedin hara istəyirsiniz şikayət edin.
Beləcə Əliosman Qədimbəyli məni aldadıb 1000 manat maddi və küllü miqdarda mənəvi ziyanlar vurdu. Mən hazırda türkəçarə vasitəsi ilə müalicə olunub, yaxşılaşmaq üzrəyəm. Əliosman həkimin mənə qarşı etdiyi bu hərəkət dələduzluq cinayəti hesab edilir. Bu adam televiziya verlişlərinə çıxıb saxta, yalan reklamlarla mənim kimi insanları aldadıb pulunu ələ keçirir. Nəticədə isə onun müalicələri təsir göstərmir əksinə ağrılar daha da şiddətlənir. Mən Əliosman Qədimbəylinin dələduz əməlləri barədə orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.
Müvafiq orqanlardan xahiş edirəm şikayətimi obyektiv araşdırıb, etibarımdan və vəzifəsindən sui-istifadə edərək məni aldadıb pulumu ələ keçirmiş, səhhətimə dahada ziyanlar vurmuş Əliosman Qədimbəylinin barəsində qanunu tədbirlər görəsiniz. Azərbaycan cəmiyyətinə üz tutub deyirəm ki, Əliosman Qədimbəyliyə inanmayın onun məqsədi xəstələri sağaltmaq deyil, onların pulunu ələ keçirməkdir.
Redaksiyadan: Biz Yenixeber.org olaraq yazıda adı hallanan tərəfi-həkim Əliosman Qədimbəylini də dinlədik. Həkim iddiaları yanlış və qərəzli adlandırdı: Xəstənin diz və sinir problemi var. Əməliyyat olunması lazımdır, biz təkilf etsək də razılaşmadı. Gellərdən istifadə edir. Hansı ki, bu müalicə deyil, müvvəqqəti sakitləşdirici vasitələrdir... O ki, qaldı “Zəm-Zəm” adlı aptekə, mənim heç bir aptekim yoxdur.