Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsu”da korrupsiya fontan vurur -sovetdən qalma kəmərlər şəhəri iflic edir

Rüfət Quliyev: ""Azərsu" ASC işlərini təhlil etsin, problemlərin həlli ilə əlaqədar xüsusi proqram hazırlasın"

Yenixeber.org: Ötən gün səhər saatlarında Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində magistral su kəmərində qəza baş verib. Əhaliyə içməli suyun verilişi dayandırılıb. Paytaxtın Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq yolun hərəkət istiqamətinin çökməsi, həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində yollar məhdudlaşdırılıb.

“Azərsu” ASC-nin rəsmiləri bildiriblər ki, qəza “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbayel rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində analoji hadisə baş vermişdi. Magistral yolda baş verən qəza zamanı nəqliyyatın hərəkəti tamamilə iflic vəziyyətinə düşmüşdü.  Niyə ard-arda qəzalar baş verir? Su kəmərlərinin istifadə müddəti başa çatıbmı? Bəzi iddialar var ki, dövlət büdcəsindən bu istiqamət üzrə ayılan vəsait aidiyyəti üzrə xərclənməyib...

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 2020-ci ildə müşavirə keçirərək bu məsələ ilə bağlı iradlarını bildirmişdi: “Prezidentin sərəncamı hazırlanmalıdır. Bütün tapşırıqlar orada yer almalıdır, eyni zamanda proqram artıq imzalamağa hazır olmalıdır. Hesab edirəm ki, bütün bu işlərdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak etməlidir. Komissiya öz işinə ictimaiyyət nümayəndələrini də cəlb etsin. İlk növbədə, alımlər bu işlərdə fəal rol oynamalıdırlar. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssisləri mütləq cəlb edin. Biz sudan elə istifadə etməliyik ki, bunun ekoloji tarazlığa mənfi təsiri olmasın. Çünki biz tarixdən bilirik ki, bəzi ölkələrdə böyük su layihələri icra edilirdi. Amma mənbələr və su ehtiyatları düzgün təhlil edilmirdi. Ona görə indi suvarma üçün bunun yaxşı təsiri olubdur, amma ekoloji vəziyyəti gərginləşdiribdir. Ona görə mütləq ekologiya üzrə mütəxəssislər cəlb edilməlidir. Qeyri-hökumət təşkilatlarını cəlb edin. Vətəndaş cəmiyyəti nümayəndələri də bu işlərdə fəal olsunlar.

Sizin bəlkə də görə bilmədiyiniz məsələləri onlar diqqətə çatdıracaqlar. Media nümayəndələrini cəlb edin. Hesab edirəm ki, geniş mətbuat konfransı keçirilməlidir. Ümumiyyətlə, bütün dövlət qurumları mətbuatla çox sıx əlaqədə olmalıdır. Görülmüş işlər haqqında müntəzəm olaraq məlumat verməlidirlər. Bizim bu müşavirəmiz də bir növ vətəndaşlara verilən hesabatdır. Eyni zamanda vətəndaşlar bilsinlər ki, biz hansı işləri görməyi planlaşdırırıq, onlardan da təkliflər gözləyirik. Çünki əgər bu müşavirələri biz qapalı şəkildə keçirsək, heç kim bilməyəcək, onda yerlərdən təkliflər gəlməyəcək. Ona görə bu müşavirə də ictimaiyyət üçün açıq olacaq. Yerlərdən təkliflər, əlbəttə, hesab edirəm ki, işimizə kömək göstərəcək. Təbii ki, bütün bu işlər böyük vəsait tələb edir. Ona görə hökumət və aidiyyəti qurumlar, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, digər qurumlar xərclər smetasına çox dəqiqliklə baxmalıdırlar. Qətiyyən imkan vermək olmaz ki, xərclər süni şəkildə şişirdilsin. Bütün icra ediləcək layihələr açıq tender əsasında görülməlidir.

Çünki bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir. Əlbəttə, elə layihələr var ki, bunu ancaq təcrübəsi olan və böyük layihələrdə iştirak edən şirkətlər icra edə bilər. Bu, təbiidir. Ancaq bu layihələrlə bağlı bir çox sahələrdə kiçik, orta həcmli, o qədər də böyük peşəkarlıq, kvalifikasiya tələb etməyən layihələr də olacaqdır, kontraktlar da olacaqdır. Ona görə yerli sahibkarlar da hazır olsunlar. Çünki biz doğrudan da böyük infrastruktur layihələrinin icrasını davam etdirəcəyik. Ona görə ictimai nəzarət təmin edilməlidir, smetalara, xərc smetalarına çox ciddi dövlət nəzarəti də olmalıdır. Əlbəttə ki, bütün bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu tapşırığı da mən verirəm. Bunu da hazırlayın ki, bundan sonra bu işlər ancaq koordinasiyalı şəkildə görülsün - komissiya, aidiyyəti qurumlar. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurumumuz var - "Azərsu", “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlar bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər, nəzarət etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun, biz yaxın gələcəkdə su təhlükəsizliyimizlə bağlı problemləri də həll edək. Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır".

Bəs görəsən, Prezidentin bu çıxışından sonra, yəni iki il ərzində nələr dəyişdi?

Nəzərə çatdıraq ki, “Azərsu” ASC 2021-ci ili 552 milyon 230 min manat xalis zərərlə başa vurmasını şərh etmişdi. Şirkət bu zərəri yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi ilə əlaqələndirib və əsas investisiya layihələri başa çatdıqdan sonra maliyyə vəziyyətinin yaxşılaşacağını bildirmişdi.

""Azərsu" ASC Azərbaycanda aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyətilə məşğuldur və müntəzəm olaraq dövlətdən maddi yardım alıb. “Azərsu” fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün dövlət tərəfindən təqdim edilən maliyyələşmələrdən asılı qalmaqdadır.  “Azərsu” ASC 2020-ci ili 323 milyon 222 min manat xalis mənfəət ilə bağlamışdı.  31 dekabr 2021-ci il tarixində “Azərsu” ASC-nin yığılmış zərəri 7 milyard 855 milyon 686 min manata çatıb".

       Rüfət Quliyev 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev mövzu ilə bağlı bunları şərh etdi: “Qəza hər yerdə baş verə bilər. Texniki problem ola bilər. Amma son illər "Azərsu" ASC-nin işi ilə bağlı böyük narazılıq var. Son iki-üç ildir ki, bu problemlərlə bağlı kifayət qədər çıxış etmişəm. Kəskin formada tənqid etmişəm. Problemlərin kökündə o durur ki, vaxtilə su nəql olunan borular dəyişilməli idi, xüsusi cihazlar qoyulmalı idi. Hansı ki, suyu çatdırmaqla əlaqədar normal formada işləməli idi. Əfsuslar olsun ki, məsələlər kağızda həll olundu. Bizim komitə sədri Musa Quliyev Gəncədə çıxışında qeyd etdi ki, Gəncəyə su çəkilməsi layihəsinə milyonlarla vəsait ayrılmışdı, "Azərsu" ASC bildirdi ki, artıq o layihə həyata keçirilib. Amma şəhərdə bütün ağaclar quruyurdu, su çatışmazlığına görə. Əgər layihə başa çatıbsa, niyə belə problemlər olur? Əgər çatmayıbsa, onda pul haradadır? Bu, tək Gəncəyə aid deyil. Başqa regionlarda da belə problemlər var. Düzdür, bir çoxu son vaxtlar həll olunub, onu da gərək qeyd edim. Dövlət bu məsələ ilə məşğul olandan sonra bir çox problemlər həll olunub. Son 12 ildə çəkilən xərclər, investisiyalar milyardlarladır. “Azərsu” ASC-nin 8 milyarda qədər borcu var. Bu nəyi göstərir, qeyri-şəffaflıq olub, qeyri-effektiv istifadə olunub, problemlər yaranıb. Cənab Prezident iki il öncə bu məsələləri qaldırdı, “Azərsu” ASC və bir neçə digər quruma sual verdi ki, Azərbaycanı susuz qoymaq istəyirsiniz? Dərin analiz, tənqid etdi. Bundan sonra müəyyən məsələlər həll olunub. Sadəcə olaraq, məsələlərin həllinin tempi qane etmir. Azərbaycan böyük sürətlə inkişaf edir. İki il bundan qabaqkı Azərbaycanla bugünkü eyni deyil. Ona görə mən düşünürəm ki, “Azərsu” ASC işlərini təhlil etsin. Bütün bu problemlərin həllini nədə görürsə, bununla əlaqədar xüsusi proqram hazırlansın". 

Eyyub Hüseynov: “Yağ bahalaşacaq, defisit yaranacaq” » Azərbaycan  İnformasiya Agentliyi

      Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı bunları dedi: “Su təchizatında problemlər mövcuddur. İldən-ilə suyun qiyməti artsa da, bu məsələ kökündən həll olunmur. Bunun da bir nömrəli səbəbi budur ki, su infrastrukturu həddindən artıq köhnəlib. Ona görə tez-tez partlayışlar baş verir. Əhaliyə artırılmış qiymətlər də hətta bu məsələni həll etməyə kifayət etmir. Yalnız suyun tarif qiymətlərinin artırılması yalnız ona çatır ki, suya əlçatanlıq başqa vətəndaşlar üçün də nisbətən yaxşılaşar. Lakin infrastrukturun dəyişdirilməsi üçün külli miqdarda vəsait lazımdır. Çox böyük işlər aparılmalıdır. Ona görə də tez-tez qəzalar baş verir, çünki infrastruktur həddən artıq köhnədir. Beynəlxalq qrantlar, beynəlxalq maliyyə təşkilatları ilə iş aparılmalıdır ki, bu vəziyyət dəyişsin”.

Anar Cəbrayıllı: Ermənilər Laçından çıxarkən bütün su infrastrukturunu  dağıdıb - "İki sahil"

           Anar Cəbrayıllı

Qurum sözçüsü Anar Cəbrayıllı mediaya açıqlamasında, “Bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində analoji qəza baş vermişdi. Bu, boruların istifadə müddətinin başa çatmasıdır, yoxsa başqa problem var” sualına belə cavab verib: “Qəza planlanmayan bir hadisədir. Bəli, Kür xəttinin istismar müddəti demək olar ki, keçib. Bu, 70-80-ci illərin çəkilmiş xətləridir. Biz açıqlama da vermişdik ki, hər il Kür xəttində kiçik qəzalar baş verir. Amma bu il böyük qəza baş verdi. Amma bu xəttin istismar müddəti bitməyib. Mütəxəssislərimiz güman edirlər ki, 1400 millimetrlik xəttə 1000 millimetrlik xəttin birləşmə nöqtəsində baş vermiş qəza ilə bağlıdır”.(musavat)

Afaq MİRAYİQ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam