Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

 KTN-nin gizli TENDERYEYƏNİ Elvin Nəbiyev KİMDİR? -İLGİNC FAKTLAR

SAXTA ŞİRKƏTLƏR YÜZ MİLYONLUQ TENDERLƏRİ NECƏ “UDUR?” – "Hesaba gələn pul nağdlaşdırılır və bölünür"

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
Yenixeber.org: İnstitutun "Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 69.561 manat, qalibi isə "Agrodev" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 

 
"Agrodev" MMC 2015-ci ilin may ayında dövlət qeydiyyatına alınıb. 
On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğludur.  
Qeyd edək ki, "Agrodev" MMC Kənd Təsərrüfatı nazirliyinə yaxın olan şirkətlərdən hesab edilir. Şirkət yarandığı tarixdən nazirliyin strukturlarına daxil olan təşkilatların sifarişçi olduqları çoxsaylı satınalmalarda qalib elan edilib. 
 

"Agrodev" MMC-nin qanuni təmsilçisi Elvin Nəbiyev "OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri olub. 
O, eyni zamanda Kənd Təsərrüfatı nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri olub.  
Elvin Nəbiyevin Kənd Təsərrüfatı nazirliyinin PR işlərini aparması barədə də mediada yazılar dərc edilib.
Cahandar Laçınlı (qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam