Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısı ağac qətliamını görmür? -FOTOFAKT

 
Bakının Nəsimi rayonu Hüseynbala Səlimov küçəsində,Heydər Əliyev parkının yaxınlığında ağacların "soyqırımı" həyata keçrilir.

Yenixeber.org: Məhəllə sakinləri həyətdəki ağacları kəsərək hündürmərtəbəli bina tikmək istəyən MTK-dan şikayətlərini dilə gətirir, aidiyyatı qurumlardan yardım istəyirlər. Sakinlərin sözlərinə görə ərazidə aparılan tikinti qanuna ziddir və ağacların məhv edilməsi ilə həyata keçrilməsi yol verilməzdir.
Müvafiq qanunvericiliyə görə  hansısa bir ərazidə bina tikmək istəyən hüquqi və ya fiziki şəxs layihə hazırlayarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Nazirliyin mütəxəssisləri də əraziyə baxmalı,  əgər həmin yerdə tikili altına düşəcək ağac və ya yaşıllıq varsa, tikilinin səmtinin, yerinin və yaxud da tikiləcək binanın formasının dəyişdirilməsi barədə rəy verməlidirlər. Yəni tikilinin hazırlanacaq layihəsinin bu şərtlərə uyğunlaşdırılması barədə icrası məcburi olan konkret rəy yazılmalıdır.Görünür ərazidə tikinti həyata keçirən MTK rəhbərliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy almadan ağacların kəsilərək məhv edilməsini həyata keçirir.
Bunun ekoloji cinayət olduğunu Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov görəsən bilmir? Sakinlər aidiyyatı qurumlara, xüsusən də Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək problemlərinin həll edilməsini ağacların 
"soyqırımına" son qoyulmasını istəyirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam