Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakının ORBİTA MTK BƏLASI: Sanki paytaxta QƏNİM GƏLİBLƏR... -İTTİHAM

 
Yenixeber.org: Son 20 ildə Bakı şəhərinin arxitekturasını, planlamasını məhz bəzi tikinti şirkətləri kobudcasına ozublar. Belə şirkətlərdən biri də "Orbita” MTK-dır. Bu şirkətin tikdiyi bütün mənzillərdə tikinti normalarına məhəl qoyulmur, eyni mənzil bir neçə adama satılır, rüşvət və korrupsiya pik həddə çatdırılıb. Məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaranandan sonra belə fırıldaqçı və ziyanveriçi tikinti şirkətləri yoxa çıxmağa başladılar. Komitənin tikinti şirkətləri qarşısında qoyduğu tələblər olduqca ciddi və ədalətlidir. Lakin buna baxmayaraq "Orbita” MTK-nın rəhbəri Famil Bağıyev köhnə qaydalarla işləməyə davam edir. Redaksiyamıza müraciət edən bir qrup şəxs şirkətin onlara vurduğu ziyan barədə ölkə başçısına müraciət etdiklərini deyiblər: "Çox hörmətli cənab Prezident!

Sizə indiki müharibə gedişi zamanı, torpaqlarımızın azad olunması yolunda göstərdiyiniz haqq işinin davam etdirdiyiniz bir dövrdə biz sakinlərin son ümid yeri kimi Sizə müraciət etməkdən başqa çarəmiz qalmamışdır. Belə ki, son illər yaşadığımız 2 mərtəbəli köhnə tikili binanın düz yanında Orbita MTK tərəfindən hündürmərtəbəli binalar tikilir. Əvvəlcədən onu bildirmək istəyirik ki, özlərini iş adamı kimi təqdim edən bu adamlar heç bir tikinti norma və qaydalarına riayət etmədən yaşayış yerimizdə tikinti işlərinə başlamış və biz sakinlərin həyatını təhlükəyə atmaqla yanaşı, dincliyimizi pozmuş, ekoloji vandalizm törədərək məhəlləni tikinti zibillərilə doldurmuş, gediş-gəliş yerimizi axıtdıqları çirkab suları ilə gölməçələr yaratmış, toz və tikinti qırıntılarını başımıza ələməklə həyatımıza təhlükə yaratmı, saldıqları səs-küydən evin içində əsəblərimizi korlamışlar. Nizami rayon İcra başçısı olmuş Arif Qasımovun və Bakı İH başçısı olmuş H.Abutalıbovun biz yerli sakinlərin razılığı belə olmadan başımızın üstündə tikinti meydançası yaratmaları və hem bir təhlükəsizlik şərtlərinə riayət etməmələri nəticəsində onlara belə bir tikinti aparılmasına verilmiş icazələrin də sərəncamların da qanunsuz olması və maddi maraqların təmin olunması hesabına belə sənədləşmənin aparılması baş tutmuşdur.

Baxmayaraq ki, Orbita MTK rəhbərliyinin bu özbaşnalıqları barəsində dəflərlə aidiyyatı üzrə müraciətlər etsək də nəticəsi olmamaışdır. Buna baxmayaraq gecə saatlarında tikinti işləri aparır, məhəllədə olan çoxsaylı Eldar şamlarını məhv edərək kəsib atmışlar. Amma Ekologiya Nazirliyi susur, özünü passiv tamaşaçı yerinə qoyur. Digər tərəfdən cənab prezident Siz şəxsən rəsmi göstəriş vermisiniz ki, yaşayış məhəllələri arasında hündürmərtəbəli binaların tikintisinə yol verilməməsinə dair tapşırırq vermisiniz. Yəni, məhəllədə hava axınının dövriyyəsi, şəxsi nəqliyyat vasitələrinin yerləşməsi, uşaq meydançalarının sökülərək yerlərində binaların tikintisi qadağan olunsa da Orbita MTK öz işindədir. Bu MTK-nın rəhbərliyi, başda Bağıyev Famil Qambay oğlu olmaqla biz sakinləri ümumiyyətlə nəzərə almır. Sanki, biz bu məhəllədə yaşayan artıq adamlarıq. Budur, tikinti zamanı ağır texnikaların hərəkətindən evlərimizin divarlarında çatlar əmələ gəlmiş, yararsız hala düşmüşdür. Sabah kiçik bir zəlzələ baş versə, bütün ailələrin faciəsi yaşana bilər. Və belə olan halda bütün məsuliyyət yerli və mərkəzi icra hakimiyyətləri rəhbərlərinin üzərinə düşəcəkdir.

Budur, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "respublika şəhərsalma və arxitektura komitəsinin, ORBİTA MTK-ya dəflərlə bildiriblər ki, biz sakinlərin tam köçürülməsi təmin edilmədən hər hansı söküntü işinin aparılması təhlükəsizlik və tikinti normalarına əsasən qadağandır” göstərişi olsa da Famil Bağıyev adamlarına və puluna güvənərək Azərbaycan QANUNLARINI Qəmla kimi tanımaq istəmir, əksinə bizə həqarət edir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq aidiyyatı orqanlardan tələb edirik ki, Orbita MTK ya biz sakinlərin həyatının təhlükəsizliyini təmin etmək üçün bizi birdəfəlik buradan köçürsün, ya da dərhal törətdiyi özbaşnalığa son qoyaraq qanunsuzluğunu dayandırsın. Xahiş edirik ki. orbita MTK-nın son illərdə göstərdiyi qanunsuz fəaliyyəti araşdırılsın və qanuni tədbir görülsün, biz də əvvəlki tək rahat həyatımıza davam edək.”

Bundan başqa Orbita MTK razılaşma olmadan bina söküntülərini yerinə yetirib və yüzlərlə insanı dövlətə qarşı qaldırıb: "müəllimə işləyən Kifayət Məmmədova "Orbita MTK” tərəfindən razılaşma olmadan yaşadıqlarını binanın söküldüyünü deyib:

"Bizim bu ərazidə 16 ədəd 2 mərtəbəli bina var idi. Bakı şəhər İcra Hakimiyyəti 2014-cu il 15 aprel 161 saylı sərəncamla bu ərazini "Orbita MTK”-ya icarəyə verib. O zaman Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov idi. Həmin sərəncamın1.1-ci bəndində göstərilir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "Orbita MTK” tərəfindən həll edilsin. Burada söhbət nominal pul dəyərinin ödənilməsindən gedir. Dəfələrlə bizdən əvvəl şikayətçi olan qonşuların məhkəməsində iştirak etmişəm. Vəkildən bu sualı verməyi xahiş etmişik ki, hakim cavablandırsın. Hakim də bildirib ki, sərəncamda yazılan o deməkdir ki, şirkət vətəndaşa hər kvadratmetrə görə vəsait ödəməlidir. Yəni 2014-cü ildə 2 mərtəbəli binanın birini söküb yerində 16 mərtəbəli bina tikildi. Bu ərazidə 16 ədəd 16 mərtəbəli bina tikilməlidir. Artıq beləlikdə 4 ədəd 2 mərtəbəli bina sökülüb, bizim bina 5-ci binadır. Bizim binada 14 qonşu yaşayırdı. Artıq onlardan 13 ailə köçürülüb. Kimisi pul, kimisi ev alıb, müqavilə bağlayıb gediblər. Amma "Orbita MTK”-nın sədri Bağıyev Famil bizə söz vermişdi ki, vəsait ödəniləcək. Təəssüf ki, hələ də bu günə qədər bu məsələ öz həllini tapmayıb".

K.Məmmədova 6 il əvvəl ölkə başçısına müraciət etdiklərini də bildirib:

"2014-ci ilin 20 oktyabrda biz bu məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etdik. Prezident Adminstrasiyasından Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verildi. 6 noyabr 2014-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavinin rəsmi blankı ilə "KL751” nömrəli məktubu ilə bizə cavab göndərildi. Cavabda qeyd olunmuşdu ki, bizim tələbimiz doğrudur və sərəncamın 1.1 bəndində göstərildiyi kimi köçürülmə üçün bizə vəsait ödənilməlidir. Ancaq ondan sonra köçürülmə həyata keçirilməlidir. Amma çox təəssüflər olsun ki, "Orbita MTK” biz binada yaşaya-yaşaya digər mənzillərin pəncərələrini, qapılarını sökürlər. Binanın damı uçurulub. Bina hər tərəfdən hasara alınıb. Amma biz burda yaşayırıqsa, şirkətin bu binadan bir daş sökməyə belə haqqı yoxdur. "Orbita MTK” isə prosedur qaydalarına əməl etmir, bizimlə müqavilə bağlamadan, razılaşmadan, binanı sökür. Yaşayış olan binanı şirkət yararsız hala gətirib. Bizim evin təmiri normaldır, döşəməsi parketdir, bir sözlə səliqəli, iki otaqlı evdir. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu layihə dövlətin deyil, yəni pilot layihə deyil. "Orbita MTK”-nın özünün aldığı layihədir. Pilot layihələr Nazirlər Kabinetinin 2019-cı ilin 17 dekabr tarixli 482 nömrəli qərarı ilə dayandırılıb. Baş nazirin həmin qərarı ilə Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonunda dövlət tərəfindən icra olunan pilot layihələr dayandırılıb. "Orbita MTK” artıq bu ərazidə 4 binanın tikintisini başa çatdırıb. 5-ci binanın tikintisi isə başa çatmaq üzrədir. Bizim yaşadığımız binanın yerində isə 6-ci binanı tikmək istəyirlər. Şirkət bu ərazidə ümumi olaraq 16 bina tikməyi planlaşdırır”.

"Ən bərbad tikinti şirkəti” üzrə araşdırmamızın "qalibi” "Orbita” MTK-nın rəhbəri Famil Bağıyev oldu. Ümid edirik ki, bundan sonra aidiyyatı qurumlar belə şirkətləri ciddi nəzarətə götürəcək, fəaliyyətlərinə hüquqi qiymət verəcəklər. (XEBER.top)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam