Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Cəlilabadda müəllimin evində təhsil alan şagirdlər üçün yeni məktəb tikintisinə başlanılıb

 

Cəlilabad rayonunun Musalı kəndində uçqun olan, eləcə də bir hissəsi yararsız vəziyyətə düşən tam orta məktəbin yerində yeni məktəbin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Yenixeber.org: Bu barədə məktəbdən məlumat verilib.

Qeyd olunub ki, artıq ümumtəhsil müəssisəsinin binasının inşası istiqamətində işlər görülür.

Bildirilib ki, məktəb binasının tikintisi ilə bağlı ilkin informasiyanın əldə olunması və ərazidə topoqrafik planlaşdırma işlərinin görülməsinə başlanılıb.

Məlumatda həmçinin tikinti işlərinin cari il ərzində yekunlaşmasının planlaşdırıldığı vurğulanıb.

Qeyd edək ki, bu ilin mart ayında tətil günlərində yağan güclü qar nəticəsində sözügedən tam orta məktəbdə uçqun olub və məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər təhsillərini davam etdirməsi üçün Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Bundan əlavə, Zəhmətabad kənd orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.

Musalı kənd tam orta məktəbinin üzləşdiyi problemi ilk dəfə olaraq "Report" İnformasiya Agentliyi qaldırıb. Məsələ ilə bağlı "Report"da bir neçə informasiya dərc olunub. Məhz ondan sonra Təhsil Nazirliyi 2022-ci ilin Azərbaycanın Dövlət İnvestisiya Proqramında Cəlilabad rayon Musalı kənd tam orta məkt


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam