Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BU İDARƏÇİLİK ÇOXDAN AKTUALLIĞINI İTİRİB” –İcra hakimiyyətləri ləğv olunsa, hansı idarəetmə forması effektiv olar?

İcra Hakimiyyətlərinin ləğv edilməsi zaman-zaman ölkə gündəminin əsas müzakirə mövzularından biri olub. Bu idarəetmə strukturunun səmərəsiz olduğu, korrupsiya və rüşvətxorluğa şərait yaratdığı bildirilib. 

Yenixeber.org: Bu yaxınlarda yeni iqtisadi rayonların yaradılması, həmin rayonlara yeni nümayəndələrin təyin olunması, həmçinin Qarabağda yeni idarəetmə mexanizminin sınaqdan keçirilməsi icra hakimiyyətlərinin ləğvi ehtimalını bir qədər də aktuallaşdırıb.

Prezident İlham Əliyev də son çıxışlarının birində Azərbaycanda yeni idarəçilik modelinin yaradılmasına diqqət çəkib: “Mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Hesab edirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. İnidiyə qədər 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq”.

Yeni idarəçilik strukturunun hansı formada olacağına gəlincə, bu barədə fikirlər müxtəlifdir. Bəziləri Azəraycanın Türkiyə modelinə keçid edəcəyini, bəziləri də fərqli bir idarəçilik mexanizminin tətbiq ediləcəyini bildirirlər. Ekspertlər hesab edirlər ki, Azərbaycanda tətbiq olunan yeni idarəçilik modeli, Türkiyədə artıq illərin sınağından çıxmış mərkəzi hakimiyyəti yerlərdə təmsil edən valilik sisteminə çox bənzəyir.

Qeyd edək ki, Türkiyədə vali prezidentin və hökumətin səlahiyyətli nümayəndəsi hesab olunur. Ancaq buna paralel olaraq, yerli bələdiyyələrin səlahiyyətlərinin artırılması, rayonların sosial-iqtisadi inkişafının yerli əhalinin seçdiyi bələdiyyələrə həvalə olunması da optimal variantlar sırasındadır. Hər halda gerçəklik budur ki, hansı modelin tətbiq edilməsindən asılı olmayaraq, SSRİ dövründən qalmış və inkişafın qarşısında ciddi əngələ çevrilmiş İcra Hakimiyyəti sisteminin yeni və daha modern idarəçilik sistemi ilə əvəzlənməsinin vaxtı çoxdan çatıb.

 

 

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan kimi ərazisi kiçik olan ölkələrdə 60-70 İcra Hakimiyyətinin olması effektiv idarəçilik üsulu deyil: “Bu idarəetmə mexanizmi rayonların effektli idarə olunmasına böyük əngəllər yaradır. Rayonların iqtisadi vahid kimi formalaşmasına imkan vermir. Eyni zamanda inzibati bürokratiyalar artır və mənasız məşğulluq məsələləri yaranır. Nəticədə insanlara göstərilən xidmətin keyfiyyəti aşağı düşmüş olur”.

Ekspert xatırladıb ki, Azərbaycanda mövcud olan hazırkı srtuktur sovet dönəmində yaradılıb: “Sovet dövründə formalaşan icra hakimiyyətlərini, indiki dövrlə müqayisə etdikdə, fərqliliklər nəzərə çarpır. Ən böyük fərqliliklərdən biri texnoloji inkşaf və rəqəmsallaşmayla bağlıdır. Sovet dönəmində texnoloji imkanlar olmadığından, dövət insanlara daha yaxından xidmət göstərməli idi. İndi isə texnoloji imkanlar yaranıb və bir çox sənədləşmə prosesi elektron formada aparılır. Düşünürəm ki, bu idarəçilik sistemi çoxdan öz aktuallığını itirib. Ölkədə bazar iqtisadiyyatının qurulması, mülkiyyət idarəetmə strukturunun dəyişməsi, elektron hökumətin formalaşması köhnə idarəçilik mexanizmlərinin saxlanılmasını mənasız edir”.

Ekspert hesab edir ki, bu sahədə cəsarətli davranaraq, sürətli islahatlar aparmaq lazımdır: ”Hökumətin elekron formada şəffaf bir mühitə keçdiyi vaxtda, ənənəvi idarəetmə forması inkşafa maneə olmağa başlayıb. Hesab edirəm ki, burada hansısa ölkənin praktikasını təkrarlamaq doğru yanaşma olmaya bilər. Lakin istənilən halda icra hakimiyyətlərinin sayını azaltmaq və ənənəvi idarəetmədən imtina etmək lazımdır”.

 

 

Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli isə hesab edir ki, 44 günlük Vətən müharibəsindən sonra yeni idarəetmə mərhələsinin başlanmasına ehtiyac var idi: “Bu gün artıq iqtisadi və sosial problemlərin bir çoxunun həllini köhnə idarəetmə forması ilə yoluna qoymaq mümkün deyil. Prezident də çıxışında bildirdi ki, indiyə qədər ona yaxın icra başçısı həbs edilib, işdən çıxarılıb. Aydındır ki, bu struktur özünü doğrultmur. Bu gün icra hakimiyyətlərində dərin yoxlamalar aparılsa, minlərlə problem üzə çıxar. İndiyə qədər hansını yoxlayıblarsa, nəzarət altına alıblarsa, hamısında problemlər çıxıb, bəzi icra başçıları həbs olunub”.

Natiq Cəfərli daha bir önəmli detala diqqət çəkib: “İndiki sistemdə yerli icra başçılarının maaşları 1300-1400 manatdır. Aydındır ki, 100 minlik əhalisi olan rayona rəhbərlik edən, hakimi-mütləq olan şəxs 1400 manatla dolanmaq istəməyəcək. Bu, həmin icra başçısının həyat səviyyəsindən, yaşamından, geyimindən, ailəsinin güzəranından görünür. Deməli, bu sistem özü geniş səlahiyyətli icra başçıları təyin etməklə, onları qeyri-qanuni əməllərə sövq edir. Məncə, seçilmişlər daha yüksək maaş almalıdır və onlara qarşı ciddi nəzarət mexanizmi olmalıdır. İndiki şəraitdə 100 minlik şəhərə kimisə təyin edib ona 1300 manat maaş təyin edilirsə, bu adam mütləq orada başqa yollarla pul qazanmağa çalışacaq”.

N.Cəfərli onu da vurğulayıb ki, yeni idarəetmə mexanizmində ən böyük məsuliyyət bələdiyyələrin üzərinə düşəcək: “Düşünürəm ki, bu şəxslər müstəqil, bitərəf və ya partiya üzvü ola bilərlər. Bu zaman bələdiyyələrdə partiyaların da məsuliyyəti olacaq. Bu halda onlar neqativ hallara qarşı bir-birinə nəzarət etməyə başlayacaqlar. Dünyada qədim Afinadan üzü bu yana seçki institutundan yaxşı nəzarət mexanizmi yoxdur. Seçki institutu bərqərar olacaqsa, mütləq neqativ hallar da aradan qalxacaq. Çünki bunun alternativi yoxdur. Rüşvətxor və korrupsiyaya qurşanan bələdiyyə sədrini, meri əhali heç vaxt ikinci dəfə seçməz. Əgər dediyimiz islahatlar həyata keçiriləcəksə, məncə, ölkəyə böyük investisiya axını olacaq. Məhkəmə hakimiyyətinə inanan və güvənən investorlar gələcək. Yerli icra hakimiyyətinin biznesə müdaxiləsinə son veriləcəksə, bu halda daha çox daxili və xarici sərmayələrə qapı açılacaq”.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam