Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Yasmin"dəki mülk sahibinin, "Xalq Bank"ı kölgədən idarə edənlər tərəfindən pozulan hüquqlarına -OMBUDSMAN APARATINDAN REAKSİYA

 

Bu da, mülkiyyətçi hüquqlarını kobud şəkildə pozanların veclərinə deyil: Onlar, "Yasmin" Biznes Mərkəzindəki qalmaqal və intriqaların getdikcə böyüməsindən, mülk sahiblərinin başlarına oyun açmaqdan çəkinmirlər

WhatsApp Image 2022 03 08 at 21.47.31 1

Yenixeber.org: Paytaxt Bakının ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, üstəlik, cəlbedici mürəkkəb tikinti quruluşlu 7 mərtəbəli baxımlı binasıyla diqqəti daha çox cəlb edən "Yasmin" Biznes Mərkəzi ətrafında 2015-ci ildən başlayan xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilib. Hətta ölkə mətbuatının, xəbər saytlarının, sosial şəbəkələrin, eləcə də saytımızın çoxsaylı yazılarında belə, bu Biznes Mərkəzinin baxımlı gözəl binası, cəmiyyətə, intriqa və qalmaqalların məkanı olaraq təqdim olunub. Bu təqdimatlarda, yaranan həmin intriqa və qalmaqalların əsas səbəbkarları kimi, illərin əzab-əziyyətləri hesabına topladıqları bir ətək halal pullarını verərək, "Yasmin"in baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamına -- halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirən "Xalq Bank" ASC-ni kölgədən idarə edənlər və bu Biznes Mərkəzinin özünün, eləcə də onun binasını tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirov göstərilib.

WhatsApp Image 2022 03 08 at 21.49.06

Bu yazılarda, onların bəd əməlləri nəticəsində törədilən qanunsuzluqlar açıq-aşkar göz qabağına qoyulub, xüsusi olaraq vurğulananlar isə o olub ki, hətta “İlin sahibkar düşməni” adını alan “Xalq Bank” ASC-ni idarə edənlər, özlərinin qanunsuz bəd əməlləriylə, getdikcə daha da böyüyən "Yasmin" qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə çoxdan dumanlandırıblar. Konkret desək, Vətənin igid övladları qudurğan düşmənlərimizi çoxdan zəbt etdikləri halal torpaqlarımızdan çıxara, sərhədlərimizdən kənara ata biliblər, amma 20 nəfərdən çox iş adamı isə, paytaxtdakı halal mülklərini zəbt edənlərlə indiyədək bacarmayıblar. Bu da, qaranlıq çox məqamlardan xəbər verən "Yasmin" olaylarında yalanın həqiqəti və reallığı üstələməsinin daha bir sübutudur!

WhatsApp Image 2022 03 08 at 21.49.26
Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, "Xalq Bank"ı kölgədən idarə edən düşmən mövqeli nüfuz sahibləri əvvəlcədən göz dikdikləri “Yasmin”in baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar. Elə, buna görədir ki, heç bir qanun çərçivəsinə sığmayan istədikləri hərəkətləri etməkdən çəkinmirlər. Dəhşət ondadır ki, onlar, zərərçəkən bu iş adamlarının hər birinin binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan müxtəlif ölçülü halal mülklərinə hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoya, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli "Yasmin"i, vur-tut 22 milyona öz banklarının adına ala biliblər. Bir sözlə, saxta hərrac vasitəsi ilə, artıq, “Yasmin”in ələ keçirdikləri binasını tam zəbt etməklə, buradakı mülklərin əsl sahibləri olan iş adamlarını, çoxdandır ki, Biznes Mərkəzinin içərisində yerləşən mülklərinə yaxın buraxmırlar. Son vaxtlar isə, qapısı bayıra açılan mülklərin əsl sahiblərinin də "başlarına oyun açıblar". Bütün bunlara dözməyən obyekt və ofis sahibləri birləşərək, yuxarılara etiraz məktubları ünvanlasalar da, indiyədək onların -- “krışa”sı yüksəkdə olduğu deyilən bu bankı idarə edənlərin qanunsuz əməllərinin öhdəsindən gəlmələri mümkün olmayıb. Polis, prokurorluq və məhkəmə orqanlarında mülk sahiblərinin şikayətləri əsasında başlanan araşdırma, istintaq-əməliyyat, eləcə də açıq məhkəmə proseslərinin ədalətli təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars -- M” və “Xalq Bank” fırıldaqlarına məruz qalan mülkiyyət iddialı iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar.WhatsApp Image 2022 03 08 at 21.49.50v
Yeri gəlmişkən qeyd edək ki, hər şey göz qabağında olduğundan, "Xalq Bank" rəsmilərinin istədiklərini çox fərasətsiz şəkildə həyata keçirdiklərini də, açıq-aydın görmək olur. Bunun əsas sübutu, bankın bu binanı tikən “Mars -- M” MMC-nin, eləcə də Biznes Mərkəzinin özünün hazırda uzunmüddətli həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirova, 2013-cü ilin oktyabrından, 2014-cü ilin mayınadək, bu sahibkarlara qanun çərçivəsində rəsmən satılmış əmlakları ilə bərabər, onlara adi xəbərdarlıq belə olmadan, "Yasmin"in binasının girov qoyulması müqabilində 14 milyon manat kredit verməsidir. Bu kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişdə dərhal problem yaranıb. Buna baxmayaraq, “Xalq Bank”, 2015-ci ilin iyul ayında “Mars -- M”ə 17 milyon dollar məbləğində yeni daha bir kredit də ayırıb. Bütün bank sənədlərində isə, belə göstərilib ki, guya, bu kreditin verilməsində məqsəd, ölkədə baş verən devalvasiyaya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın tikintisini və təmirini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu, özünü növbəti devalvasiyadan qorumaq üçün edib.

WhatsApp Image 2022 03 08 at 21.50.19q

Onda, bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası həmin kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kredit açıq-aşkar qanunsuz şəkildə ayrılıb. Bütün bunlar isə, bu kreditlərin verilməsində əsas gizli mətləbləri üzə çıxarıb. Həqiqət və reallıq ona işarə vurub ki, paytaxt Bakının ən elitar ərazilərindən birində tikilən bu Biznes Mərkəzinin baxımlı binası, kredit verənlərin diqqətini, kreditlərin vaxtında qaytarılmasından daha çox cəlb edib. Onlar, elə, buna görə də, bu qatı cinayəti törədiblər. Burada baş verənlərin dəhşət doğuran qatı cinayət olması göz qabağında olsa da, di gəl ki, indiyədək buna yuxarıların reaksiyası olmayıb. Ölkə mətbuatında bu barədə gedən çoxsaylı tənqidi yazılara belə, indiyədək, fikir verən yoxdur. Bu səbəbdəndir ki, yeddi il öncə "Yasmin" ətrafında başlayan, günü-gündən böyüyərək, dəhşətlərinin ağrı-acısı bu günədək gəlib çatan intriqa və qalmaqallar hələ də davam edir, heç səngiyənə də oxşamır.

WhatsApp Image 2022 03 08 at 21.51.04w
Dəyərli oxucularımızın diqqətinə bir daha çatdırırıq ki, araz.az-ın, "Yasmin" Biznes Mərkəzi ətrafında baş verənlərlə bağlı, tənqidi xarakterli onlarla araşdırma yazısı olub. Həmin yazılardan sonuncusunu (Linki budur: http://araz.az/index.php/dizh-r/manset/18850-yasmin-zhalmazhali-daha-da-boyuyur-i-ndi-d-khalzh-bank-adiyla-biznes-m-rk-zind-ki-zhapilari-bayira-adzilan-obyekt-v-ofisl-rin-sahibl-rinin-baslarina-oyun-adzilir) oxumaq kifayətdir ki, burada baş verənlərin dəhşətinin nə demək olduğu hamıya bir daha aydın olsun.WhatsApp Image 2022 03 08 at 21.51.45e
Bu yerdə, onu da qeyd etmək istəyirik ki, sahibləri, "Yasmin"dəki halal mülkləri ətrafında törədilən dəhşət dolu qatı cinayətlər barədə, ölkə başçısını, Birinci vitse-prezidenti, Ombudsmanı, hətta aidiyyatı dövlət qurumlarının rəhbərlərini, eləcə də "Xalq Bank" ASC-nin İdarə Heyətinin sədri K. N. Məcidovu, onların ünvanlarına göndərdikləri şikayət xarakterli çoxsaylı müraciətləri ilə, ətraflı məlumatlandırıblar. Lakin onlar, bu şikayətlərinə yuxarılardan ciddi bir reaksiya görməyiblər. Yəni, ortada, onların mülkiyyət hüquqlarını müdafiə edəcək hansısa rəsmi bir qurumun tutarlı cavabı olmayıb. Nəhayət, bu günlərdə, yuxarılardan, mülk sahibi bu iş adamlarının hamısını sevindirəcək rəsmi cavab məktubları Qalib Məmmədovun adına və ünvanına gəlib. Öncə, bu mülk sahibi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Aparat rəhbəri Aydın Səfixanlının imzası ilə, daxili işlər nazirinin birinci müavini cənab Seyfulla Əzimovun adına ünvanlanan, surəti isə, onun özünün adına olan cavab məktubunu alıb. Təkcə Qalib Məmmədova deyil, mülkiyyət hüquqları kobud şəkildə pozulan digər 22 nəfərdən çox mülk sahibinə də, böyük ümidlər və ürək-dirək verən həmin məktubda deyilir:

WhatsApp Image 2022 03 08 at 22.03.22r
"Hörmətli Seyfulla müəllim!
22 fevral 2022-ci il tarixində vətəndaş Qalib Niyaz oğlu Məmmədov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, "Yasmin" Biznes Mərkəzində yerləşən və mülkiyyətçisi olduğu aptekə böyük maddi ziyan vurulduğunu, dərman preparatlarının yararsız hala salındığını, təhqir və hədəyə məruz qaldığını bildirmiş, təhlükəsiz şəraitdə işləmək hüququnun təmin edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə, bizə, məlumat verilməsini Sizdən xahiş edirik!"
Bu məktubdan əlavə, digər bir cavab məktubunu, Qalib Məmmədov, 23 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin inkişafı Agentliyindən alıb. Aptek sahibinə, etdiyi müraciətlərinin icraata götürülməsi haqqında olan və Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənovun imzası ilə təsdiq edilən № KOB-X/O-851/2022 saylı məktubla cavab verilib:
"Hörmətli Qalib Məmmədov!

WhatsApp Image 2022 03 08 at 22.04.45t
Sahibkarlıq fəaliyyətinizdə yaranmış çətinliklər barədə, fevral ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız müraciətləriniz Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin inkişafı Agentliyinə daxil olmuşdur. Müraciətlərinizə aidiyyatı üzrə baxılaraq, nəticəsi barədə, Sizə, əlavə məlumat veriləcəkdir".
...Bəli, "Yasmin"də mülkü təcavüzə məruz qalan mülkiyyətçinin pozulan hüquqlarına, son vaxtlar, Ombudsman Aparatından və digər aidiyyatı dövlət qurumlarından ciddi reaksiyalar olsa da, bunları belə, "Xalq Bank"ı kölgədən idarə edənlər veclərinə almırlar! Onlar, illərdi davam edən "Yasmin" qalmaqalının getdikcə daha da böyüməsindən, təkcə bu Biznes Mərkəzindəki mülk sahibi Qalib Məmmədovun deyil, tanınmış vəkil Əkrəm Həsənovun hüquqlarını müdafiə etdiyi digər 22 nəfərdən çox sahibkar-mülkiyyətçinin -- Akif Mahmudovun, Tahirəxanım Əfəndiyevanın (Məmmədovanın), Afət Ağazadənin, Yalçın Məlikovun, Elçin Əliyevin, Azər Mahmudovun, İlqar Məhərrəmovun, Ruhiyyət Məmmədovanın, Sahib Quliyevin, Anar Hüseynovun, Ədalət Zamanovun, Zülfüqar Kazımovun, Natəvan Bağırovanın, Fuad Ramazanovun, Könül Hacıyevanın.., da "başlarına oyun açmaqdan" çəkinmirlər. Bütün bunlar bir daha sübut edir ki, bu mülkiyyətçilər “Mars -- M” MMC-nin və “Xalq Bank”ın iştirakçıları olduğu tikinti fırıldağının qurbanlarıdır. Ən dəhşətlisi odur ki, bu fırıldaqda aidiyyatı dövlət qurumlarının da əlləri var. Hüquq-mühafizə orqanları və məhkəmələr də, törədilmiş bu qatı cinayəti ört-basdır etmək üçün, 5 milyon manatdan çox ziyana düşmüş zərərçəkən əmlak sahiblərini öz investisiyalarından məhrum etməyə iyrənc yollar axtarıblar həmişə. Beləcə, "Yasmin" Biznes Mərkəzi də, ölkəmizdə, milyonlarla manat vəsaitin havaya sovrulması anlamına gətirən maddi maraqlar uğrundakı daxili intriqaları, səs-küylü qalmaqalları ilə gündəmdən düşməyən biznes müəssisələri sırasında özünə xüsusi yer alıb. Bu səbəbdən ki, burada çoxdandır yaranan acınacaqlı duruma dözmək mümkünsüzdür! Buradakı obyekt və ofis sahiblərinin özlərinin ürək ağrısı ilə dedikləri kimi, doğrudan da, haqqlarının bu cür pozulmasına heç cür tab gətirə bilmirlər! Axı, insan taleyi ilə belə oynamaq, onu bu iyrəncliklərlə sındırmaq olmaz!
Düzdür, "Xalq Bank"ı kölgədən idarə edən nüfuz sahibləri, dövlətimizin özünün ali qanunlarıyla vətəndaşlarına verdiyi mülkiyyət hüquqlarını dərindən bilən, elə buna görə də, "Yasmin"ə təcavüz edənlərin bu yöndən pozmaq istədikləri öz hüquqlarını qoruması üçün, təcavüzkarlarla qanunlarımızın tələbələrinə uyğun yüksək dəyanət, səbr və dözüm nümayiş etdirməklə mübarizə aparan, mülkünü qorumaqda sonadək israrlı olacağını dəfələrlə bildirən Qalib Məmmədovdan savayı, burada obyekt və ofis işlədən digər iş adamlarının hamısının halal mülklərinin qapısını onların üzlərinə bağlatdırmağa nail olublar və onların bura yaxın gəlmələrinə belə imkan vermirlər. Lakin bir çox iyrənc vasitələrə əl atsalar da, mülkiyyətçi Qalib Məmmədovun işlətdiyi aptekinin qapısını, günü bu günədək, bağlaya bilməyiblər. Konkret desək, aptekə gələn suyu, işığı kəssələr də, istilik və kanalizasiya sistemlərini iflic vəziyyətə salsalar da, həmişə açıq olan aptek qapısı önünə qoyduqları qoluzorlu mühafizəçiləri pasiyentləri içəri buraxmasalar da, dərman preparatlarının və digər tibbi məmulatların bayırda həyata keçirilən satışına hələlik mane ola bilməyiblər. Hətta sahibkara təcavüz etməkdən çəkinməyən bəd əməl sahibləri, istəklərinə çatmaları üçün, ətrafdakı digər apteki işlədənləri də, yalandan öyrədərək, Qabil Məmmədovun üstünə salmaqdan çəkinməyiblər. Ortada ədavət, intriqa və qalmaqal yaransın deyə, onlara fırıt verərək, yalandan belə deyiblər ki, guya, Qalib Məmmədov, onların aptekində gedən satışa mane olur və oraya üz tutanları, digər apteklərə yönləndirir. Qabaqcadan düşündukləri bu iyrənc planla, onların bir-neçə dəfə burada intriqa və qalmaqal yaratmaq cəhdləri də, Qalib Məmmədovun hər dəfə nümayiş etdirdiyi yüksək dəyanət, səbr və dözüm qarşında baş tutmayıb.

 WhatsApp Image 2022 03 08 at 22.06.23y
Sahibi olduğu 70 kv.m-lik mülkündə aptekini işlədən mülkiyyətçi həkim Qalib Məmmədovun yuxarılara ünvanladığı etiraz məktublarında göstərdiyi ciddi faktlar da, yuxarıda qeyd etdiyimiz, hətta kütləvi etirazlara belə rəvac verən qanunsuzluqların daha bir təsdiqidir. Bu faktlardan ən əsası isə odur ki, 2010-cu ildən Qalib Məmmədovun mülkiyyətində olan həmin sözügedən sahə barədə, onun, Biznes Mərkəzinin binasını tikən qurumla müqaviləsi və maliyyə arayışları da var. Mülk sahibi 2013-cü ildən orada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlədir. Bu barədə, müvafiq vergi kodu və Səhiyyə Nazirliyindən alınmış lisenziya da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in mühafizə xidməti tərəfindən mühafizə olunur. Bu barədə də, Qalib Məmmədovun əlində müvafiq müqavilələr və digər rəsmi sənədlər var. Məhz bunlara görə də, mülkiyyətçi israrla deyir ki, bank kiminlə nə əqd bağlayıb, kimə nə qədər və necə kredit verib, bunun ona dəxli yoxdur, bank onu mülkündən çıxara bilməz. Həmişə onu da deyir ki, mülkünü ələ keçirməyi tezləşdirmələri üçün, bank əməkdaşlarının ona hədə-qorxu gəlmələri əsl terrorçuluq kimi başa düşülməlidir:
"Dərəbəylik dövrü keçmişdə qaldı. Şükürlər ki, indi güclü dövlətimiz və onun güclü qanunları var. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni incidənlərə, ailəmi narahat edənlərə, dövlətimizin və hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə bilməzlər! Bununla məni heç kim sındıra bilməz! Bunu başa düşmək istəməyən bəd əməl sahiblərinin diqqətinə yenə çatdırmaq istəyirəm ki, ağsaqqal-ağbirçəklərim, ata-anam məni mərdliyə və dəyanətə rəvac verən tərbiyə ilə böyüdüblər.
Bir də ki, illərdi əziyyət çəkərək, bir balaca yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, namərdlikdir! Bu namərdlər bizdən nə istəyirlər?!. Haqq nazilər, üzülməz, öz yerini tapar, inşallah!
Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır! Axı, belə bir qərarı, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilər!
İndi çoxlarına məlumdur ki, adında "xalq" sözü olan bu bank, anti-xalq, anti-milli, anti-dövlət xarakterli qanunsuz bəd əməllərlə məşğul olur. Odur ki, "Xalq Bankı" idarə edənlərə bir daha xəbərdarlıq edirəm:
-- Zorakı fəaliyyətinizə son qoyun, haqlısınızsa, məhkəməyə müraciət edin! Əks halda, yəni, mənə qarşı sizin tərəfinizdən hər hansı bir zor tətbiq edilsə, dövlətimizin öz vətəndaşına verdiyi bütün hüquqlardan istifadə edəcək, terrorçu əməllərinizin ifşası üçün, hətta, bu ciddi məsələnin işıqlandırılmasına və ictimailəşdirilməsinə yerli və xarici mətbuatı da cəlb edəcəyəm!".
"Yasmin" olaylarında baş verənlərin qısa xülasələrində göstərilənlər də, yuxarıda deyilənlərin inkaredilməz təsdiqi kimi ona işarə vurur ki, bəli, bu bankdan götürülən həmin kreditlər qanun çərçivəsində alınmayıb -- ortada qatı cinayətə yol açan və dəhşət doğuran dələduzluq faktları olub. Bank da, burada zərərçəkmiş tərəf deyil. Çünki, böyük ehtimallar da həmişə ona işarə vurub ki, bu bankı idarə edənlərlə, olduqca iri məbləğli kreditlər götürən Mərhəmət Bəşirov, törədilən bu qatı cinayətdə əlbir olublar. Məhz buna görə də, bu "kredit hekayəsində" göstərilənlər başdansovdu yox, qanun və vicdan çərçivəsində yenidən araşdırılmalıdır. Axı, insan taleyi ilə belə oynamaq olmaz!
Sonda, bir daha bildiririk ki, "Yasmin" olaylarındakı qanunsuzluqlarla bağlı fakt və dəlillərin, bu istiqamətdə apardığımız araşdırmalar zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayacaq, dərin jurnalist araşdırmalarımızla, bu barədə olacaq yazılarımızı davamlı edəcəyik.WhatsApp Image 2022 03 08 at 22.07.48u


araz.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam