Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"KapitalBank"ın sərsəm qaydaları...

"KapitalBank"ın  sərsəm  qaydaları...

Allahın verdiyi hər gün sosial şəbəkələrdə "Kapital Bank"ın xidmətləri və çalışanları haqqında şikayətlər görürük. Hələ bəzi məmurların fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə "güzgü" olduğuna görə, adına "rekert", "qarayaxma", "böhtan" deyib, ciblərinə gedən yoldan qaldırmaq üçün, haqqında yeni qanun layihəsi hazırlanan və qəbul edilən müstəqil medialarda yayılan məlumatları demirik.

Yenixeber.org: Söhbətimizin əvvəlində də vurğuladığımız kimi, Allahın verdiyi hər gün, sosial şəbəkələrdə narazı vətəndaşlar tərəfindən yaradılmış "şikayət" qruplarında ən azı 1-2 vətəndaş şikayətinə rast gəlinir.

Yenə də şikayət var. Bu dəfə isə hər hansı bir vətəndaşın deyil, məhz  öz əməkdaşımızın başına gələnləri, daha doğrusu sözügedən bank tərəfindən başına gətirilənləri danışacağıq.

Belə ki, əməkdaşımızın "Kapital Bank"a kredit borcu var. Hər ay maaş kartından o borc silinir. Bu normaldır. Amma, bu ay əməkdaşımız krediti nəğd pul olaraq, "birbank" mobil tətbiqi vasitəsilə ödəyib. Bundan sonra həmin "Kapital Bank"ın maaş kartına da əlavə olaraq nəğd pul köçürülüb. Karta pul köçürülən kimi, bank onu da kredit borcuna görə silib. Kartda olan məbləği çıxıb , əlavə olaraq, (-54) AZN yazaraq, borc göstərib. Belə olan halda aydın olub ki, bank mobil tətbiq vasitəsilə olan ödənişi görməyib. Dərhal əməkdaşımız vacib pul lazım olduğu üçün sözügedən bankın "196" qaynar xətt xidməti ilə əlaqə saxlayıb. Telefona cavab verən və özünü təqdim etməyən operator oğlan, əməkdaşımızın şikayətini dinləyib. Başına gələnlər səbəbindən həyəcanlı danışan əməkdaşımıza, - "Səsinin tonunu aşağı sal. Tez mümkün deyil. Bir iş günü ərzində düzələcək." - deyib, telefonu kənara qoyub.

Onsuz da bankın yaratdığı problem üzündən əsəbi olan əməkdaşımızı, operatorun bu tonda danışığı və cavabı, üstəlik də dəstəyi kənara qoyması daha da hiddətləndirib.

Təkrar qaynar xəttə zəng etdiyində artıq, başqa operator cavab verib və bildirib ki, heç də ondan əvvəlki operatorun dediyi kimi deyil. Gedib pulunu 'bankomat"dan həmişəki qaydada götürə bilər.

Operator xanımın bu cavabından təsəlli alıb sakitləşən əməkdaşımız, sevinə-sevinə kartı "bankomat" daxil edib. Amma...

Sən demə bankın "mehriban" əməkdaşı da əməkdaşımızı beləcə yola veribmiş.

Əmək haqqları, pensiya və digər bir çox ödənişlərin ödənilməsində vasitəçi olaraq qazanan, üstə gəl hər xidmət üçün, kartımızın balansından istifadə etdiyimiz məbləğin 1 %-ni də çıxan, yəni bir sözlə bizim pulumuzla fəaliyyət göstərən bankın əməkdaşlarının bizə qarşı bu cür kobud, mədəni və etik qaydalara zidd şəkildə rəftarı onu göstərir ki, bəzi məmurlar kimi, onlar da bizim pulumuzla harınlayıb, bizə qənim kəsilirlər.

Sözügedən bank haqqında hər gün dərc edilən, yayımlanan şikayətlərin hamısı da, bu cür özbaşına əməkdaşların "əməyi"nin nəticəsidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam