Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

""KapitalBank" ASC-nin Ucar filalı bizim ailənin bayramını qara gətirdi"-ŞİKAYƏT

 

Ucar sakini redaksiyamıza müraciət edib.

Xeberinfo.com:  Rayonun Qarabörk kənd sakini Məhəmməd İsrayılov İsrayıl oğlu "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərovdan şikayətlənib.

 

Onun sözlərinə görə filial müdiri ailəsinin bayramını qara gətirdi:
“Belə ki, oğlum Valeh  iş yoldaşı Hüseynov Anar Feyruz oğlunun "Kapital Bank" ASC-nin Ucar filialından götürdüyü kreditə görə zaminlik edib. Bir müddət krediti Anar Hüseynov ödədikdən sonra işdən çıxarıldığı üçün "KapitalBank" ASC-nin Ucar filialı hər ay kredit pulunu oğlum Valehin  maaşından tutmağa başladı. 
Buna görə heç bir narazılığımız olmayıb. Ancaq "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov oğluma verilmiş 1216 manat 13-cü maaşını da tam olaraq kredit borca görə tutub. Bu ciddi qanun pozuntusudur. Çünki kredit müqaviləsinə əsasən ilin 12 ayına görə kreditə görə pul ödənməlidir”.
M.İsrayilov qeyd edib: “6 nəfərdən ibarət ailəmizdə Valehdən başqa işləyən yoxdur. İmkansızlıqdan bizim ailə bayram etmədi. Mən buna görə bir ağsaqqal valideyin kimi "KapitalBank" ASC-nin Ucar filianın müdiri 
Daşqın Ələkbərova iradımı bildirdikdə mənə dedi ki, belə olmalıdır. 

Dedi ki, bilmirsən bu bank kimə məxsusdur. Bildirirəm ki, "KapitalBank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov az müddətdə qanunsuz əməlləri ilə cəmiyyət arasında böyük narazılıq yaradıb. Hətta içkili vəziyyətdə idarə etdiyi banka məxsus avtomobili aşırdıb yararsız hala salıb.
 

Oğlumun 13-cü maaşının tamamilə "KapitalBank" ASC-nin Ucar filialı tərəfindən tutulmasına görə Prezidentə, Mərkəzi Banka və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə şikayət ərizəsi ilə müraciət etmişəm. Xahiş edirəm, bu qanunsuzluq faktını obyektiv araşdırıb qanuni tədbir görəsiniz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam