Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gədəbəydəki ekoloji problem ​ hər kəsi şoka salır –VİDEO/FOTOLAR

 

Yenixeber.org: Bəllidir ki, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, əhalinin sosial-mədəni səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması daim dövlətimizin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Ona görə də son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar da atılmışdır. Ekoloji problemlər insanın birbaşa və ya dolayı yolla təbiətə vurduğu mənfi təsir nəticəsində əmələ gələn problemlərin cəmidir. Çünki, təbiət özünün yaratdığı problemləri aradan qaldıra bilir, insanlar isə ətraf mühitə daha dərin yaralar açır və onu daha çox məhv edir, təbiətin bütün bunları bərpa etməsi üçün uzun vaxt lazım gəlir.

Qeyd edək ki, son illər ekoloji problemlər daha çox çay kənarlarında aparılan qazıntı işləri zamanı yaşanır. Yəni, bəzi şəxslər tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı, yaxud da hansısa məqsədinə çatmaq naminə addımlarını atarkən, ərazinin ekosisteminə bərpa olunmayan zərərlər vurulur, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verir, çay məcrası eroziyaya məruz qalır və digər xoşagəlməz olaylar yaşanır. Ona görə də qeyd olunan pozuntuların qarşısının alınması üçün hər kəs “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunların müvafiq maddələrinə əməl etməyə borcludur.

 

Onu da bildirək ki, cənab Prezident 21 aprel 2018-ci il tarixdə Hüseynqulu Bağırovu daşıdığı vəzifəsindən azad etdi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə Muxtar Babayev təyin olundu. Sözsüz ki, bu yöndə atılan addımlarla bağlı əsaslı  səbəblər olur ki, bu da zamanında ölkə rəhbərini belə bir qərar qəbul etməyə vadar edir. Unutmaq olmaz ki, sabiq nazirin zamanında ən çox problemlərin yaşandığı sahələrdən biri də, məhz ölkəmizin ekologiya sahəsi idi. Bu sahədə hökm sürən inhisarçılıq, vəzifə sahibi olan hər kəsin gündəlik artan maraqları və s. bu sahəni, sanki “bataqlıq burulğanı”na çevirmişdi. İstər meşə təsərrüfatı, istərsə də ətraf mühitlə bağlı problemlər elə bir həddə gəlib çatmışdı ki, vəziyyətin dözülməz kritik olduğunu hər kəs görə bilirdi. Redaksiyamıza Quliyev Qəzənfər Abbas oğlu adlı şəxsin çatdırdığı məlumatlara görə, hal-hazırda belə bir biabırçı olaylardan biri də Gədəbəy rayonu, Qala kəndinin yuxarı hissəsində, daha dəqiq desək Şəmkir çayının düz orta hissəsində Nazim adlı şəxsin rəhbərliyi ilə, hansı ki, heç bir sənədi olmayan obyektin inşaası zamanı baş verir. (Məqaləni istinad edib saytımıza yerləşdirməsəm, demək peşəkar oğruyam) Hansı ki, Gədəbəy RİH-nin sabiq başçısı İbrahim Mustafayevin verdiyi tapşırığına əsasən, heç bir sənədi olmayan bu obyektdə tikinti işləri dayandırılmışdı. Buna da əsas səbəb, qeyd olunan yerdə inşa olunan obyektin sökülməsi ilə bağlı FHN-nin verdiyi qərar və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəsmlərinin məhkəməyə müraciət etmələri olur. Qəzənfər Quliyev bildirir ki, “Sabiq icra başçısı İbrahim Mustafayev PA-da yeni vəzifəyə təyin olunduqdan sonra, Gədəbəy RİH-nin başçısı vəzifəsinin icrası 1-ci müavin Natiq Nağıyevə həvalə olunub. Natiq müəllim bu kimi  səlahiyyətə sahib olduqdan sonra, Nazim adlı şəxsə “yaşıl işıq” yandırdı və belə bir səbəbdən də, hal-hazırda qeyd olunan obyektdə “şıdırğı” tikinti işləri davam etdirilir. Bəzi çevrələrdə müəyyən söz-söhbət də dolaşır ki, 1-ci müavin Natiq Nağıyev heç də Nazim adlı şəxsin “ala gözünə, qara qaşına” aşiq olmayıb, məhz ondan iki dəfəyə aldığı 10 min manat haqq-hesaba görə, bu gün belə bir addımını atmağa qərar verir”.

Elə ki, Qəzənfər Quliyevin redaksiyamıza çatdırdığı məlumatlar, həmçinin həyata keçirilmiş və redaksiyamıza çatdırılmış video-çəkiliş əsasında Natiq Nağıyevlə əlaqə saxladıq və ona, necə olur ki, tikintisinin dayandırılması haqda qərar verilmiş obyektdə hal-hazırda “şıdırğı işlər” aparılır deyə sual etdik. Bu şəxs ünvanladığımız suallara cavabında “Mən dünən nümayəndə göndərdim, yerində şəkil çəkildi, akt tərtib olundu, mənə təqdim olunub, hazırda onlar mənim stolumun üstündədir, orada heç bir iş getmir. Təbii ki, həmin yer meşə sahəsinə aiddir, biz ona icazə verməmişik və heç bir sənədi yoxdur, heç bir iş də aparıla bilməz” deyə cavab versə də, video-görüntülərdən isə bəlli olur ki, qeyd olunan obyektdə tikinti işləri davam etdirilir. Bu da onu söyləməyə əsas verir ki, Qəzənfər Quliyevin iddia etdiyi 10 min manat haqq-hesab, məhz 1-ci müavin Natiq Nağıyevi belə bir formada danışmağa məcbur edir. Əgər bu belə olmasaydı o halda Gədəbəy RİH-nin rəsmisi FHN-nin verdiyi qərarı və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşının məhkəməyə müraciət etmələrini əsas tutub, bu yöndə müvafiq addımını atardı. Deməli, ...

Düşünürük ki, Gədəbəy RİH-nin başçısı vəzifəsini müvəqqəti icra edən bu şəxsin necə danışmasından, hansı addımını atmasından asılı olmayaraq, məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları belə bir haqsızlığa və qanunsuzluğa imza atan hər kəsə qarşı lazımi tədbirlərini görüb, qanunun “təsir gücü”nün izahını onlara anladacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.(gündemxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam