Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şok görüntülər !!! Neftçalanın İcra başçısı maşınla adam vurdu...? -VİDEO

Şok görüntülər !!!        Neftçalanın  İcra başçısı maşınla adam vurdu...? - VİDEO


Şənbə günü axşam saatlarında yerli sosial medialarda belə bir məlumat yayıldı ki, "Neftçalanın İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb".

Yenixeber.org: Məlumatlarda bildirilir ki, o "idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbədən redaksiyamıza bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib."



Sözügedən hadisə barəsində məlumatlar bir gecədə çox sürətlə, demək olar bütün sosial medialarda yayımlandı. Lakin, "nə hikmətsə" həmin məlumatları paylaşan saytların bəziləri elə hadisənin səhəri günü nəyinki təkzib yayımladılar, hətta, "yalan məlumat" dərc edənləri qınadılar da. Bəziləri isə ümumiyyətlə xəbəri saytlarından sildilər.

Redaksiya olaraq hər zamankı kimi obyektivliyi qoruyaraq, hadisə barəsində məlumatları dərc etmədən əvvəl dəqiqləşdirilməsi üçün kiçik bir araşdırma etdik.

Araşdırmalarımız zamanı etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə İcra başçısı Mirhəsən Seyidov şənbə günü axşam saatlarında Neftçala rayon Kürqarabucaq kənd sakini, kənddə "Alim" adı ilə tanınan, əsl adı isə Həsənov Vahid Nüsrət oğlu olan, yaşlı şəxsə idarə etdiyi "tayota Camry" markalı minik avtomobili ilə xəsarət yetirib. Həmçinin, zərərçəkmiş şəxsə məxsus, bir neçə xırdabuynuzlu heyvanlara da ağır xəsarət yetirib. Hətta, heyvanlardan bəziləri tələf olub.

Sakinlərin sözlərinə görə, İcra başçısı hadisəni törətdikdən sonra hadisə yerini tərk edib.

Onsuz da qəza hadisəsi törədib, bir neçə canlıya xəsarət yetirərək cinayət edən sürücü, hadisə yerini dərhal tərk etməklə daha bir qanun pozuntusuna “imza atıb”.

Kənd sakinləri tərəfindən hadisə yerinə polis və Təcili Tibbi yardım çağırılıb. Eləcə də hadisəni törədən avtomobilin dövlət nömrə nişanı da məhz sakinlər tərəfindən polisə bildirilib.

QEYD: Mənbə onu da bildirir ki, İcra başçısı Mirhəsən Seyidov Salyan şəhərində yaşayır.

Bundan əlavə aldığımız daha bir məlumatda bildirilir ki, xəsarət alan şəxsin özü və yaxınları baş vermiş hadisəni gizlətməkdə israrlıdırlar ki, bunun da müxtəlif səbəbləri ola bilər.

Həmçinin, artıq görüntülərin ələ düşməməsi üçün həmin ərazidəki yol nəzarət kameralarının qeydə aldığı görüntülərin "təmizlənməsi" prosesinə başlanıldığı da bildirilir.

P.S: Əldə etdiyimiz məlumatlar barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Neftçala rayon İcra Hakimiyyətinin internet səhifəsində qeyd edilən telefon nömrələri vasitəsilə İcra Hakimiyyətinin birinci müavini Şaiq Məmmədova zəng etdik. Lakin, təssüflər olsun ki, iş günü və iş saatı olmasına baxmayaraq zəngimizə cavab verən olmadı.

Daha sonra idarənin ümumi telefon nömrəsinə zəng etdik. Telefona cavab verən xanım müavinlərin şəhidin il mərasimində olduğunu bildirdi və bizim əlaqə nömrəmizi qeyd etdi ki, aidiyyəti şəxslər özləri sonra bizimlə əlaqə saxlayacaq.

Lakin, təəssüflə bildiririk ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən bizimlə əlaqə saxlayan olmadı.

Məlumatı dərc etmədən öncə dəqiqləşdirmək üçün ertəsi gün yenidən Neftçala rayon İcra Hakimiyyəti başçısının ikinci müavini Burcalı Ağayevin mobil telefonuna, cavab vermədiyi təqdirdə isə iş otağındakı telefon nömrəsinə zəng etdik. Burcalı müəllim də heç bir telefona cavab vermədi.
Bundan sonra biz İcra Hakimiyyətinin internet saytında yerləşdirilən əlaqə nömrəsi vasitəsilə ümumi şöbəyə zəng etdik. Dəstəyi qaldıran Nigar adlı xanım bizə cavab verdi ki: "bununla bağlı saytlarda təkzib verilib. Ona görə daha sizi "abratnı" yığmadım".
Görünür İcra Hakimiyyəti mətbuatın suallarından yayınmağa çalışır və bu da belə düşünməyə əsas verir ki, baş vermiş hadisə ilə bağlı yayılan məlumatlar doğrudur və sözügedən idarənin əməkdaşları da olayı ört-basdır etməyə çalışır.
Redaksiyamız hərkəsin söz haqqını tanıyır.
DogruXeber.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam