Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

General Səfər Mehdiyevin qohumu maşınla adam öldürdü- AÇIQLAMA

 

                     Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasıdır
Yenixeber.org: Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. "90-AG-303” nömrə nişanlı, "Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir. Məlumatı verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.
 

 
Avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir. Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib. Avtomobil hazırda Saray yolunda yerləşən "Cərimə meydançası"nda saxlanır.

 
"Cərimə meydançası"ının işçiləri də faktı təsdiqləyiblər. Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.
"Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Hətta deyilənə görə xalası oğludur. Ona görə də hadisəni ictimailəşdirmirlər”.

 
Abşeron Rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmasa da, burada da işin Elçin adlı müstəntiqdə olduğu deyilib. Hadisə yerində ölən qadının kimliyini hələlik məlum deyil.
Gömrük Komitəsi deyilənləri təkzib edib. "Sınıq körpü” postundan isə rəisin iş başında olduğu bildirilib. "Biz də eşitmişik, amma doğru olub-olmadığını bilmirik. Rəis işə o maşında gəlmir”, - deyə adının açıqlanmasını istəməyən post yetkilisi əməkdaşımıza deyib.(Meydan TV)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam