Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Ramiz Mehdiyev – Əli Həsənov cütlüyü bu metoddan istifadə etdilər"-"Bu addımlar ancaq və ancaq hakimiyyətin əleyhinədir"

"Hər birimiz fərdlərə yox, prinsiplərimizə sadiq olmalıyıq".
Yenixeber.org: Bunu hüquqşünas Aslan İsmayılov bildirib.
"Uzun müddətdir ki, ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı baş verənləri görsəm də, susmağa üstünlük verirdim, çünki onun çox yanlışlıqları, atdığı lazımsız addımları mənə bəlli idi. Ancaq bir nəfərə qarşı məhkəmələrin, hüquq-mühafizə orqanlarının bu qədər haqsızlıqlarına artıq susmaq da olmaz. Özü də bu zaman qanunsuzluqdan başqa iyrənc vasitələrdən də istifadə edilir. Hakimiyyətin, xüsusilə hüquq-mühafizə orqanlarının bu cür davranışı tək Bəxtiyar üçün deyil, cəmiyyət üçün təhlükəlidir. Uzun illər hakimiyyətin bu cür addımlarına qarşı mübarizə aparmışam və aparacam. Bir daha təkrar edirəm ki, qatı düşmənə qarşı da bu cür iyrəncliklərə yol vermək olmaz. Uzun illər hakimiyyət təmsilçiləri Ramiz Mehdiyev – Əli Həsənov cütlüyü bu metoddan mənə qarşı istifadə etdilər. Ölkədə nə qədər iyrənc, murdar canlı var idisə üstümə saldılar, təhqir etdirdilər. Məhkəmə və hüquq-mühafizə orqanlarına müraciətlərim isə cavabsız qalırdı. Məqsədləri məni cəmiyyətə davakar bir insan kimi təqdim edib həbs etmək idi. Əlacsızlıqdan hansı təhlükəli yollara əl atmaq istəyirdim onu bir Allah bilir. Məni bu yoldan ailəmin olması və həyat təcrübəm saxladı. O vaxtlar həyatımın ən ağır dönəmi olub və bu vəziyyətdə olmağın nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Bu yazımla B.Hacıyevə qarşı məhkəmələrin, hüquq mühafizə orqanlarının qanunsuzluqlarına, tərəfkeşliyinə qəti etirazımı bildirirəm. Əlavə edirəm ki, bu addımlar ancaq və ancaq hakimiyyətin əleyhinədir, ona başucalığı gətirmir. Bu günə qədər heç bir hakimiyyət vətəndaşına qarşı zor işlətməklə, onu aşağılamaqla uğur qazanmayıb və qazanmayacaq" - A.İsmayılov qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam