Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Muxtar Babayevin nazirliyindən növbəti biabırçılıq: Meşələrə qənim kəsilənlər yenidən ifşa olundular-(VİDEO, FOTO)

 

Yenixeber.org: Son günlər gündəmi zəbt edən və ekologiya naziri Muxtar Babayevin qəzəbinə tuş gələn “paxlava” şousu bu gündə davam etməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi “şou” göstərməkdə Mədəniyyət Nazirliyindən çox öndədir. Yaxşı olardı kı, bu nazirliklərin adları dəyişilsin.

Sayt yazır ki, 18 mart 2021-ci ildə Ekologiya Nazirliyinin bəzi yüksək vəzifəli işçilərinin iştirakı ilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında 1.00 ha ərazidə ağcaqayın və şabalıdyarpağ palıd qozaları əkilmişdi. Amma çox təəssüflər olsun ki, bu əkilən yerin gələcək taleyi barədə maraqlanan olmadığı üçün, həmin yerdə olan ağaclar baxımsızlığdan qurumuş, əkin yeri isə mal-qara yatağına çevrilərək at peyni və mal-qara təzəyı ilə dolmuşdur.

04.09.2021-ci ildə bir qrup şikayətçilərin şikayəti əsasında, “Ecofront” İctimai Birliyinin əməkdaşı sözügedən ərazidə çəkiliş apararaq, gördüyü mənzərədən dəhşətə gəlmişdir.

Bu məsələ 05.09.2021-ci il tarixdə mətbuatda işıqlandıqdan sonra, (06.09.2021-ci ildə) Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov Masallıya yollanaraq bu biabırçılığın üstünü ört-basdır etmək üçün, dərhal “hərəkətə keçmək” göstərişini vermişdi. Yəni, həmin ərazidə olan torpağın üst münbit qatı “buldozerlə” (peyin və təzəylərin itirilməsi ) qazılmalı və yerində isə yağıntıdan sonra tinglər əkilməlidir ki, bu nöqsan ört-basdır edilsin.

Rəisin tapşırığı olduğu kimi yerinə yetirilir. Bir qalır yağıntıdan sonra tingləri əkilmə prosesi.

12.09.2021-ci il tarixdə “ecofront” İctimai birliyinin əməkdaşların yenidən həmin ərazidə çəkiliş apardılar və ərazidə olan torpağın üst münbit qatının qaşındığının şahidi oldular .

Sonra bu məsələ oktyabr 2021-ci ildə “paxlava” şousu adıyla dillər əzbəri olub mətbuatda işıqlanaraq hətta gülüşə belə səbəb olmuşdur.

Nəhayət, bu söhbət gedib cənab Nazır Muxtar Babayevin qulağına çatır. Bundan narahat olub qəzəblənən nazir məsələnin araşdırılması göstərişini verir. Nazir müavinləri and-aman edirlər ki, əkin barəsində deyilənlər hamısı yalandır. Orada elə bir “şkarnı” əkin var”- deyərdik, bəlkə regionda belə bir bu çür əkin yoxdur. Dərhal Vüqar Kərimov öz tələbə yoldaşı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevə zəng vuraraq tapşırıq verir%

“Neynirsən elə, istəyirsən möcüzə göstər, gecəylə əkdir, qaldı o sənlikdi. 08.10.2021-ci il tarixdə orada əkin olub yerindən fotoşəkil və video görüntülər çəkilib cənab nazırə təqdim olunmalıdır. Əks təqdirdə biz və sən öz komandanla tutduğumuz vəzifədən getməli olacağıq”.

Adəm müəllim elə həmin gün, gecəylə zəng vuraraq bəzi gözətçi və meşəbəyləri sabah yuxarıda sözügedən ərazidə batmış əkinlərin yerində çalalar qazılaraq agcaqayın tinglərinin əkilməsi tapşırığın vermişdir.

Meşə gözətçi və digər işçilər ora məcbur çağırılır və tinglər də Masallı meşəbəyliyinin 18 saylı dolayında olan “pitovnik”dən aparıb əkiblər.

Bu işə deyillər: “qaş düzəldən yerdə vurub göz çıxartmaq”. … o biri məsəl isə qoy qalsın. Bunlar “pitovnik”dən tingləri aparıb sözügedən əraziyə əkmək üçün, ordan-burdan elə çıxardıblar ki, qoy yerləri bilinməsin. Hər dəfə əkin əkilən zaman dövlət büdcəsindən külli miqdarda vəsait xərclənib pul silinir (tingləri, yanaq və s). Tək bununla bitmir. Hər ay o əkilən əkinin naryadı (fəhlə pulu, yanacaq, suvarma, mühafizə çəpəri və s) var, hansı ki, hər ay hesabat verirlər.

Bəs dövlətə dəymiş ziyanı kim ödəyəcək?!

Bircə onu bilirik ki, ETSN hələ belə “şoular” çox göstərməli olacaq.(azerinfo.az)

Yaşayıb görərik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam