Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ekologiya Nazirliyi Lerik meşələrini də məhv edir – Muxtar Babayevə “dur” deyən tapılacaqmı?/FOTOLAR

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin merkantil maraqları fonunda cənub rayonlarının nadir agac növləri ilə zəngin meşələri kütləvi şəkildə məhv edilməkdədir.

Yenixeber.org: Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu, Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayında kütləvi qırıntılar qeydə alınıb. Yerli sakinlər bildirir ki, məşhur Babagil ocağından yuxarıdakı meşədə qırıntıları bu gün görüblər.

Meşə təsərrüfatında çalışan və adının gizli qalmasını istəyən mənbəmiz isə saytımıza açıqlamasında deyib ki, Gürdəsər meşəbəyliyinin 7 saylı dolayında qırma sahəsi nəzərdə tutulmayıb. Yəni təqdim etdiyimiz görüntülərdəki qırıntılar tamamilə qanunsuzdur…

Kütləvi qırıntıların qeydə alındığı meşə dolayı Lənkəran – Lerik yolununun bir hissəsini əhatə edir. Bu isə o deməkdir ki, qanunsuz kəsilmiş ağacları daşımaq Ekologiya Nazirliyinin əməkdaşlarına daha rahat başa gəlir…(AzToday.az)

Kütləvi agac qırıntılarının görüntülərinin bir hissəsini təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam