Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

ƏVƏZ QOCAYEVLƏ SALEH MƏMMƏDOV ARASINDA GƏRGİNLİK: NƏLƏR AŞKARA ÇIXIB? –TƏFSİLAT

ƏVƏZ QOCAYEVLƏ SALEH MƏMMƏDOV ARASINDA GƏRGİNLİK: NƏLƏR AŞKARA ÇIXIB? – TƏFSİLAT

Yenixeber.org: Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyində münasibətlər İran-Azərbaycan arasındakı gərginliyə bənzər səviyyədə pisləşib. Xeyli zamandır ki, gizli şəkildə gedən proses artıq açıq, müstəviyə keçib və bəzi nüanslar idarə heyətinin sədri Saleh Məmmədova agah olub. Xüsusən də onun I müavini Əvəz Qocayevin media ilə əlaqələrindən xəbər tutması işlərinə düyünə salıb. AAYDA rəhbəri müavini ilə bağlı öyrənib ki, Ə. Qocayev mətbuatla ciddi əlaqələrə malikdir və eqoistcasına özünə piar kampaniyası qurmaqla məşğul imiş.

Əvəz Qocayev

S.Məmmədova aydın olub ki, müavini bu zaman kəsiyində onun müdafiəsi üçün heç bir iş görməyib, sədr barəsində gedən tənqidi materialların Qocayevə yaxınlığı ilə bilinən bəzi mətbuat orqanlarında qarşısını almayıb. Bu məsələlərin aşkara çıxması sədri möhkəm qəzəblənib və bildirilir ki, Qocayevlə arası dəyib. O da xəbər verilir ki, Əvəz Qocayevin hakimiyyətdə də nüfuzlu şəxslərlə əlaqələri, müəyyən dayaqları var və sədr vəzifəsinə yüksəlmək ambisiyası güdür. S. Məmmədovun yaş senzi ilə əlaqədar vəzifədən gedişi yaxınlaşdığı üçün Ə. Qocayev onun kreslosuna sahiblənmək istiqamətində işini intensivləşdirib, dayaqları ilə əlaqələrini fəallaşdırıb. Bunu da öyrənən S. Məmmədov ikiqat əsəbləşib və baş verənləri arxasından iş çevirmək kimi qiymətləndirib. Bəzi iddialar səslənir ki, Qocayevin sədr təyin olunması üçün məsləhətləşmələr gedir. Bu səbəbdən müavin mətbuatdakı həmin rıçaqlarını işə salaraq prezidentə müsbət təqdimatının getməsi üçün hazırlıq görür. Qeyd edək ki, həm sədrin, həm müavinin barəsində kifayət qədər korrupsiya ittihamları səslənib, ölkədə və xaricdəki biznes, əmlak siyahıları açıqlanıb. Ümumiyyətlə, AAYDA yeyinti olan qurumlardan biri kimi həmişə diqqət mərkəzinə gəlir. Ə. Qocayev isə heç zaman qurumun tənqid olunması, yaxud sədrin adı keçən materialların qarşısının alınması üçün çalışmayıb, media əlaqələrini yalnız öz mənafeyi naminə xidmət etdirib. İndi bunu eşidən S. Məmmədov müavini ilə bağlı hansı addım atacağını düşünür, bunu demək çətindir.(tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam