Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ziya Məmmədov fəallaşır –Əvəz Qocayev Saleh Məmmədova qarşı

 

Ölkə mətbuatında xeyli müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin əldə etdiyi sərvətlər barədə məlumatlar yayılmaqdadır.

Yenixeber.org: Sədr müavinin sərvəti ilə barəbər həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə göz dikməsi və artıq bu istiqamətəd ciddi şəkildə mübarizəyə qoşulması barədədə yazılar dərc edilir.

Üç həftə öncə Əvəz Qocayevin AAYD sədri Saleh Məmmədova qarşı qəzəbli olduğu və bunu öz yaxın ətrafında açıq-aşkar dilinə gətirdiyi barədə oxucuları məlumatlandırmışdıq. Həmin məlumatda qeyd etmişdik ki, son aylar Saleh Məmmədovun müavin Hüsnü Quliyevi qabağa çıxartması və bir çox işləri ona tapşırması Əvəz Qocayevdə qıcıq yaradıb. Bunun ən əsas səbəbi isə Əvəz Qocayevin bir müddət AAYD sədri olmaq uğrunda mübarizəyə qoşulmasıdır.

Ancaq həmin vaxt Əvəz Qocayevin sədr olmaq arzusu ürəyində qaldı və ölkə rəhbəri bu etimadı Saleh Məmmədova verdi.  Bildirək ki, Əvəz Qocayevin sədr olması üçün gizli mübarizə aparan əsas məmur-oliqarx sabiq nəqliyyat naziri Ziya Məmmədov idi. Məhz Əvəz Qocyev 2015-ci ildə Ziya Məmmədvun dəstəyi ilə Avtomobil Yollarının İstismarı və reklam” MMC rəisliyindən “Azəryolservis” ASC sədrinin müavini vəzifəsinə gətirilib. Ancaq Saleh Məmmədovun sədr təyinatı Əvəz Qocayevlə Ziya Məmmədovun bütün planlarını alt-üst etdi.

Redaksiyamıza daxil olan məlumata görə eks nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamı, ən etibarlı kadrlarından biri olan Əvəz Qocayev bu gündə “patron”una sədaqətlidir. İnformasiya mənbəmiz bildirir ki, ayda bir neçə dəfə Ziya Məmmədovla Əvəz Qocayev sabiq nazirin Bilgəhdə yeni inşa etdirdiyi villasında görüşərək, hansısa gizli məsələləri müzakirə edirlər.

Mənbə qeyd edir ki, 2017-ci ilin fevral ayında Bakının “Statistika dairəsi”ndə aparılan təmir işləri ilə əlaqədar şair Mikayıl Müşfiqin büstünün “Azəryolservis” ASC tərəfindən ərazidən götürülməsi ölkə mətbuatında və ictimaiətində sədr Saleh Məmmədova qarşı aparılan mənfi piar təbliğatında ən çox sevinən və hərəkətə keçən tərəf Əvəz Qocayev komandası idi.

Belə ki, sabiq nazir Ziya Məmmədova yaxın olan bir neçə media orqanı Mikayıl Müşfiqin büstünün götürülməsini bəhanə edərək Saleh Məmmədova qarşı qara piar təbliğatına başladılar. İnformasiya mənbəmiz bildirir ki, 2017-ci ilin mart ayında Ziya Məmmədovla və Əvəz Qocayev Saleh Məmmədovun Mikayıl Müşfiq büstünün “altında qalacağını” və vəzifədən uzaqlaşdırılacağını gözləyirdilər. Ancaq yenə onların istəkləri puça çıxdı və Saleh Məmədov öz yerində qaldı.

Redaksiyamıza daxil olan məlumata görə, Əvəz Qocayevin tez-tez Ziya Məmmədovla görüşməsi və gizli məsələləri müzakirə etməsi ondan xəbər verir ki, sabiq nazir öz kadrını yenidən Saleh Məmmədovun yerində görmək istəyir. Çünki Ziya Məmmədova yaxın olan media quruluşların Saleh Məmmədovu mənfi obrazda tez-tez gündəmə gətirmələri Əvəz Qocayevlə sabiq nazirin “BÖYÜK PLAN”larının bir hissəsidir desək yanılmarıq. Hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin dəhlizlərində davamlı olaraq yaxınlarda Saleh Məmmədovun vəzifədən gedəcəyi ilə bağlı şaiyələrin yayılması da buna xidmət edir.

Redaksiyamıza AAYD içindəki məlumatlı mənbənin verdiyi məlumatda vurğulanır ki, Əvəz Qocayev Saleh Məmmədovu devirmək planına Ziya Məmmədovla birlikdə həmyerlisi DYP rəisi general Ramiz Zeynalovu da qoşub. Görünür Əvəz Qocayev arzusunda olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri vəzifəsi uğrunda çox ciddi mübarizəyə girişib və buna görədə yaxın həftələrdə Saleh Məmmədovla aralarında mübarizə açıq müstəviyə keçəcək.(aztoday.az)

Orxan Abbasov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam