B2738EB5 E865 40B5 B746 82433C44FC38

AAYDA-nin sədr müavini Əvəz Qocayev paytaxtın 7-ci mikrorayon ərazisi Cəfər Xəndan küçəsində nəhəng bir obyektin tikintisinə start verib.

Yenixeber.org: Redaksiyamıza məlumat verən mənbələr bildirir ki, həmin küçədəki bir çox obyektlər məhz Əvəz Qocayevə məxsusdur. Əvəz Qocayevin tikintiyə başlamağa hazırlaşdığı yer əsasən “Ocaq” restoranının ərazisinə düşür.

Yəni dövlət məmuru bir obyektini söküb, yerində bir başqasını tikəcək. Artıq həmin ərazi söküntü üçün hasarlanıb. Bu işlərə məmurun biznes şəriklərindən olan Namiq adlı şəxs rəhbərlik edəcək.

Bizim Namiq müəllimlə əlaqə saxlayıb vəziyyətlə bağlı ətraflı məlumat almaq cəhdlərimiz alınmadı. Əvəz Qocayevin adı indiyə qədər bir çox korrupsiya əməllərində hallanıb.

Onu hətta AAYDA-nin “qara kassa”sı da adlandırırlar. Təbiidir ki, bir məmur aldığı əməkhaqqı ilə özünə belə səltənət yarada bilməz. Yəqin Əvəz Qocayev korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsaiti bu üsulla biznesə yatırıb, leqallaşdırmaq istəyir. Həmin ərazidən çəkilən videonu təqdim edirik:(azinforum.az)

 

 

araz.az xəbər portalı.