“Çinarlı” hotel ən böyük əxlaqsızlıq yuvasıdır-PROBLEM
Yenixeber.org: Yəqin ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış məntəqəsi AZ1000-ünvanda fəaliyyət göstərən və üç ulduzlu “Çinarlı” hotel adı ilə tanınan (əslində bura hotel deyil, ən böyük əxlaqsızlıq ünvanlarından biridir) bu ünvanın qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatlı olan hər kəs bilir ki, hal-hazırda adı çəkilən bu obyekt hotel kimi deyil, açıq-aşkar əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Buna səbəb olan amillərdən ən əsası ondan ibarətdir ki, hotelin inşaası həyata keçirilən zaman obyekt sahibi “Çinarlı”nı elə bir “proyekt” əsasında inşa etdirir ki, bu obyektə məxsus otaqlarda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, ikimərtəbəli və təqribən 40-45 otaqdan ibarət olan üç ulduzlu “Çinarlı” hoteldə cütlüklər üçün lazım olan hər cür şərait yaradılıb.
Onu da bildirək ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutmasının özəl səbəbi var. O da üç ulduzlu “Çinarlı” hotel adı ilə məşhur olan bu əxlaqsızlıq ünvanının, bir qədər xəlvəti ərazidə fəaliyyət göstərməsidir. Belə bir halın varlığı hər kəsin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməsindən və s. kənarda qalmasına imkan yaradır. Tutaq ki, bir kimsə “istirahət etmək” üçün ünvan axtarır, o halda həmin şəxs “Çinarlı”nı seçməyə qərar verir. Buna da əsas səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən bu ünvanın xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, bu əxlaqsızlıq ünvanı üç ulduzlu “Çinarlı” hotel adını daşıyır. Axı, bu gün hər kəsin düşüncə tərzində hotel adını daşıyan ünvanlarla bağlı istirahət etmək, digər xoşməramlı tədbirləri düzənləmək məqsədilə fikir formalaşıb. Əslində “Çinarlı”ya hotel adının verilməsi və bu ünvanın Bakı şəhərinin Binəqədi rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından birinə çevrilməsi, sözsüz ki, hər kəsdə hotel adıyla bağlı müəyyən tərəddüdlərin, bəzi şübhələrin və s. əmələ gəlməsinə səbəb olur. Görəsən üç ulduzlu “Çinarlı” hotelin yuxarı üst hissəsinə hotel sözü deyil, birbaşa üç ulduzlu “Çinarlı” əxlaqsızlıq ünvanı sözlərinin yazılması daha məqsədəuyğun hal olmazmı?
Qeyd edək ki, çörəyini daş-torpaq daşımaqla, digər ağır fiziki işləri görüb alın təri axıtmaqla deyil, məhz yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla qazanan Zahid adlı şəxsin idarə etdiyi obyektin adı, bu gün də dillər əzbəridir. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu şəxs üç ulduzlu “Çinarlı” hoteli üzərində nəzarəti heç bir halda başqa bir şəxsə etibar etmir. Başqa bir halı da vurğulayaq ki, əksər ünvanlardan fərqli olaraq Zahid adlı şəxsin idarə etdiyi “Çinarlı”da müştərilərə gün ərzində lazımi səviyyədə xidmət göstərilsə də, bəzi “müəmmalar”ın baş verdiyi hallar da olur. Bir sözlə, üç ulduzlu “Çinarlı” hotel ən böyük əxlaqsızlıq ünvanlarından biridir ki, adı çəkilən bu ünvanda nəinki qadınların cinsi istismarına şərait yaradılır, hətta ara-sıra cinayət hadisələri də baş verir. Məsələnin maraqlı tərəfi o olur ki, baş verən cinayət hadisələrindən sonra hotel sahiblərindən bir kimsə məsuliyyətə cəlb olunmurlar. Hətta, rəsmi qurumlara ünvanladığımız məktublara verilən cavablarda qeyd olunur ki, “Çinarlı” hotel əxlaqsızlıq ünvanı deyil”. Görəsən bu cür cavablar həqiqəti ifadə edir, yoxsa həqiqəti “baltalayır?”
Əldə etdiyimiz səhih məlumatlara görə istər yemək-içmək süfrələrinin hazırlanmasında, istər yataq dəstlərinin dəyişdirilməsində, istərsə də digər xidmətlərin göstərilməsində və s. “Hotel” rəhbərliyi tərəfindən hər bir əməkdaşa lazımi tapşırıqlar verilir. Məsələn, adicə kənar bir şəxs “Çinarlı”nın həyətinə daxil olarkən, dərhal əməkdaşlar müştərilərin hüzurunda “sərasər” dayanıb ilk sualı verirlər: “Sizə hansı qiymətə otaq lazımdır?” Həmin an bəlli olur ki, “Çinarlı”da hər bir otağın öz qiyməti var.
Diqqəti cəlb edən hal odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə min manatlarla hesablanan üç ulduzlu “Çinarlı” hoteldə bir ədəd olsun kassa aparatı olmadığından, həmin ünvana üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldikləri formada qaydaya salır. Belə bir halın varlığı, məhz obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən onların nigahda olub-olmadıqları araşdırılmır, hoteldə əmək fəaliyyəti ilə məşğul olan əməkdaşlarla əmək müqaviləsi bağlanmır, bağlansa da formal xarakter daşıyır. Üç ulduzlu “Çinarlı” hoteldə atılan addımlarla bağlı bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər qabardılıb və o da vurğulanıb ki, bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün şəraitin yaradılması ilə bərabər, çoxsaylı qanunsuzluqlara da imza atılmaqdadır. Müştərilərin bəzən olmazın aqibətlərlə üz-üzə qalmalarına səbəb, məhz ünvan sahibinin yaratmış olduğu şəraitin varlığıdır. Düşündürücü hal odur ki, “Çinarlı” hotellə bağlı tənqidi məqalələr işıq üzü görərkən, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, qeyd olunan ünvanı müdafiə edirlər. O halda sual oluna bilər ki, görəsən yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan Zahid adlı şəxsin atdığı addımları müdafiə etmək, özünü media nümayəndəsi hesab edən şəxsə və ya şəxslərə necə yaraşır? Əgər yaraşdırılırsa, deməli həmin şəxs də…
Bu gün “Çinarlı” hoteli idarə edən Zahid adlı şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz şəxs(lər)in atdığı addımların varlığını eşitdikcə təəssüf hissi keçiririk. Hətta, Binəqədinin hüquq-mühafizə orqanı əməkdaşlarının, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin imzaladığı sərəncam əsasında qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda, insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda sual oluna bilər ki, ortada müvafiq sərəncamın varlığına baxmayaraq, adı çəkilən şəxslər və problemlərin varlığına cavabdehlik daşıyanlar hüquq-mühafizə orqanı əməkdaşları imzalanmış sərəncamı saymamaqla, nəyə nail olmaq istəyirlər? Axı hər kəs qəbul olunmuş qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir.
Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.
(deryaz.az)