Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin Yardımlı şöbəsində NƏ BAŞ VERİR? –Hərbi bilet 4 min, üç illik möhlət 200 manat

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı şəhər şöbəsində acınacaqlı vəziyyət hökm sürür.

Yenixeber.org: Redaksiyamıza Yardımlı rayon Şıxlar və Mirimli kənd sakinlərindən gələn məktubda belə deyilir.

İddia edilib: “Yardımlı şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri ilə əlbir olan Namik adlı vəzifəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin əməkdaşı, hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll etməklə rayonda hörmət sahibinə çevrilib.
Beləki, ölkə qanunlarına müvafiq olaraq iyulun 1-dən Yardımlı gənclərin də hərbi xidmətə çağırışına start verilib. Ölkəni yıxmaq istəyən qüvvələrin dəyirmanına su tökən komissarlıq Namikin vasitəsi ilə rayonda həqiqətən də bazar açıb.
Hər kəs bilir ki, bu gün «Niqodnıy» hərbi biletin qiyməti çox bahadır. 3 500- 4 000 min manata verilməsi mümkün olan hərbi bilet onlarla çağrışçının valideyninə satılmasını iddia edən Şıxlar və Mirimli kənd sakiniləri onu da bildirir ki, komissarlığın bilet biznesi ilə məşğul olan əməkdaşı Namik bəy həmin rüşvətdən əldə etdiyi qazancla hər çağrış zamanı Yardımlı, Masallı kafe və restoranlarında kef məclisi qurmaqla məşğuldur.Yardımlı rayon Mirimli kənd sakini iddia edir ki, “komisarın əməkdaşları bütün kənd gənclərini xəstə çıxararaq çağrışdan yayındırıblar.
Aldıqları rüşvət hesabına  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı şöbəsinin əməkdaşları özlərinə məxsus prinsiplərlə işləyirlər. Şöbənin bəzi işçilərinin altında bahalı maşınlar var. Onlar vəzifə maaşı ilə dodaq uçuqladan qiymətə olan avtomobilləri necə sürürlər?
Həmçinin köhnə şöbə rəisi ilə əlbir olan Namik bəy  öncəki çağrışlarda da bir neçə sağlam gənc «niqodnıy» hərbi biletlə təmin edib. 3 illik möhlət hüququ olan gənclərə də 150 -200 manata Namik bəy yaxından köməklik göstərir. Amma biz aylarla komisarlığın qəbullunda yatırıq. Bir arayış ala bilmirik.
 Qeyd edim ki, bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Rəis  nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub, imza çəkir.
Təəssüf ki, əlaqədar hüquq-mühafizə orqanları şöbədə üzə çıxan qanunsuzluqların izinə düşüb araşdırma aparmırlar. Hərbi Prokurorluğun və xidmətin məsul şəxsləri şöbədə hökm sürən qanunsuzluqlarla bağlı ölçü götürmürlər…”(güninfo.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam