Azərbaycan-Rusiya münasibətləri erməni diasporunun hədəfində;Sergey Bulıçev kimdir?
İkinci Qarabağ Müharibəsində uğradığı ağır məğbuliyyəti həzm edə bilməyən erməni daşnakları Azərbaycana qarşı yenidən misli görünməmiş informasiya-propaqanda müharibəsinə start veriblər. Rusiyanın İkinci Qarabağ Müharibəsində göstərdiyi neytral mövqedən sonra ermənilər taktikalarını dəyişərək yeni muzdlu trollar qrupu yatarmağa başlayıblar.
Yenixeber.org: Erməni təbliğatı Rusiyanın son illər Azərbaycan və Türkiyə ilə yaxınlaşan və genişlənən əlaqələrinə zərbə endirmək üçün şimal qonşumuzun ədəbiyyat çevrələrində tanınan bəzi şəxsləri böyük pullar qarşılığında öz tərəflərinə çəkməyə başlayıblar. Bu dəfə erməni propaqandasının əsas məqsədi Rusiyanın intellektual qurumlarının üzvü və milliyətcə rus olan şəxsləri Azərbaycana qarşı qaldırmaqdır. Vətən Müharibəsindən əvvəl Rusiyadakı daşnak firqəsi işğal olunmuş Qarabağa apardıqları xaricilərə Azərbaycana gözdağı vermək və xalqımızın əsəblərini tarıma çəkmək təlimatı verirdisə, Azərbaycanın əzici qələbəsindən sonra bu taktika dəyişib. Erməni lobbisinin pulları ilə maliyyələşən yeni trollar indi də dini əllərində alət edərək Azərbaycana qarşı qaralama kampaniyasına başlayıblar.
Müharibədən əvvəl Moskvadakı erməni-daşnak firqəsinin Azərbaycana qarşı ən çox istifadə etdiyi "yazıçı və ictimai xadim" Viktor Aleksandrov idisə, müharibə ərəfəsində bu xroniki alkoqolozmdən əziyyət çəkən əyyaş heç bir işə yaramadı. Ermənilər onun pulunu kəsərək özü ilə də əlaqəni bidəfəlik kəsdilər.
Müharibənin qızğın vaxtlarında Zəngəzura hərbi geyimdə gətirilən Viktor Aleksandorun öz sərxoş çıxışı ilə ermənilərə ruh verə bilmədi. 2020-ci ilin əvvələrində qanunsuz olaraq Qarabağa gedən, başda Şuşa olmaqla bir çox şəhərlərdə videoçarx çəkərək azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədən Viktor, bu dəfə ermənilərə lazım olmadı. Onun ən yadda qalan videosu isə Xankəndi yaxınlığındakı bir yerdə Qarabağdan qovulmuş azərbaycanlıların avtomobillərinin divara vurulmuş dövlət nömrə nişanlarının qarşısındakı çıxışı idi. Videoda əyyaş erməni trolu istehza ilə bu nömrələrin azərbnaycanlılara aid maşınlardan götürüldüyünü, azərbaycanlıların Qarabağı bir daha görməyəcəklərini deyirdi. Azadlıq meydanındakı Böyük Qələbə Paradı isə həmin günə qədər ölkəmizə və millətimizə qarşı aparılan qara erməni təbliğatını tam şəkildə iflasa uğradaraq, Ermənistan ordusu ilə birlikdə məhv etdi.
Vətən müharibəsinin məğlubiyyətinin acısı altında inləyən düşmən yenidən toparlanmaq və bizə qarşı apardığı informasiya müharibəsinə yenidən təkan vermək fikrindədir. Ancaq dəfə əyyaş Viktor Aleksandrovu başqa bir muzdlu ilə, Rusiya Yazlçılar İttifaqının üzvü Sergey Bulıçevlə əvəz etməyi qərara alıblar. Adı çəkilən yeni trolun sosial şəbəkədəki hesabının qısa monitorinqi nəticəsində məlum oldu ki, Bulıçev tam olaraq ermənilərin himayəsindədir, yazdığı bütün şeirlər və postlar Azərbaycan və Türkiyənin ünvanına təhqirlərlə doludur.
Azərbaycan və Türkiyə ilə srtateji xarakter daşıyan yaxın əlaqələrinin fonunda, qonşu ölkənin (Rusiyanın - red.) Yazıçılar İttifaqı kimi mötəbər bir qurumunun üzvünün belə qərəzli, dağıdıcı və pozucu fəaliyyəti artıq cinayət tərkiblidir və bu barədə Azərbaycanın hakimiyyət orqanları Rusiyanın əlaqədar qurumlarını məlumatlandırmalıdırlar. Çünki qələmini və vicdanını şeytana satmış bu muzdlunun ritorikası millətimizə və xalqımıza qarşı ən ağır təhqiri özündə ehtiva edir. Sergey Bulıçev hətta öz profilində iddia edir ki, Rusiya Yazıçılar İttifaqı onu müharibə ərəfəsində qanunsuz olaraq səfər etdiyi Dağlıq Qarabağda erməni separatçılarının şəninə söylədiyi şeirə görə medalla təltif edib. Bu şəxs haqqında ən azı Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başlamalıdır. Əks təqdirdə belə tiplərin fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə çox ciddi zərbə vura bilər. Erməni propaqandasının əsl hədəfi də məhz budur.(azvision)
Şahin Ömər