Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəmaləddin Qafarovu əsas müzakirə obyekti edən nəhəng şəbəkə:Deputat iddialara cavab verəcəkmi?

Yenixeber.org: Bu günlərdə sosial şəbəkələrdə bir foto xeyli müzakirə mövzusuna çevrildi. Milli Onkologiya Mərkəzinin (MOM) qarşısında çəkilən foto bu xəstəxanaya üz tutan insanların çoxluğu ilə yanaşı, mərkəzdə xəstələrə olan münasibəti, qanunsuz ödəmə tələblərini, korrupsiyanı özü ilə bərabər gündəmə daşıyıb. Bir sıra müzakirələrdə isə daha çox MOM-un direktor müavini, Milli Məclisin deputatı, əczaçılıq sahəsində bir neçə böyük şirkətin sahibi kimi tanınan Kəmaləddin Qafarovun adı hallanır. Deputatın adının hallanması da səbəbsiz deyil. Onun hüdudsuz dərman ticarəti şəbəkəsinə sahib olması bu müzakirələrə yol açan əsas amildir.

K.Qafarovun ən böyük dərman firması “AZERİMED”dir. “AZERİMED” (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “AZERİMED MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.

YAP-ın 9 saylı Binəqədi II seçki dairəsindən deputatı, Milli Onkologiya Mərkəzinin baş direktor müavini Kəmaləddin Qafarovun biznes şəbəkəsi ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılıb. Bunlardan ən ətraflısı araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən bir müddət əvvəl ictimailəşdirilmişdi. Jurnalist araşdırmasında kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında K.Qafarovun ailə şirkətlərinin bəziləri haqqında məlumatları üzə çıxarmışdı. Məlum olmuşdu ki, “AZERİMED” K.Qafarovun baş direktor müavini olduğu MOM-un şübhəli tenderlərində aktiv tərəfdaşdır: “Bu, həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir.

Təkcə 2019-cu il fevralın 19-da MOM və “AZERİMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. Maraqlıdır ki, bu məsələ ictimailəşdikdən sonra ötən il MOM-un tenderlərində ilin əvvəlində yeni yaradılmış, yaxud da artıq ləğv edilmiş şirkətlər “qalib gəlməyə” başlayıb.

“AZERİMED”in qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Amma şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Məhz bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır.

Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki “AZERİMED” adlı tibbi marketdə tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkə boyu şəbəkələşmiş “Zəfəran” apteklərini və “Zəfəran” Hospitalı idarə edir.

Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti – “AZƏRİ MED-MNK” MMC hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canilya Qafarova Rəhim qızıdır.

Deputatın kurasiyasında olan daha bir tibbi şirkət “KANON” MMC-dir. MMC 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Səbuhi Abbasov Füqar oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu “AZERİMED” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən, onlarla apteki özündə birləşdirən “Kanon” şəbəkəsinə sahibdir.

“SHAFRAN” MMC 2008-ci dekabrın 4-də 1000 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Dərbənd, ev 1-də hüquqi qeydiyyatdadır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarov Şəmsəddin oğludur. “Shafran” MMC isə məşhur “Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisi olub. Bir neçə il əvvəl “Shafran” MMC ” Kəmaləddin Qafarovun xanımının təsisçisi oluğu “AZERİMED” MMC-yə birləşdiyini elan edib.

“AVESTAFARM” MMC 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi Elçin İbrahimov İsmayıl oğludur. Bu şirkətin də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – “Azəri Med” MMC-yə birləşdirildiyi barədə bir müddət əvvəl məlumat yayılıb.

“MEGA PHARMACY” MMC 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155, qanuni təmsilçisi isə Canilya Qafarovadır.

“NATURALİST” FƏRDİ FİRMASI 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı Cəlaləddin Qafarov Nəsrəddin oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var.

“HELİOS PHARMA LTD” qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.

Göründüyü kimi, K.Qafarov bir neçə il əvvəldən başlayaraq “xırda” şirkətlərini “AZERİMED”ə birləşdirib. Bundan sonra isə “AZERİMED” MOM-un tenderlərində iri məbləğləri “qazanmağa” başlayıb.

Onkoloji Mərkəz isə sözün əsl mənasında sağaldan yox, öldürən yerdir. Hər addımı pul olan bu xəstəxanaya bir düşən sevinir, bir də çıxan.

Bütün bu faktlarla bağlı isə deputat sadəcə susmağa üstünlük verir.(afn.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam